ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

57 
 
Heç  də  təsadüfi  deyil  ki,  kibertexnologiyalar  inkişaf 
etdikcə  bununla  bərabər  dilimizə  yeni  terminlər  daxil  olur. 
Bunlardan  biri  də  kibercasusluqdur.  Kibercasusluq  hazırda 
dünya  dövlətlərinin  təhlükəsizliyini  təhdid  edən  ən  aparıcı 
silahlardan  birinə  çevrilib.  Kibercasusluq  sayəsində  bu  gün 
hər  hansı  bir  şəxsin  ofisində  olan  ən  gizli  informasiyadan 
başlamış  ən  ciddi  dövlətlərin,  hətta  bəzi  nüvə  dövlətlərinin 
belə  milli  təhlükəsizlik  şuralarında  səslənən  fikirlər  və 
planlara  qədər  əldə  etmək  olur.  Ona  görə  də,  ciddi 
təhlükəsizlik  sisteminə  malik  olan  ölkələr,  böyük  dövlətlər 
bunun  qarşısını  almaq  üçün  həm  hərbi,  həm  də  sivil 
müstəvidə  tədbirlər  həyata  keçirirlər.  Məsələn,  kiberməkana 
nəzarət etmək üçün ABŞ ordusunda Kiberqüvvələr  Əlahiddə 
Komandanlığı yaradılıb. Bizcə, bu cür institutlar hər bir milli 
dövlətdə  yaradılmalıdır.  Hazırda  kiberməkanda  milli 
mənafeləri  qorumaq  milli  dövlətləri  düşündürən  başlıca 
məsələlərdən  biridir.  Ona  görə  də,  biz  heç  bir  halda 
kiberməkanı,  internet  məkanını  sadəcə  demokratiya,  azadlıq, 
insan  hüquqlarını  təmin  edən  bir  resurs  kimi  nəzərdən 
keçirməməliyik.  Eyni  zamanda,  biz  bunu  bir  təhdid  kimi 
görməliyik və buna qarşı önləyici tədbirlər almalıyıq. Əlbəttə 
ki,  bu  bir  yandan  hərbi-siyasi  səviyyədə  dövlət  tərəfindən 
həyata  keçirilməlidir.  Digər  tərəfdən,  sosial-mədəni  səviyyə-
də isə fərdlər və ziyalılar tərəfindən reallaşdırılmalıdır. Çünki 
bu birləşdirici, inteqrasiyaedici, amma həm də dağıdıcı ünsür 
imperialist  güclərin  təzyiqindən  əziyyət  çəkən  xalqlar  üçün, 
eyni zamanda, ciddi bir təhlükədir. 
Başqa  bir  təəssüfedici  məqam  ondan  ibarətdir  ki, 
“üçüncü  dünya”  ölkələrində  internet  resurslarının,  kibertex-
nologiyaların  qara  bazarından  bəhrələnmək  və  manipulyativ 
informasiyalardan  bəhrələnərək,  bunun  üzərində  ictimai  mü-


58 
 
nasibətləri  qurmaq  meyilləri  daha  güclüdür.  Çünki  manipul-
yativ  informasiyalar  fərdin  özündən  xəbərsiz  olaraq,  onun 
şüuraltı  hafizəsinə  təsir  göstərməklə  onun  yönləndirilməsi 
konsepsiyasını  özündə  əks  etdirir.  Və  qlobal  kiberdünyanı 
idarə  edən  güclər  də  məhz  həmin  hədəfi  nəzərə  alaraq,  bu 
auditoriya  üçün  düşünülmüş  məxsusi  informasiyalar  istehsal 
etməklə  çirkli  internet  bazarı  münasibətlərini  stimullaşdırır-
lar.  Bu  isə  eynən  genetik  modifikasiya  olunmuş  məhsullara 
bənzəyir. Xəbərimiz olmadan illər keçdikdən sonra nəsilartır-
ma  qabiliyyətini,  düşünmə  qabiliyyətini  məhdudlaşdıran 
genetik  modifikasiya  olunmuş  məhsullar  kimi  bunlar  da  dü-
şüncələrimizi,  beynimizi  eyni  dərəcədə  zədələyərək  xəstəlik 
yaradır.  Bölücülük,  vətəndaş-dövlət  bağlarını  qoparan  xəstə-
lik  yaradır,  cəmiyyətdə  qütbləşməni  stimullaşdıran  və  cə-
miyyətin substratları hesab edilən institutları dağıdan sindrom 
yaradır. Buna görə də, hər bir Azərbaycan ziyalısı və xüsusən 
kiberməkanda  xalqı  təmsil  edən  media  nümayəndələri  bu 
məsələləri  dərindən  düşünməli,  kiberdünya  ilə  əlaqələri  də 
məhz  bu  müstəvidə  bu  amilləri  nəzərə  alaraq  qurmağı 
bacarmalıdırlar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


59 
 
IV FƏSĠL 
 
Ġnfoimperializmin konseptual 
əsasları və ideoloji vasitələri 
 
4.1.  “Geosiyasi  demokratiya”  prinsipi;  infoimperia-
lizm çərçivəsində “demokratiya” və “insan haqları” məsə-
ləsi xüsusi institusional vasitədir 
 
Bu, bir gerçəklikdir ki, beynəlxalq informasiya şəbəkə-
sinin hakimlərinin-infokratların ən çox istifadə etdikləri vasi-
tələrdən  birini  də  müxtəlif  geostrateji  konsepsiyaların 
hazırlanması  və  bu  kontekstdə  ideoloji  baxımdan  istifadə 
olunması təşkil edir. Bu sırada istifadə edilən xüsusi informa-
tiv-ideoloji  vasitələrdən  biri  də  “demokratiya  konsepsiyala-
rı”dır. Belə ki, infokratlar konkret imperialist güclərin trans-
milli maraqlarının təmin olunması naminə ideoloji müstəvidə 
formal  institusional  məfhum  kimi  “demokratiya”  kateqoriya-
sından təsir vasitəsi kimi istifadə edirlər. Onların fəaliyyətin-
də  demokratiya  əsl  məcrasından  və  mahiyyətindən  çıxarılır, 
sadəcə,  təsir  və  təzyiq  vasitəsi  kimi  istifadə  edilir  ki,  burada 
da son məqsəd transmilli maraqların təmin olunmasıdır. 
Beləliklə, infokratların “demokratiya” məfhumu üzərin-
dən  etdikləri  ideoloji  və  informasiya  manipulyasiyalarının 
mahiyyətini  anlamaq  üçün  formal  institusional  kateqoriya 
kimi  “demokratiya”  məfhumunun  mahiyyətinə  və  infokratla-
rın bundan istifadə formaları və mexanizmlərinə nəzər yetir-
mək lazımdır. 
Müasir  elmi-nəzəri  mənbələrdə  və  empirik  araşdırma-
larda ən çox rast gəldiyimiz anlayışlardan biri də demokratiya 


60 
 
məfhumudur.  İdeoloji  oriyentasiyasından  və  strateji  substrat-
larından  asılı  olaraq,  bir  çox  nəzəri  mənbələrdə  və  empirik 
araşdırmalarda  demokratiya  anlayışı  müxtəlif  mənalarda 
işlədilir və bu məfhuma münasibətdə fərqli yanaşmalar müşa-
hidə  edilir.  Bir  çoxları  demokratiyanı  mütləq  mənada  “xalq 
hakimiyyəti”  kimi  təsvir  edir,  bəziləri  onu  “xalqın  iradəsinin 
təzahürü”  adlandırır,  digərləri  isə  utopik  idarəetmə  sistemi 
kimi səciyyələndirirlər. Bir çox araşdırmaçılar demokratiyanı 
siyasi  rejim  növlərindən  biri  kimi  diqqətlərə  təqdim  edir, 
bəziləri  onu  siyasi  fəaliyyət  tərzi  kimi  xarakterizə  edir, 
digərləri isə fəaliyyətin ideoloji prinsipləri və meyarları kimi 
təsvir  edirlər.  Bəzilərinə  görə  demokratiya  siyasi  sistemin 
xarakteristikasıdır,  digərlərinə  görə,  bu,  ictimai  quruluşun 
idealıdır,  bir  qisim  araşdırmaçılara  görə  isə,  dünyagörüşü 
formasıdır.  
Araşdırmaçı alim Cozef Şumpeter yazır ki, demokratiya 
dedikdə,  ilk  növbədə,  xalqın  ali  və  ümumi  iradəsinin 
bilavasitə  gerçəkləşdirilməsi  (xalqın  özü  tərəfindən)  nəzərdə 
tutulmamalıdır:  “Bəziləri  demokratiyanı  xalq  idarəetməsi 
kimi  təsvir  edir  və  buradan  da  yanlış  nəticələrə  gəlinir. 
Əslində,  təcrübi  gerçəkliklər  sübut  edir  ki,  demokratiya 
xalqın  idarəçiliyi  ola  bilməz.  Xalq  idarəetməsi  praktik 
mənada  real  və  məntiqli  deyil.  Xalq  yalnız  ona  verilmiş 
hüquqlar  çərçivəsində  seçim  edə  bilər  və  hakimiyyətin 
hüquqi  mənbəyi  qismində  çıxış  edə  bilər.  Məhz  belə  bir 
durumun  fonunda  bir  neçə  meyara  və  tələbə  cavab 
verilməlidir  ki,  həqiqi  mənada  xalqın  iradəsinə  əsaslanan 
demokratik  idarəetmə  sistemi  formalaşdırılsın.  –  Birincisi, 
xalqın  dövlət  vəzifələrinə  və  idarəetmə  sisteminə  seçilmək 
üçün  layiqli  nümayəndələri  olmalıdır.  Məhz  bu  amil  xalqın 
iradəsinin  ən  yüksək  səviyyədə  təsbit  və  təmin  edilməsi  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə