ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

64 
 
şəxsiyyətin  fərdi  maraqları  qrup  mənafeyinin  fonunda  ikinci 
plana  keçir.  Amma  nəzərə  almaq  lazımdır  ki,  qrupların 
yaranmasının  əsasında  duran  təməl  faktor  fərdlərin  spesifik 
maraqlarıdır.  Fərdlər  öz  maraqlarını  təkbaşına  gerçəkləşdirə 
bilmədiklərindən  qruplarda  birləşirlər  və  öz  maraqlarının 
inteqrativ  surətdə  uzlaşdıraraq  qrup  mənafeyi  halına  salırlar. 
Digər  tərəfdən,  demokratik  şəraitdə  legitim  hakimiyyətin 
sosial  əsaslarını  və  real  gücünü  mənafe  qrupları  arasındakı 
strateji  rəqabət  və  qüvvələrarası  münasibətlər  balansı  təşkil 
edir. Məhz bu amil siyasi səhnədə təmsilçilik və münasibətlər 
sistemini  formalaşdıran  mexanizm  qismində  çıxış  edir. 
Bununla    yanaşı,  belə  bir  şəraitin  fonunda  ictimai  nizamın 
təmin və mühafizə edilməsi zərurəti də ortaya çıxır ki, burada 
əsas məsuliyyət və öhdəlik dövlətin üzərinə düşür. Dövlət öz 
funksionallığı  çərçivəsində  ictimai  ahəngi  təmin  edən 
mexanizm  qismində  çıxış  edir  və  qruplararası  mübarizənin 
dağıdıcı  nəticələrinin  cəmiyyətə  mənfi  təsir  etməsinə  imkan 
vermir. Konsepsiyada bildirilir ki, mənafe qruplarının üzərinə 
düşən  əsas  vəzifə  və  öhdəlik  onu  təşkil  edən  şəxslərin 
maraqlarının inteqrativ surətdə təmin edilməsi səviyyəsidir.  
Nümayəndəli  demokratiya  modelində  isə  belə  bir 
konseptual  maddə  əks  olunur  ki,  xalqın  iradəsinin  həyata 
keçirilməsi onun özünün bilavasitə aktiv təmsilçiliyi əsasında 
mümkün olmur. Real demokratiya xalq təmsilçiliyi hökumə-
tinin  formalaşdırılması  ilə  təmin  edilə  bilər.  Bu  hökumət  isə 
xalqın passiv iştirakı (aktiv seçki hüququndan istifadə etmək-
lə)  sayəsində  formalaşdırılır.  Daha  da  dəqiqləşdirsək,  höku-
mət xalqın iradəsi əsasında formalaşır, amma xalqın özü bila-
vasitə idarəetmədə iştirak etmir. Təmsilçilər isə öz fəaliyyət-
lərində  xalqın  ali  maraqlarını  rəhbər  tutmağa  söz  verir. 


65 
 
Amma  bu vədlərin  yerinə  yetirilməsi səviyyəsi sistemin  spe-
sifik xüsusiyyətlərindən asılıdır. 
Politoloq  Gilyermo  Donnel  yazır  ki,  nümayəndəli  de-
mokratiya  modeli  daha  az  liberaldır:  “Bu  modeldə  ictimai-
siyasi institutlaĢma xüsusi zəruri strateji  missiya kimi sə-
ciyyələndirilir.  Təsisatların  fəaliyyətinin  legitimliyi  siste-
min effektivlik səviyyəsini artırır... Bu modeldə güclü pre-
zident  hakimiyyətinə  xüsusi ehtiyac duyulur və  prezident 
millətin  siyasi  təcəssümü,  maraqların  ifadəçisi  qismində 
dəyərləndirilir...  Nümayəndəli  demokratiyada  qərarların 
qəbulu ləng, icrası isə operativ surətdə baĢ tutur”. 
Leqal  demokratiya  modelində  legitimlik  və  leqallıq 
anlayışları  mərkəzi  məfhumlar  qismində  nəzərdən  keçirilir. 
Bildirilir ki, qanunlar və xalqın iradəsi demokratik idarəetmə 
sisteminin  əsasını  təşkil  edir:  “Hər  iki  məfhum  bir-birilə 
bağlı olsa da, qanunlar xalqın iradəsindən üstündür. Hər 
bir  idarəetmə  subyekti  öz  fəaliyyətində  təməl  dəyər  kimi 
qanunlara əsaslanmalıdır”. 
Bu modeldə vətəndaş cəmiyyətinə xüsusi diqqət yetirilir 
və  bildirilir  ki,  vətəndaş  cəmiyyəti  ictimai-siyasi  institutlaş-
mada  özünəməxsus  funksionallığa  malikdir:  “Dövlət  vətən-
daş cəmiyyətinin formalaşmasında maraqlı olmalı və meyda-
na çıxan maneələri aradan qaldırmalıdır. Bunun fonunda libe-
rallaşmaya  xüsusi  diqqət  göstərilməli  və  legitimləşdirmə  ilə 
liberallaşma paralel surətdə həyata keçirilməlidir”. 
Nikos  Pulantsas,  Kerol  Peytmen,  Benjamin  Barber, 
Artur  Şlezinger  kimi nəzəriyyəçi alimlərin təmsil etdiyi par-
tisipator  (iştirakçı)  demokratiya  nəzəriyyəsində  isə  liberalist 
prinsiplər  üstünlük  təşkil  edir.  Bir  çox  nəzəriyyəçilər  onu 
liberal  demokratiya  ilə  eyniləşdirirlər  və  bəhs  edilən  modelə 
bu xüsusiyyətləri aid edirlər: fərdlərin azadlığı və bərabərliyi, 


66 
 
demokratik  təsisatların  formalaşmasında  seçkilərin  əsas 
olması  və  çoxpartiyalı  plüralist  sistemin  formalaşdırılması, 
aktorlara  siyasi  fəaliyyət  azadlığının  yaradılması,  qanunların 
aliliyi,  çoxluğun  iradəsi  və  sair.  Bundan  başqa,  bu  modeldə 
fərdlərin qərar qəbulunda iştirakına geniş şəraitin yaradılması 
xüsusi  vurğulanır.  Bununla  əlaqədar  olaraq  Artur  Şlezinger 
yazır: “Siyasi qərarların qəbul edilməsi prosesində cəmiy-
yətin  əsas  maraqları  diqqətlə  nəzərə  alınmalıdır  ki,  buna 
da yalnız həmin maraqların təmsilçilərinin və ya tərəfdar-
larının  hakimiyyət  sistemində  hakim  mövqe  tutduqları 
halda nail olmaq mümkündür”. 
Bu  modelə  əsaslanan  nəzəri-konseptual  mənbələrdə 
“sosial  inqilab”  məfhumundan  istifadə  edilir  ki,  bu  ifadənin 
mənası  klassik  semantikadan  uzaqdır.  Belə  ki,  bəhs  edilən 
anlayış  müxtəlif  vasitələrlə  hakimiyyətin  devrilməsi  və  qəsb 
edilməsi  mənasında  yox, sivil vasitə və  metodlarla demokra-
tikləşməsi  anlamında  işlədilir.  Nəzərdə  tutulur  ki,  demokra-
tikləşmənin fundamental meyarı qüvvələrarası konsensusdur.  
Partisipator demokratiya modelində təsbit edilir ki, xalq 
irrasional  toplum  deyil  və  səmərəli  idarəetmənin  əsasında 
dayanmaq iqtidarındadır: “Fərdlər  ictimai-siyasi  proseslər-
də təmsil olunmaqla idarəetmənin təkmilləĢməsinə xüsusi 
töhfələr  bəxĢ  etmək  gücündədirlər.  Beləliklə,  xalq  bütün 
proseslər  və  münasibətlərin  fonunda  mərkəzi  subyekt 
qismində dəyərləndirilməlidir”. 
Elitar  demokratiya  modelində  isə  əks  olunur  ki,  siyasi 
idarəetmə peşəkar azlıq tərəfindən həyata keçirilməlidir. Xalq 
idarəetmədə  iştirak  etməməlidir,  çünki  idarəetmə  nəcib 
keyfiyyətlərə malik olan azlıq tərəfindən həyata keçirilə bilər. 
Siyasi  qərarların  məhdud  peşəkar  qrup  tərəfindən  qəbul 
edilməsi  obyektiv  strateji  zərurətdir.  Məhz  belə  bir  təsbitin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə