ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

61 
 
səmərəli  idarəetmə  sisteminin  formalaşdırılması  üçün  təməl 
meyar  və  prinsip  qismində  çıxış  edir.  –  İkincisi,  idarəetməni 
həyata  keçirən  subyektlər  açıq  dəyərlərə  əsaslanan  qərarlar 
qəbul etməli və bu qərarlar ümumi maraqlara adekvat olmalı-
dır. Şübhəsiz, demokratiyanı mühafizə edən və təkmilləşdirən 
amillərdən biri də qərar qəbulu mexanizmi və prosedurlarıdır. 
Məhz  buna  görə  də,  bu  amil  demokratik  idarəetmə  sistemini 
formalaşdıran  və  onun  davamlılığını  təmin  edən  təməl  kimi 
qəbul  edilməlidir.  –  Üçüncüsü,  institusional  və  qeyri-insti-
tusional  formada  səmərəli  özünənəzarət  formalaşdırılmalıdır 
ki, demokratik idarəetmə sistemi mümkün olsun”. 
Plüralist  demokratiya  tərəfdarı  və  nəzəriyyəçisi  olan 
Çarlz Medison isə hesab edir ki, demokratiya praktik mənada 
təmin edilməsi mümkün olan siyasi rejim kimi dəyərləndirilə 
bilər:  “Demokratiyanı  siyasi  rejim  kimi  təsvir  etsək,  ilk 
növbədə, belə bir qənaətə gəlməliyik ki, onun səviyyəsi siyasi 
proseslərdə iştirak edən qrupların  miqdarından və təmsilçilik 
xüsusiyyətlərindən, formalarından asılıdır. Siyasi plüralizmin 
təmin  edilməsi  vəzifəsinin  fonunda  siyasi  arenada  təmsil 
olunan  qruplar  nə  qədər  çox  olarsa,  rəqabət  də  bir  o  qədər 
güclü olar”. 
Ç.Medison  yazır  ki,  siyasi  rejimin  xarakteristikası  və 
formasından  asılı  olmayaraq,  xalq  iradəsi  anlayışı  nisbi 
səciyyə  daşıyır  və  ona  dəqiq  müəyyənləşdirmələr  əsasında 
yanaşmaq  lazımdır:  “Xalq  iradəsi  anlayıĢı  bəzən  xalqın 
idarəetməsi  kimi  təsvir  edilir,  bu  isə  praktik  proseslər  və 
reallıqları  əks  etdirmədiyindən  ideal  və  ya  qeyri-real  bir 
yanaĢma təsiri bağıĢlayır. Əslində, siyasi səhnənin aktoru 
xalqın  iradəsi  əsasında  müəyyən  resurslar  və  imtiyazlar 
əldə  edir  və  idarəetməni  həyata  keçirir  ki,  məhz  bunu 
xalqın iradəsi adlandırmaq olar”. 


62 
 
Adam  Pşerovski  isə  qeyd  edir  ki,  demokratiya  siyasi 
hakimiyyətin elə təşkilidir ki, o,  müxtəlif qrupların öz səciy-
yəvi maraqlarını gerçəkləşdirmək qabiliyyətini müəyyən edir.  
Xuan  Lints  isə  bildirir  ki,  demokratiya  bütün  səmərəli 
siyasi təsisatların iştirakçılığına geniş şəraitin  yaradılmasıdır. 
Digər  tərəfdən,  qeyd  edə  bilərik  ki,  demokratiya  siyasi 
fəallığın  artırılması  üçün  yaradılmış  geniş  şəraitin  fonunda 
ictimai-siyasi  təsisatlanmanın  operativ  və  effektiv  surətdə 
həyata keçirilməsinə real zəmin yaradır. Ən əsası, demokratik 
idarəetmə  sisteminin  fonunda  inkişaf  radikal  dəyişikliklər 
vasitəsilə  deyil,  siyasi-hüquqi  islahatlarla  müşayiət  edilən 
tədrici təkamül yolu ilə baş tutur. 
Maks  Veber  isə  qeyd  edir  ki,  demokratiya  liderlərin 
legitim  surətdə  seçilməsi  və  leqal  şəkildə  fəaliyyət  göstər-
məsi, hakimiyyətin formalaşdırılması və əhalinin sosial-siyasi 
təmsilçiliyinin təmin olunması üçün ən ideal vasitədir. 
Fəlsəfi  anlayışlar  ensiklopediyasında  demokratiyaya  bu 
cür tərif verilir: “Demokratiya elə bir idarəetmə formasıdır ki, 
burada  xalq  azlığın  legitim  və  leqal  hakimiyyətinə  razılıq 
verir, başqa sözlə, idarəetmənin həmin azlıq tərəfindən həyata 
keçirilməsinə  razılığını ifadə  edir.  Amma  nəzarət hüququ və 
imkanları xalqın özündə saxlanılır”. 
Bütün bu yanaşmalara və nəzəri-empirik təsbitlərə  bax-
mayaraq,  demokratiyanın  real  mahiyyətini  anlamaq  üçün 
müxtəlif məsələlərə münasibətdə meydana gəlmiş demokrati-
ya nəzəriyyələrinin hər birinə nəzər yetirmək lazımdır. 
Araşdırmaçılar  K.Makferson  və  D.Held  demokratiya 
nəzəriyyələrinin  fonunda  aşağıdakı  demokratik  modelləri 
fərqləndirirlər: 
– Klassik-antik demokratiya
– Mühafizəçi (protektiv) demokratiya; 


63 
 
– Rəqabətə əsaslanan elitizim (elitar demokratiya); 
– Plüralist demokratiya; 
– Leqal demokratiya; 
– Partisipiator (iştirakçı) demokratiya; 
– Plebisit demokratiyası; 
– Nümayəndəli demokratiya. 
Müasir  mənada  demokratiya  məfhumunun  mahiyyətini 
anlamaq və onu təcrübi məsələlərlə əlaqələndirə bilmək üçün 
plebisit,  partisipiator,  leqal,  elitar,  plüralist  və  nümayəndəli 
demokratiya  modelləri  və  konsepsiyalarına  nəzər  yetirmək 
məqsədəmüvafiqdir. 
Beləliklə,  öncə  plüralist  demokratiya  modelinə  nəzər 
yetirək.  Plüralist  demokratiya  modelini  səciyyələndirərkən, 
ilk növbədə, bu prinsip önə çəkilir: “Xalq  hakimiyyəti  ide-
yasından  azlığın  mənafeyinin  leqal  surətdə  təmin  və  mü-
hafizə  edilməsinə  keçid”.  Plüralist  demokratiya  modelində 
başlıca  hərəkətverici  subyekt  qismində  qruplar  götürülür. 
Buradan  da  belə  bir  mövqe  ifadə  edilir  ki,  demokratiya 
insanlara  qruplarda  birləşmək  və  fəaliyyət  göstərmək  imkanı 
yaratmalıdır.  Beləliklə,  formalaşan  qruplar  siyasi  mübarizə 
meydanında avanqard aktor qismində çıxış edirlər və rəqabət 
qruplararası  mübarizənin  fonunda  meydana  gəlir.  Mübarizə 
prosesində  ayrı-ayrı  qruplar  bir-birini  neytrallaşdırır  və 
hansısa qrupun hakimiyyəti inhisara almasına imkan verilmir. 
Belə  bir  şəraitdə  dövlət  özünəməxsus  funksiya  daşıyır  və 
müxtəlif qrupların maraqlarını uzlaşdıran təməl aktor qismin-
də çıxış edir. 
Bundan  başqa,  plüralist  demokratiya  modelində  əks 
olunur ki, maraqlar uğrunda mübarizə aparan qruplar (mənafe 
qrupları) siyasi sistemin başlıca ünsürləridir. Siyasi proseslər-
də hərəkətverici faktor qrup mənafeyidir. Belə bir situasiyada 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə