ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

48 
 
nin tətbiq edilməsini təmin etməyə çalışır. Jurnalistin vəzifəsi 
isə bu informasiyanı olduğu kimi cəmiyyətə çatdırmaqdır. 
Düşünürük ki, bu tip hadisələr jurnalistlərin peşə nüfu-
zuna ciddi ziyan vurur. Jurnalistlər peşə nüfuzlarını qorumaq 
üçün  bu  cür  addımlardan,  deviant  davranış  formalarından  
imtina etməlidirlər. Azərbaycanda jurnalist peşəsinin nüfuzu-
nun  özünə  qaytarılması  ilə  bağlı  dövlət  tərəfindən  çox  mü-
hüm addımlar atılıb. Prezident İlham Əliyev  jurnalistləri nü-
fuzlu  bir  peşə  sahibləri  kimi  qəbul  edir  və  onların  əməyini 
daim  yüksək  qiymətləndirir.  Son  dövrlər  atılan  addımlar  da 
bir daha bunu sübuta yetirir. Prezident İlham Əliyevin Sərən-
camı  ilə  KİV-in  İnkişafına  Dövlət  Dəstəyi  Fondu  yaradılıb. 
Siyasi  mövqeyindən,  onun  prezidentə  münasibətindən  asılı 
olmayaraq, bütün mətbuat orqanlarına bərabər şəkildə maliy-
yə  dəstəyi  verilir,  jurnalistlərin  sosial  şəraitinin  yaxşılaşdırıl-
ması üçün fundamental tədbirlər görülür. Eyni zamanda, jur-
nalistlərin müvafiq icra strukturlarından asanlıqla informasiya 
əldə etmələri üçün vaxtaşırı bütün dövlət orqanlarına konkret 
göstərişlər verilir.  Dövlət orqanlarında jurnalistlərin azad şə-
kildə informasiya əldə etmələri üçün xüsusi qurumlar yaradı-
lıb.  Amma  bir  çox  jurnalistlər  ciddi-cəhdlə  peşə  nüfuzunu 
aşağı  salan  hərəkətlərə  yol  verməyə  davam  edir.  Beləliklə, 
onlar  həm  özlərini  cəmiyyət  qarşısında  nüfuzdan  salır,  həm 
də dövlətin imicinə ciddi zərbə vururlar. Bu  cür deviant dav-
ranış formaları yolverilməzdir. 
Düşünürük  ki,  siyasi  məsələlərdə  jurnalist  tərəf  olma-
malı, siyasilərin özündən daha artıq siyasiləşməməlidir. Onla-
rın borcu nəinki siyasətə qoşulmamaq, hətta siyasilərin primi-
tiv, qeyri-etik, radikal siyasi leksikonunu korrektə etmək, hər 
hansı  siyasətçinin  antidövlət  çağırışının  qarşısını  almaqdan 
ibarətdir. 


49 
 
Beləliklə,  fikirlərimizi  daha  aydın  çatdırmaq  üçün 
modern informasiya cəmiyyətlərində media və milli maraqlar 
məsələsinə  Azərbaycan nümunəsində toxunduq. Xüsusi fakt-
lar  əsasında  çıxardığımız  ümumi  nəticə  isə  budur  ki,  bu  gün 
beynəlxalq  informasiya  şəbəkəsinin  hakimlərinin-infokratla-
rın qlobal informasiya strategiyalarının fonunda media orqan-
larının  fəaliyyətində  “millisizləşdirmə”  tendensiyası  müşahi-
də olunmaqdadır. Daha da dəqiqləşdirsək, bu və ya digər cə-
miyyətlərdə, o cümlədən, Azərbaycanda bir sıra media orqan-
larının fəaliyyətində milli maraqlara zidd olan, amma beynəl-
xalq  informasiya  şəbəkəsinin  strukturunda  müvafiq  çalarlar 
üstünlük  təşkil  edir.  Bu  isə  infoimperialistlərin  şəbəkə  və 
düzənləri  üçün  strateji  avantaj  kimi  çıxış  etməkdədir.  Məhz 
elə buna görə media institutları öz fəaliyyətlərini yalnız praq-
matik əsaslarla  yanaşı, eyni zamanda,  milli  maraqlara  müva-
fiq surətdə rasional tələblər üzərində qurmalıdırlar.  
 
3.3.  Transmilli  media  institutları  infoimperializmin 
məqsəd və niyyətlərinin həyata keçirilməsində strateji re-
surs qismində 
 
İnfoimperializmin fonunda dünya siyasəti və beynəlxalq 
münasibətlər  sistemi  çərçivəsində  mövcud  olan  başlıca  real-
lıqlardan biri də transmilli media strukturlarının qlobal missi-
yalı fəaliyyətidir. Təsadüfi deyil ki, transmilli media struktur-
larının  qlobal  missiyalı  fəaliyyəti  dünya  siyasətinin  başlıca 
tendensiyalarına, eləcə də milli və hökumətdənkənar aktorla-
rın fəaliyyət mexanizminə də əhəmiyyətli dərəcədə təsir gös-
tərməkdədir. Məhz elə buna görə də, müxtəlif oriyentasiyala-
ra və dəyərlərə malik olan transmilli media strukturları özləri-
nin  fəaliyyət  mexanizmini  müxtəlif  maraqlar  üzərində  qura-


50 
 
raq, fərqli vasitələr və metodlara  istinad edirlər. Son məqsəd 
isə özündə konkret strateji niyyəti ehtiva edən transmilli ma-
raqların  təmin  olunmasına  və  ya  transmilli  maraqların 
ideoloji  əsaslarının  formalaşdırılmasına  nail  olmaqdır.  Eyni 
zamanda, informasiya resurslarının lokal və qlobal şəbəkəsini 
formalaşdıran  transmilli  media  qurumlarını  idarə  edən  sub-
yektlər  ən  müxtəlif  metod  və  vasitələrə  istinad  etməklə  “in-
formasiya bazarı”nın mütləq hakimləri qismində çıxış edirlər. 
Təsadüfi  deyil  ki,  həmin  qüvvələr  beynəlxalq  leksikonda  in-
fokratlar (informasiya hakimləri) kimi səciyyələndirilirlər. Ən 
əsası,  transmilli  media  institutlarının  fəaliyyət  mexanizmi 
dünya  siyasətində  hegemon  güclər  qismində  təmsil  olunan 
milli  aktorların  informasiya  siyasətinə  xidmət  edir.  Daha  da 
dəqiqləşdirsək, transmilli  media institutlarının fəaliyyəti  yeni 
dünya düzəninin fonunda imperialist güclərin apardığı “infor-
masiya  savaşı”nın  fonunda  strateji  “silah”  və  mexanizm  qis-
mində çıxış edir. 
Məhz bütün bu  məsələlərin  mahiyyətini və strateji sub-
stratlarını  daha  dərindən  anlamaq  üçün  bir-birilə  sistematik 
surətdə  bağlı  olan  bir  neçə  məsələyə  elmi-nəzəri  və  analitik-
empirik surətdə nəzər yetirmək məqsədə müvafiqdir. 
Beləliklə,  bu  gün  dünya  siyasətində  hegemon  güc 
qismində  təmsil  olunan  müəyyən  milli  aktorlar  özlərinin 
transmilli  maraqlarını  təmin  etmək  üçün  müxtəlif  vasitə  və 
resurslara istinad edirlər. Bu sırada ən çox istifadə və istinad 
edilən vasitə isə transmilli media strukturlarıdır. Yuxarıda da 
qeyd etdiyimiz kimi, müasir dövrdə transmilli media struktur-
larının  fəaliyyət  mexanizmi  konkret  güclərin  maraqları  əsa-
sında qurulub və özündə dərin siyasi manipulyasiya metodla-
rını ehtiva etməkdədir. Transmilli media institutlarının konk-
ret  güclərin  maraqlarına  xidmət  etməsini  sübut  edən  başlıca 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə