ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

73 
 
mokratik  tranzit”,  “insan  haqları”  kimi  məfhumlar  ideoloji 
imperializmin  xüsusi  institusional  vasitəsi  kimi  istifadə  edil-
məkdədir.  Bu  isə  infoimperializmin  tərkib  hissəsi  kimi 
səciyyələndirilməlidir.  
İnfoimperializmin  konseptual  mənbələrindən  birini  də 
“Böyük Ortadoğu və Genişləndirilmiş Şimalı Afrika Projesi” 
və  “Mondializm”  konsepsiyaları  təşkil  edir.  Beynəlxalq 
informasiya  şəbəkəsinin  hakimləri-infokratlar  məhz  bu  cür 
konseptual  resurslardan  konkret  transmilli  geostrateji  məq-
sədlərin  təmin  olunması  naminə  ideoloji-informativ  vasitə 
kimi  istifadə  etməkdədirlər.  Bu  prosesdə  alət,  yaxud  silah 
qismində  isə  əsas  etibarilə  sosial  media,  müxtəlif  kütləvi 
internet  resursları  ən  əsası  isə  “facebook”  və  “twitter”  çıxış 
edir. 
Böyük  Ortadoğu  və  Genişləndirilmiş  Şimali  Afrika 
Projesi”  ABŞ-ın  “Mondializm”  və  “Yeni  Dünya  Düzəni” 
konsepsiyasının  təməl  strateji  detalları  əsasında  for-
malaşdırılmış və icrasına start verilmiş imperialist genişlənmə 
strategiyasının  konseptual  əsaslarını  təşkil  etməkdədir.  Bəhs 
edilən  layihə  2001-ci  ildən  aktuallıq  qazanan  strateji 
konsepsiyadır.  Onun  əsasında  Yaxın və  Orta Şərqi, eləcə  də 
Şimali Afrikanı bütövlükdə ələ keçirərək, “əyalət”ə çevirmək 
məqsədi durur. Şimali  Afrikadan Cənubi  Asiyaya qədər olan 
geniş  bir  ərazini  əhatə  edən,  böyük  bir  coğrafiyanı  özündə 
birləşdirən  bu  konsepsiyanın  reallaşdırılması  ilə  Yaxın  və 
Orta  Şərq  bilavasitə  nəzarət  altına  alınacaq  ki,  bu  da 
bütövlükdə  Avrasiyanın  ələ  keçirilməsi  demək  olacaq  və 
nəticə  etibarilə  “Avrasiya  imperatorluğu”  konsepsiyası 
addım-addım gerçəkləşdiriləcək. Çünki layihə çərçivəsinə 23 
ölkə daxildir ki (bəzi mənbələrə görə 27), bunların da hər biri 
mühüm  geosiyasi  önəm  kəsb  edir.  Yəni  bu  konsepsiyanın 


74 
 
reallaşdırılması  ilə  mühüm  sərmayə  məkanları  –  mərkəzləri, 
bazarlar  və  strateji  tranzit  məntəqələr  ələ  keçiriləcək,  geniş 
mənada isə dünyanın perspektiv enerji ehtiyacını qarşılayacaq 
bir regionda  uzunmüddətli hakimiyyət təmin edilmiş olacaq. 
Bu  hakimiyyət  Avroatlantik  güc  mərkəzlərinin,  yəni  infoim-
perialistlərin dörd əsas məqsədinin həyata keçirilməsini təmin 
edəcək: 
–  birincisi, ölkədə  mövcud  olan karbohidrogen  ehtiyat-
ları qeyd-şərtsiz infoimperialistlərin nəzarətinə keçəcək
–  ikincisi,  gələcəkdə  bu  ehtiyatların  əsas  istehlakçısı 
olacaq  Cənubi-Şərqi  Asiya  ölkələri  (Çin,  Hindistan,  Yaponi-
ya,  Koreya,  İndoneziya,  Pakistan,  Malayziya,  Banqladeş  və 
s.) bazarı  nəzarətə  götürüləcək və  dolayısı ilə  dünya  əhalisi-
nin  üçdə  ikisindən  çoxunu  təşkil  edən  insani  və  intellektual 
resurslar da nəzarətə götürülmüş olacaq
–  üçüncüsü,  Afrika  səhraları  altında  mövcud  olan  və 
XXI əsrin əsas konflikt mənbəyi kimi çıxış edəcək içməli su 
ehtiyatları  infoimperialistlərin  əlinə  keçəcək  (Təkcə  Liviya 
səhraları  altında  150  milyon  kubkilometr  şirin  su  ehtiyatları 
var. Bu qədər su Nil çayının min il ərzində suyunun həcminə 
bərabərdir). 
– dördüncüsü, qlobal iqlim dəyişikliyi prosesində insan 
yaşayış  məskəni  kimi  əlverişsiz  hala  düşəcək  Şimali-Qərbi 
Avropa  ölkələrinin  xalqları  Yaxın  Şərq  və  Şimali  Afrikada 
məskunlaşdırılacaq  (hazırda  bu  məqsədlə  Afrikanın  yerli 
əhalidən təmizlənməsinə start verilib. Məsələn, Somali, Haiti, 
İraq, Suriya, Misir, Keniya və s. ölkələrdə müxtəlif şəkildə və 
səviyyədə  bu  proses  davam  etdirilir).  Bununla  da  ABŞ-ın  və 
Atlantik  aktorlarının  dənizaşırı  imperialist  genişlənməsi 
missiyası  yeni  keyfiyyətdə  davam  etdiriləcək.  Məhz  sadala-
nan bu detalların və strateji məqsədlərin fonunda açıq şəkildə 


75 
 
təsbit etmək olur ki, bu gün Tunis, Misir, Liviya, Suriya kimi 
region  ölkələrində  baş  verən  hadisələrin  konseptual  əsasını 
“Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi” 
təşkil  edir.  Deməli,  dünyanı  idarə  edən  nəhəng  güclər  bəhs 
edilən  bölgəni  monopoliyaya  almaq  üçün  sözügedən 
əməliyyatları həyata keçirməkdədirlər. 
Bu  məsələnin  infoimperializm  çərçivəsində  mahiyyəti 
budur  ki,  infokratlar  sadalanan  konseptual  mənbələr  çər-
çivəsində icra edilən əməliyyatların beynəlxalq təhlükəsizliyə 
xidmət  etdiklərini  bildirirlər.  Onların  təqdimatına  görə,  “Bö-
yük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi” mil-
li dövlətləri regional və beynəlxalq əməkdaşlığa cəlb etməklə 
coğrafi təhlükəsizlik və tərəqqini təmin etmiş olur.  
Dolayısıyla, sadalanan geosiyasi konsepsiyalar fonunda 
reallaşdırılan  ekspansionalist  və  imperialist  siyasət  dünya 
ictimaiyyətinə  fərqli  formalarda-beynəlxalq  təhlükəsizliyə, 
milli  dövlətlərarası  əməkdaşlığa  töhfə  verən  strateji  seçim 
kimi təqdim edilir. Bu isə infoimperializmin struktur elementi 
kimi  çıxış  edir.  Yəni  bu  cür  konseptual  mənbələrin  də  alt 
qatında geostrateji maraqlarla şərtlənmiş ideologiya əks olun-
muşdur. 
“Mondializm”  konsepsiyası  isə  milli  dövlətlərin  funk-
sionallığını  itirməsi  ilə  mümkün  olan  “qlobal  dövlət”in  for-
malaşması  və  dünyanın  vahid  mərkəzdən  idarə  edilməsi 
missiyasını  özündə  əks  etdirir.  Məhz  elə  buna  görə  də,  qlo-
ballaşma  prosesini  “Mondializm”  konsepsiyasının  tərkib 
hissəsi  kimi  səciyyələndirmək  lazımdır.  Bu  barədə  növbəti 
paraqraflarda geniş analitik informasiya veriləcəkdir. 
Xüsusi  diqqət  mərkəzində  duran  başlıca  məsələlərdən 
biri  də  “Mondializm”  və  “Böyük  Ortadoğu  və  Genişləndiril-
miş  Şimali  Afrika  Projesi”  konsepsiyalarının  əsasında  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə