ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

76 
 
arxasında  duran  milli  aktorların  müəyyənləşdirilməsidir.  Bu 
suala  cavab  vermək  üçün  son  olaraq,  Yaxın  Şərq  və  Şimali 
Afrikada  baş  verən  olayların  fonunda  bir  sıra  məsələlərə 
toxunmaq  məqsədəmüvafiqdir.  Beləliklə,  Yaxın  Şərq  və 
Şimali  Afrikada  baş  verən  məlum  dağıdıcı  proseslər  hələ 
başlanğıc  ərəfəsindəykən  belə  bir  dilemmatik  sual  ön  plana 
çəkilirdi:  sözügedən  olayların  əsasında  həmin  ölkələrin 
xalqları dayanır, yoxsa bütün bu proseslər bəzi güc mərkəzlə-
ri  tərəfindən  idarə  edilir?  Amma  hadisələrin  gedişatı,  baş 
verən bir sıra hadisələr, irəli sürülən bəyanatlar təsdiq etdi ki, 
bütöv bir coğrafiyanı ağuşuna alan bu tragikomik proses yenə 
də – ənənəvi surətdə dünyanın geostrateji konturlarını müəy-
yənləşdirən  güc  mərkəzləri  tərəfindən  həyata  keçirilir  və  bu 
proseslərin  əsasında  dayanan  təməl  motivlər  nəhəng  actorla-
rın  transmilli  səciyyəli  geosiyasi  və  geoiqtisadi,  bir  sözlə, 
geostrateji  maraqlarıdır.  Tragediyanın  komik  tərəfi  isə  odur 
ki, həmin regionun insanları, hətta hadisəni kənardan izləyən 
geniş dünya ictimaiyyətinin əksəriyyəti, doğrudan da, region-
da  demokratik  hadisələrin  baş  verdiyinə  inanırlar,  yaxud 
inanmağa çalışırlar. Dünya siyasətinin statik və dinamik sub-
stratlarını  müəyyən  və  idarə  edən  sözügedən  qüvvələr, 
əslində,  öz  aralarında  iki  böyük  qrupda  yer  alan  subyektlər-
dən ibarətdir. Bunlardan biri formal ittifaq kimi səciyyələndi-
rilən  anqlo-sakson  birliyinin  subyektləri-ABŞ  və  İngiltərə, 
digəri isə Avrosentristlər kimi təsvir edilən regional triadadır 
(Fransa,  İtaliya  və  Almaniya).  “Mondializm”  konsepsiyası 
əsasında  ortaq  razılaşmaya  uyğun  olaraq  hərəkət  edən  sözü-
gedən  Atlantik  aktorları  özlərinin  transmilli  maraqları  çərçi-
vəsində  “Böyük  Yaxın  Şərq  və  Şimali  Afrika”  əməliyyatına 
start  veriblər.  “Böyük  Ortadoğu  və  Genişləndirilmiş  Şimali 
Afrika  Projesi”  və  “Mondializm”  konsepsiyalarının  mərkə-


77 
 
zində  dayanan  lokomotiv  aktor  və  ya  “orkestr  şefi”isə  ABŞ-
dır. 
Amma  qeyd  etmək  lazımdır  ki,  Avroatlantik  aktorları 
(Avrosentristlər)  ilə  anqlo-saksonlar  arasında  kəskin  institu-
sional  ziddiyyətlər  mövcuddur.  Avropada  müşahidə  olunan 
sonuncu  maliyyə  kataklizmləri  bu  ziddiyyətləri  aşkar  edən 
növbəti  institusional  vasitə  oldu.  Avrozonada  baş  verən 
maliyyə  kataklizmlərinin  fonunda  dövlətlərin  istinad  etdiyi 
tədbirlər  və  atdığı  addımlara  nəzər  yetirdikdə  belə  bir 
nəticəyə  gəlmək  olur  ki,  bu  gün  də  dünya  siyasətinə  ciddi 
surətdə  təsir  edən  Avrosentrist  -  anqlo-sakson  qarşıdurması 
yeni keyfiyyətdə, ənənəvi formada davam edir. 
Məlum  olduğu  kimi,  anqlo-sakson  ittifaqı  ilə  Avro-
sentristlər  arasında  beynəlxalq  münasibətlər  tarixinin  bir  çox 
mərhələlərində  ciddi  strateji  rəqabət  meyilləri  mövcud  olub. 
Hər iki qütb arasında daim geostrateji resurslara sahib olmaq 
və  geosiyasi  dividendlər  əldə  etmək  uğrunda  ciddi  mübarizə 
gedib.  I  Dünya  müharibəsinə  qədərki  dövrdə  pik  nöqtəyə 
qalxan  bu  mübarizə  I  və  II  Dünya  müharibəsinin  arasındakı 
tarixdə öz formasını müəyyən qədər dəyişib. II Dünya müha-
ribəsindən sonra isə anqlo-saksonlar geostrateji mənada ciddi 
üstünlüklər  əldə  ediblər  və  hegemon  birliyə  çevriliblər. 
Ancaq SSRİ-nin fiaskoya uğraması ilə formalaşan yeni dünya 
düzəninin  fonunda  Avrosentristlər  də  müəyyən  dividendlər 
əldə  edərək  əhəmiyyətli  geostrateji  resurslara  sahib  olublar. 
Amma  bununla  yanaşı,  hələ  də  anqlo-sakson  hegemoniyası 
öz  mövcudluğunu  qoruyub  saxlamaqdadır.  Eyni  zamanda, 
mövcud  mübarizə  meyilləri  müxtəlif  forma  və  səviyyələrdə 
özünü göstərməkdədir. 
Son olaraq avrozonada baş verən maliyyə kataklizmləri-
nin  fonunda  Avrosentrist  -  anqlo-sakson  qarşıdurması  və  rə-


78 
 
qabəti aşkar formada təzahür olunub. Belə ki, Avrosentristlə-
rin  siyasi  və  iqtisadi  lokomotivi  olan  Fransa  və  Almaniya 
müxtəlif  tədbirlər  paketi  irəli  sürməklə  həm  avrozonanı 
böhrandan  xilas  etmək,  həm  də  təmsil  etdikləri  qütbün 
mühüm  geostrateji  dividendlər  əldə  etməsinə  nail  olmağa 
çalışıblar.  Buna  qarşı  olaraq  anqlo-sakson  cəbhəsinin  də 
müəyyən  addımlar  atacağını  gözləmək  olar.  Hər  halda, 
perspektivdə bunun şahidi olacağıq. 
 
 
 
 


79 
 
V FƏSĠL 
 
Beynəlxalq Ģəbəkə hakimiyyəti qlobal 
prosesləri yönləndirən infoelita kimi 
 
5.1. Netokratiya yeni növ hakimiyyət forması kimi 
 
Müasir  dövrdə  ən  müxtəlif  strateji  araşdırmalarda  önə 
çəkilən başlıca kateqoriya və məsələlərdən biri də netokratiya 
və yaxud “şəbəkə hakimiyyət”dir. XXI əsrdə dünya siyasətin-
də  lokal  və  qlobal  informasiya  şəbəkələri  genişləndikcə, 
qloballaşma  prosesi  sürətləndikcə  “qlobal  dövlət”  məsələsi 
araşdırmaçıların diqqətini daha çox çəkməyə başladı ki, bu da 
bir  sıra  yeni  tədqiqat  məsələlərini  aktuallaşdırmış  oldu.  Bu 
məsələlər  sırasında  “şəbəkə  hakimiyyəti”  (netokratiya)  prob-
lemi  xüsusi  yer  tutmaqdadır.  Bəzi  mənbələrdə  bu  kateqoriya 
“şəbəkə  dövləti”  kimi  təqdim  edilir  ki,  bu  da  müəyyən 
anlaşılmazlıqların və semantik problemlərin meydana çıxma-
sına  səbəb  olur.  Belə  olan  halda,  araşdırmaçılar  “qlobal 
dövlət”lə “şəbəkə dövləti”ni eyniləşdirir və buradan da yanlış 
nəticələr  hasil  olunur.  Məhz  bu  cür  eyniləşdirmənin  fonunda 
əhəmiyyətsiz,  bir  o  qədər  də  lazımsız  müqayisələr  aparılır. 
Beləliklə, hər iki məfhumun fərqli və oxşar xüsusiyyətləri ön 
plana çəkilir. Biz isə bu cür  müqayisələrin fonunda, əslində, 
“şəbəkə  dövləti”  anlayışının  yanlış  olduğunu,  bu  məfhumun 
doğrusunun  “şəbəkə  hakimiyyəti”  olmasını  və  gerçəklikdə 
netokratiyanın  qlobal  dövlətin  struktur  elementi  kimi  çıxış 
etdiyini isbat edəcəyik. 
Beləliklə,  qeyd  edilir  ki,  “qlobal  dövlət”lə  “şəbəkə 
dövləti”  arasında  müəyyən  oxşar  və  fərqli  xüsusiyyətlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə