ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

70 
 
dəyərlərin  nisbəti  və  təsiri  məsələsidir.  O  da  bir  faktdır  ki, 
beynəlxalq  münasibətlərin  tərəddüdsüz  qəbul  edilən  actorla-
rından biri olan milli dövlətlərarası münasibətlərdə müəyyən 
proseslər və olaylarla bağlı sövdələşmə predmeti kimi istifadə 
edilən  vasitələrdən    biri  də  ümumbəşəri  səciyyə  daşımaq 
etibarilə  demokratiya  və  onun  fundamental  prinsipləridir. 
Ümumiyyətlə,  demokratik  idarəetmə  və  düşüncə  tərzi  daha 
çox  ayrı-ayrı  ölkələrə  spesifik  surətdə  aid  edilsə  də,  başqa 
sözlə,  demokratiyaya  bir  ölkənin  daxili  idarəetmə  səviyyəsi 
və  səciyyəsini  xarakterizə  etmək  üçün  istinad  edilsə  də, 
beynəlxalq münasibətlər sistemində mütləq mənada demokra-
tiyanın  təməl  prinsiplərindən  bəhs  etmək  olmaz.  Çünki 
beynəlxalq münasibətlər sistemi və dünya siyasətində aktorla-
rın  davranışını  şərtləndirən,  motiv  və  stimul  qismində  çıxış 
edən  təməl  kateqoriya  milli  maraq  və  mənafe  anlayışıdır. 
Qısacası, milli dövlətlərin strateji aktlarının və müvafiq dav-
ranış  formalarının  əsasında  daimi  və  aralıq  səciyyə  daşıyan 
milli maraqlar durur. 
Amma  bütün  bunlarla  yanaşı,  millətlərarası  münasibət-
ləri  tənzimləyəcək,  münasibətlərə  dinamizm  və  ahəngdarlıq 
bəxş  edəcək  təməl  prinsiplər  mövcuddur  ki,  onlara  nisbi  və 
mütləq mənada istinad və əməl edilməsi beynəlxalq münasi-
bətlərin  paritet,  simmetrik  əsasda  nizamlanmasına  mühüm 
töhfələr  bəxş  edir.  Bunlara  dövlətlərin,  millətlərin  maraqla-
rına  hörmət  edilməsi,  onların  daxili  işlərinə  qarışılmaması, 
milli strategiyaların qarşı tərəfin təhlükəsizliyinə təhdid yarat-
masına yol verilməməsi və sair kimi müddəalar aiddir. 
Lakin  beynəlxalq  münasibətlərin  modern  səciyyəvi 
xüsusiyyətlərinə nəzər saldıqda müşahidə etmək olur ki, sahib 
olduqları  resurslara  və  potensial  ünsürlərinə  görə  dünya 
siyasətinin  başlıca  tendensiyalarını  formalaşdırmaq  və  yön-


71 
 
ləndirmək  iqtidarında  olan  bəzi  güc  mərkəzləri  ümumbəşəri 
səciyyə daşıyan bir sıra dəyərlərdən təzyiq, təsir və müdaxilə 
vasitəsi  kimi  istifadə  edirlər.  Bunların  başında  isə  demokra-
tiya və insan haqları məfhumları gəlir. 
II  Dünya  müharibəsindən  sonra  beynəlxalq  mü-
nasibətlər sistemində özlərinin milli və transmilli maraqlarını 
həyata  keçirmək  üçün  ümumi  nizamlama  formulları  ortaya 
çıxaran  imperialist  güclər  müxtəlif  beynəlxalq  təşkilatlar 
çərçivəsində  beynəlxalq  hüquq  normalarına  istinad  edilməsi 
məsələsini  aktuallaşdırdılar  və  bütün  bəşəriyyətə  aid  edilən 
ümumi  normalardan  istifadə  etməklə,  özlərinin  geostrateji 
maraqlarını  mərhələli  surətdə  həyata  keçirməyə  başladılar. 
Məhz  belə  bir  strateji  aktın  və  niyyətin  fonunda  imperialist 
güclər nəzəri cəhətdən ümumbəşəri səciyyə daşıyan dəyərlər-
lə müəyyən edilmiş beynəlxalq hüquq normalarını monopoli-
yaya aldılar və bu normalardan geostrateji hədəflərlə şərtlən-
miş  imperialist  ekspansiyanın  ideoloji  substratları  qismində 
istifadə  etməyə  başladılar.  Artıq  bəhs  edilən  güc  mərkəzləri 
müxtəlif  ölkələrə  münasibətdə  özlərinin  transmilli  maraqla-
rını gerçəkləşdirə bilmədikləri hallarda demokratiya və insan 
haqları  məsələlərindən  təzyiq  silahı  kimi  istifadə  taktikasına 
müraciət  edirdilər.  Başqa  sözlə,  ümumbəşəri  dəyərlər 
imperialist güclərin timsalında “qılınc” və “qalxan” qismində 
istifadə  edildi.  Məhz  bunun  qanunuayğun  nəticəsidir  ki,  XX 
əsrin  60-70-ci  illərində  “demokratiyanın  təmin  olunması”, 
“insan  haqlarının  bərqərar  olunması”  adları  altında  müxtəlif 
ölkələrdə bu və ya digər səviyyəli çevrilişlər edildi və bir sıra 
ölkələr  sözün  əsl  mənasında  xaos  və  anarxiya  meydanına 
çevrildi.  Bundan  sonra  isə  müxtəlif  geosiyasi  məkanlarda 
“demokratiya  dalğaları”  kimi  təsvir  edilən  “demokratik 
tranzit”  proseslərinə  start  verildi  və  bu  olayların  fonunda 


72 
 
qazananlar  –  idxalçılar  yox,  ixrac  demokratiyasının  bərqərar 
olunduğu  ölkələr  özlərinin  geostrateji  maraqları  əsasında 
“demokratiya dalğaları”nı hərəkətə gətirənlər – “ixracatçı”lar 
oldular.  Başqa  sözlə,  əsasında  xarici  faktorların  dayandığı 
məlum keçidlər nəhəng güc mərkəzlərinin geosiyasi oyunları-
nın struktur elementi, tərkib hissəsi səciyyəsi daşıdı. 
 
4.2.  Beynəlxalq  münasibətlər  nəzəriyyələri  informa-
siya imperializmi kontekstində ideoloji vasitə kimi 
 
Nəhəng  geosiyasi  vahidlərdən  biri  olan  SSRİ-nin 
iflasından sonra yaranmış təkqütblü dünya nizamının fonunda 
da  analoji  oyunlar,  ssenarilər  və  planlar  davam  etdi  və  de-
mokratiya,  insan  haqları  kimi  özündə  ümumbəşəri  dəyərləri 
ehtiva edən institusional məfhumlardan müdaxilə və istismar 
vasitəsi  qismində  istifadə  edildi.  Artıq  Qərb  “Yeni  Dünya 
Düzəni”  (“Le  Nouvel  Ordre  Mondial”),  “Mondializm”  kimi 
mədəni  imperializmə  xidmət  edən  konsepsiyalar  meydana 
gətirməklə geostrateji ekspansiyaları yeni keyfiyyətdə davam 
etdirdi.  Bundan  sonra  “demokratiya”  oyunları  ən  müxtəlif 
ölkələrin nümunəsində təzahür etdi. 
Beləliklə,  Qərbin  ifa  etdiyi  “demokratiya  nəğməsi”nin 
sivil insanların qətlinə, ölkələrin xaosa, böhrana və anarxiya-
ya  sürüklənməsi  ilə  nəticələnməsi  faktı  növbəti  dəfə  sübut 
etdi ki, dünyanı idarə edən Avroatlantik aktorları “demokrati-
ya”,  “insan  haqları”  kimi  formal  institusional  məfhumlardan 
özlərinin  transmilli  maraqlarını  təmin  etmək  üçün  təsir 
vasitəsi kimi istifadə etməkdədirlər. 
Nəticə  etibarilə,  beynəlxalq  münasibətlər  sisteminin  tə-
rəddüdsüz aktoru kimi qəbul edilən milli dövlətlərin, eləcə də 
xüsusi  beyin  mərkəzlərinin  timsalında  “demokratiya”,  “de-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə