ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

51 
 
göstəricilərdən  biri  də  “Ərəb  baharı”  kimi  səciyyələndirilən 
Yaxın  Şərq  və  Şimali  Afrika  olayları  zamanı  bəhs  edilən 
təsisatların  sərgilədiyi  mövqe,  yaxud  fəaliyyət  metodlarıdır. 
Belə  ki,  bəhs  edilən  geosiyasi  məkanda  hələ  iğtişaşlar 
başlamamışdan  öncə  sözügedən  transmilli  media  institutları 
qara  PR  (piar)  səciyyəli  və  təhrif  olunmuş  informasiyalar 
təqdim etməklə dünya ictimaiyyətində konkret hegemon milli 
aktorların və ya infoimperialist güclərin mövqeyini dəstəklə-
yən,  eləcə  də  region  ölkələrinin  xalqlarını  təxribata  sürüklə-
yəcək  durum  yaratmağa  çalışırdılar.  Elə  buna  da  müəyyən 
mənada  nail  oldular.  Amma  bu,  son  deyildi.  Yaxın  Şərq  və 
Şimali  Afrikada  iğtişaşların  və  qarşıdurmaların  başlamasın-
dan  sonra  transmilli  media  institutları  “qeyri-adi”  informasi-
yalar  təqdim  etməklə  dünya  ictimaiyyətinə  qarşı  ciddi  infor-
masiya manipulyasiyasını həyata keçirdi. Nəticə etibarilə, bu 
olaylar  xalqların  azadlıq  mübarizəsi  kimi  təqdim  edilməklə 
dünya  siyasətinin  başlıca  meyillərini  müəyyənləşdirən  im-
perialist güclərin “Yaxın Şərq və Şimali Afrika əməliyyatı”na 
haqq  qazandırıldı.  Əslində  isə,  işğal  faktı  baş  vermiş  böyük 
bir siyasi coğrafiya infoimperialistlər tərəfindən qəsb edilmiş-
di. Regionun bütün resursları uzun müddət istismar ediləcək, 
ölkələr  etnik-dini  və  siyasi  toqquşmanın  ağuşuna  atılacaqdı. 
Transmilli  media  isə  bu  barədə  bir  kəlmə  belə  danışmadı. 
Təbii  ki,  bütün  bunlar  “Böyük  Ortadoğu  və  Genişləndirilmiş 
Şimali Afrika Projesi”nin fonunda transmilli media struktur-
larının missiyası kontekstində səciyyələndirilməlidir. 
Beləliklə,  konkret  faktlar  əsasında  müəyyən  etdiyimiz 
kimi,  transmilli  media  strukturlarının  fəaliyyət  mexanizmi 
beynəlxalq  münasibətlər  sistemi  çərçivəsində  dominant  güc 
kimi  çıxış  edən  konkret  milli  aktorların  maraqlarına  xidmət 
edir. 


52 
 
Əlbəttə ki, fikirlərimizi daha da konkretləşdirmək üçün 
bir  sıra  transmilli  media  institutlarının  fəaliyyətində  konkret 
detallar və faktlar əsasında toxunmaq məqsədəmüvafiqdir. Bu 
kontekstdə  müşahidə  edilən  başlıca  reallıq  və  tendensiyalar-
dan biri də transmilli media strukturu olan BBC-nin fəaliyyə-
tində  nəzərə  çarpan  informasiya  manipulyasiyası  və  ideoloji 
təzyiq elementləridir. Bu, bir gerçəklikdir ki, BBC hər zaman 
konkret  imperialist  güclərin  transmilli  maraqlarına  müvafiq 
media  fəaliyyəti  sərgiləyib.  Məhz  buna  görə  də  BBC-nin 
fəaliyyət  mexanizminin  əsasında  informasiya,  resurslarının 
lokal  və  qlobal  şəbəkəsini  formalaşdıran  transmilli  media 
qurumlarının istinad etdikləri ən müxtəlif metod və vasitələr 
xüsusi yer tutub. Bunlar sırasında isə siyasi-ideoloji səciyyəli 
informasiya  manipulyasiyası  xüsusilə  qeyd  edilməlidir.  Belə 
ki, nəhəng güc mərkəzlərinin Yaxın Şərq əməliyyatı zamanı-
Əfqanıstan  olayları,  İraq  müharibəsi,  Yaxın  Şərq  və  Şimali 
Afrika  hadisələri  ərəfəsində  BBC-nin  sərgilədiyi  mövqe  və 
istinad  etdiyi  metodlar,  vasitələr  bir  daha  bunu  göstərdi  ki, 
bəhs edilən transmilli media institutunun fəaliyyəti obyektiv-
likdən  uzaq  şəkildə  konkret  imperialist  güclərin  hərbi-siyasi 
ekspansiyasının ideoloji əsaslarına xidmət edir. 
Digər  tərəfdən,  BBC-nin  fəaliyyətində  müşahidə  edilən 
başlıca reallıqlardan biri də müxtəlif dövlətlərə qarşı istifadə 
edilən şantaj vasitələridir. Belə ki, bəhs edilən qurum beynəl-
xalq münasibətlər sisteminin müstəqil aktoru olan milli döv-
lətlərə və onların başçılarına qarşı müxtəlif məsələlər ətrafın-
da şantaj siyasəti həyata keçirir və bu sırada daha çox infor-
masiya manipulyasiyasına, qara piar komponentlərinə istinad 
edir.  Nəticədə  dövlət  rəsmiləri  bir  sıra  hallarda  güzəştə  get-
mək,  irəli  sürülən  tələbləri  yerinə  yetirmək  məcburiyyətində 
qalır. Azərbaycanda belə jurnalistika fəaliyyəti “rekert jurna-


53 
 
listika” adlandırılır. Qlobal şirkət isə elə qlobal rekertdir.  Bu-
nunla  yanaşı,  BBC-nin  transmilli  missiyalarından  birini  də 
milli dövlətlərarası ziddiyyət yaratmaq təşkil edir. Yaxın Şərq 
ölkələri arasında ziddiyyət yaratmaq naminə gündəmə gətiri-
lən  məsələlər  və  dövriyyəyə  buraxılan  informasiyalar  (əslin-
də,  dezinformasiyalar)  bunu  sübut  edən  başlıca  arqumentlər-
dəndir.  Son  olaraq,  BBC  “Eurovision”  məsələsiylə  bağlı 
Azərbaycanın ünvanına ittihamlar səsləndirməklə bu məsələ-
ni siyasi manipulyasiya vasitəsinə çevirməyə çalışırdı.   
Dolayısıyla, bütün bunlar ona dəlalət edir ki, transmilli 
media  institutu  olan  BBC  öz  fəaliyyəti  ilə  həm  də  ideoloji 
təzyiq qrupu qismində çıxış edir. 
Nəticə  etibarilə,  transmilli  media  institutları  infoim-
perializmin transmilli məqsəd və niyyətlərinin həyata keçiril-
məsində strateji resurs qismində çıxış edir.  
 
3.4. Beynəlxalq informasiya savaĢında yeni kibertex-
nologiyalar və texnoloji innovasiyalar spesifik strateji va-
sitə kimi 
 
Bəşər  sivilizasiyasının  indiki  mərhələsində  kibertexno-
logiyanın inkişafı insanların sosial, mədəni, iqtisadi və siyasi 
həyatında olduqca əhəmiyyətli yer tutan bir vasitəyə çevrilib. 
Sosial  innovasiya  kimi  qiymətləndirə  biləcəyimiz  bu  hadisə, 
eyni zamanda, kibertexnologiyalar vasitəsilə iki socialyönüm-
lü xüsusi fəlsəfi ideyanın, azadlıq və nəzarətin də məzmun və 
mahiyyətinə  yeni  keyfiyyət  dəyişiklikləri  gətirib.  Bu  günə 
qədər bəşər tarixində elə bir kommunikasiya vasitəsi olmayıb 
ki,  cəmiyyətin  sosial  münasibətlərini-fərdlərarası  münasibət-
ləri,  cəmiyyətdaxili  institutlararası  təmasları  bu  dərəcədə 
asanlaşdırsın.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə