ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

35 
 
dini,  milli-etnik  kimliklərinə,  ideologiyalarına  görə  yox,  sırf 
informasiyaya  və  bu  resurs  əsasında  formalaşmış  təfəkkürlə-
rinə  görə  fərqlənirlər  və  yaxud  bir-birilərilə  eyniyyət  təşkil 
edirlər.    
Dolayısıyla,  informasiya  əsri  kimi  səciyyələndirilən 
XXI yüzillikdə milli, etnik, dini köklərdən uzaqlaşma baş ve-
rir,  yeni  assosiasiya  formalaşır.  Artıq  informasiya  ilə  idarə 
edilən insanlar  yaşadıqları sosiumun  yox,  qlobal informasiya 
cəmiyyətinin  nümayəndəsi  kimi  çıxış  edirlər.  Bu  şəxsləri  in-
foidentik  (H.B.)  ümumdünya  vətəndaşı  kimi  səciyyələndir-
mək daha məqbul olar. 
Əlbəttə,  bəhs olunan infomühit ayrı-ayrı xalqlar və bü-
tövlükdə bəşəriyyət üçün məqbul hesab oluna bilməz. Çünki 
infoidentiklik və homogen infokulturoloji piramida panideya-
çı milli aktorların-hegemon güc mərkəzlərinin strateji maraq-
larına xidmət edir, bu isə milli dövlətlərin strateji səciyyə da-
şıyan  dövlətçilik  mənafeyinə  zidd  hal  kimi  səciyyələndirilir. 
Qlobal informasiya məkanının hakimləri qismində çıxış edən 
hegemon  güclərin-panideyaçı  dövlətlərin  formalaşdırdığı  bu 
düzənin  məhsulu  olan  homoinformatikus  modern  insan 
təəssüratı  bağışlasa  da,  əslində,    informasiya  ilə  idarə  edilən 
subyektdir. 
Bildiyimiz kimi, fərdlərin məcmusu olan hər bir cəmiy-
yət  ayrı-ayrı  yarımsistemlərdən,  ictimai  institutlardan  və  so-
sial  stratifikasiyalardan  ibarətdir.  Fərdlərin  qarşılıqlı  fəaliy-
yəti, onların icra etdikləri rola müvafiq surətdə əldə olunmuş 
statusları,  sosial  institutların  funksionallığı,  yarımsistemlərin 
statik  və  dinamik  durumları  sosium  daxilində  müəyyən  pira-
midanın  formalaşmasını  şərtləndirir.  Əlbəttə,  sosiumun  nü-
mayəndələri  olan  şəxslər  özlərinin  fərdi  xüsusiyyətlərinə, 
fəaliyyət mexanizmlərinin əsaslarına və istiqamətlərinə, sosi-


36 
 
al rol və statuslarına görə bir-birilərindən fərqlənirlər. Nəticə 
etibarilə,  iyerarxiya  əsasında  formalaşmış  sosial  piramidanın 
meydana çıxması zəruri olur. 
Amma  modern  informasiya  texnologiyalarının  hər  bir 
şəxsin həyatına sirayət və təsir etdiyi XXI  yüzillikdə cəmiy-
yətin  sosial  strukturunda  əsaslı  dəyişikliklər  baş  verir  və 
klassik  cəmiyyət  modelindən  infososiuma  (informasiya  cə-
miyyəti)  transformasiya  baş  tutur.  Belə  olan  halda,  ənənəvi 
stratifikasiyanın  strukturunda  dəyişikliklər  baş  verir,  klassik 
sosial piramida sıradan çıxmağa başlayır. Bunun fonunda bir-
birindən  informativ  dünyagörüşünə  görə  fərqlənən  şəxslərin 
formalaşdırdığı infokulturoloji piramida meydana çıxır. Belə-
liklə,  infososiumda  yeni  stratifikasiya  meydana  çıxır,  fərdin 
davranışı, mövqeyi və şəxsiyyət kimi formalaşmasında infor-
masiya komponenti aparıcı faktor kimi çıxış edir. Əhəmiyyət-
lisi budur ki, informasiya infososium daxilində  yeni dəyərlər 
formalaşdırır.  Bu  dəyərlər  isə  klassik  anlamda  milli  həmrəy-
lik və bütövlüyü təmin edən mənəvi dəyərlər kimi səciyyələn-
dirilə  bilməz.  Beləliklə  də,  eyni  cəmiyyətdə  yaşayan  fərdlər 
fərqli  informasiya  mənbələrindən  yararlandıqları  halda  onlar 
arasında vətəndaşlıqdan başqa heç bir ortaq dəyər qalmır. 
Nəticə etibarilə, infoidentiklik və homogen infokulturo-
loji  piramida  əsasında  təşəkkül  tapmış  yeni  cəmiyyət  xaotik 
səciyyə  daşıyır  və  disfunksionallığı  şərtləndirir.  Belə  olan 
təqdirdə,  infoidentiklik  və  homogen  infokulturoloji  piramida 
qlobal sosiumu formalaşdırır, ayrı-ayrı cəmiyyətlər isə bu sis-
temin tərkib elementi  olaraq  yarımsistem  kimi  çıxış edir. Ən 
dəhşətlisi isə elə bundan sonra baş verir! Qlobal informasiya 
məkanına hakim olan imperialist güclər yeni infososiumu in-
formasiya  ilə  istədikləri  istiqamətə  yönləndirə  bilirlər.  Belə-
liklə də, informasiya ilə idarə olunan subyektlər onların şüur-


37 
 
altı  hafizələrinə  ötürülən  manipulyativ  impulslarla  kütləvi 
qeyri-şüuri  davranış  sərgiləyirlər.  Kütləvi  qeyri-şüuri  davra-
nışda  əql  və  məntiq  iştirak  etmədiyi  üçün  subyekt  qəbul 
etdiyi informasiyanın  diktəsi  ilə  hərəkətə  keçir.  Nəticədə  isə 
bu gün dəbdə olan ifadə ilə desək, “ərəb baharı” alınır. Qeyd 
etmək  lazımdır  ki,  infoimperialistlər  “Böyük  Yaxın  Şərq  və 
Şimali Afrika” layihəsi çərçivəsində qurduqları yeni imperiya 
siyasətini  həyata  keçirərkən,  məhz  bu  qlobal  informasiya 
silahından  istifadə  edirlər.  Bu  “silahın”  nə  qədər  dəhşətli 
olduğu isə göz qabağındadır. 
 
                                                      
 
 
 
 


38 
 
III FƏSĠL 
 
Media institutu qlobal 
infoimperializm kontekstində: 
mediakratiya, transmilli media 
strukturlarının fəaliyyət mexanizmi 
və qlobal media imperatorluğu 
 
3.1.  Media  institutu:  mahiyyəti,  spesifikası  və  onun 
institusional funksionallıq məsələsi 
 
XXI  yüzillik  informasiya  əsri  kimi  səciyyələndirilir. 
İnfoimperializmin fonunda modern və postmodern cəmiyyət-
lərdə  informasiya  başlıca  idarəetmə  vasitəsi  kimi  təsbit  edil-
diyindən  informasiya  subyektləri  kommunikasiya  texnologi-
yalarının  inkişafına  xüsusi  diqqət  yetirir  ki,  bu  da  mütəmadi 
surətdə informasiya resurslarının artırılmasını və təkmilləşdi-
rilməsini  şərtləndirən  faktor  qismində  çıxış  edir.  Xüsusi  mü-
badilə və idarəetmə vasitəsi səciyyəsi daşıyan informasiya re-
surslarından  səmərəli  surətdə  istifadə  edilməsi  üçün  daim 
yeni mexanizmlər və texnologiyalara istinad edilir. Amma in-
formasiya resurslarının idarə edilməsi və informasiya siyasə-
tinin  həyata  keçirilməsi  üçün  klassik  vasitə  qismində  media 
təsisatı çıxış edir. 
Media  təsisatı  modern  cəmiyyətlərdə  başlıca  məlumat 
mübadiləsi vasitəsi səciyyəsi daşıyır. Müasir dövrün qanuna-
uyğunluqlarına və reallıqlarına müvafiq surətdə kütləvi infor-
masiya vasitələri yerinə yetirdiyi funksiyalar etibarilə ictimai 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə