ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

107 
 
həyata  keçirdiklərini  irəli  sürmüşdür.  Lenin  imperializmi 
kapitalist dövlətlərin kasıblıq və rifah problemini milli sfera-
da həll edə bilmədikləri üçün beynəlxalq sferaya transferetmə 
siyasətlərinin  bir  nəticəsi  olaraq  izah  etmişdir.  İstehsalat  və 
maliyyə vasitəsilə dünyaya yayılan imperialst kapitalizm döv-
lətlər arasında asılılıq şəbəkələri qurmaqda və istismar kanal-
ları  yaratmaqdadır.  Leninə  görə,  imperializm  kapitalist  ölkə-
lərin  onun  quruluşundan  doğan  maliyyə  böhranlarını  gecik-
dirmək üçün dünyanın böyük bir hissəsini inkişafdan məhrum 
etmək və bu dövlətləri böyük bir yük altında saxlamaqdır. Le-
nin  imperializmin  yayılmasının  kapitalist  dövlətlər  arasında 
gücə söykənən bir rəqabət yaratdığını və bu rəqabətin böyük 
müharibələrin  əsas  səbəbi  olduğunu  irəli  sürür.  O,  I  Dünya 
müharibəsinin də məhz imperializmin güclənməsinin yaratdı-
ğı qarşıdurma nəticəsində baş verdiyini bildirir. 
Hobson və Leninin imperializm nəzəriyyələri daha son-
ra  beynəlxalq  münasibətlər  sferasında  inkişaf  edən  «quruluş 
nəzəriyyələri»nin əsasını təşkil etmişdir. İmperializm nəzəriy-
yələrinin  ardınca  «Dünya  Sistemi  Nəzəriyyəsi»,  «Mərkəzi-
Ətraf yanaşması», «Asılılıq Nəzəriyyəsi və neoqramiya» nə-
zəriyyələri meydana gəlmişdir. 
Marksist  nəzəriyyə  bütün  marksizm  ideologiyasının 
təməlində öz əksini tapan bir inanca, bütün siyasi gerçəkliyin 
iqtisadi güclərin əksi, inikası olduğu inancına söykənir. Başqa 
sözlə, imperializm onu doğuran iqtisadi sistemin məhsuludur. 
Belə  iqtisadi  sistemə  isə  kapitalizm  deyilir.  Marksizm  nəzə-
riyyəsinə  görə,  kapitalist  cəmiyyətlər  müəyyən  bir  mərhələ-
dən sonra öz toplumları içərisində istehsal etdikləri məhsullar 
üçün  yetərli  bazar,  sərmayələri  üçünsə  yetərli  yatırım  sahəsi 
tapa  bilmədikdə  başqa  ölkələri  məhsulları  üçün  bazar, 
sərmayələri  üçün  yatırım  yerinə  çevirməyə  cəhd  göstərirlər. 


108 
 
Bu isə özlüyündə imperializmi doğurur. Marksistlər imperia-
lizmi  kapitalizmin  siyasəti,  yaxud  davamı  kimi  görürlər.  Le-
nin  və  onun  davamçıları  kapitalizm  və  imperializmi  eyniləş-
dirir. Onlara görə imperializm, kapitalizmin  inhisarçı  mərhə-
lədəki  formasıdır.  Marksistlərə  görə,  ən  pis  olanı  elə  kapita-
lizm  sisteminin  özüdür.  İmperializm  bu  sistemin  məcburən 
meydana gətirdiyi təzahürdür.  
Liberallar isə imperializmi kapitalizmin deyil, kapitalist 
sistemi  içərisindəki  eybəcərliklərin  doğurduğu  nəticə  hesab 
edirlər.  Ancaq  onlar  da  imperializmin  izafi  istehsal  və  xarici 
bazarlara  sərmayə  qoyma  nəticəsində  meydana  gəldiyini  in-
kar  etmirlər.  Ancaq  Hobson  və  davamçılarına  görə,  imperia-
list genişlənmə qaçılmaz deyildir. Çünki bu heç də izafi isteh-
sal  və  izafi  sərmayə  probleminin  həll  edilməsinin  rasional 
yolu  deyil.  İstehsal  və  sərmayə  bolluğu  satınalma  gücünün 
qeyri-bərabərliyi  üzündən  əmələ  gəldiyi  üçün  məsələnin 
həllində  bu  gücün  artırılması,  həddən  artıq  qənaətcilliyin 
aradan qaldırılması, ölkədaxili bazarın genişləndirilməsi kimi 
vasitələrdən istifadə etmək lazımdır. 
Beləliklə, liberalları  marksistlərdən ayıran başlıca cəhət 
kapitalizmin  yaratdığı  problemləri  ölkə  daxilində  həll  etmək 
düşüncəsini mənimsəmələridir. 
Morgentau  isə  imperializmi  tətbiqi  formalarına  görə  üç 
yerə  ayırır.  Bunlar  hərbi,  iqtisadi  və  mədəni  imperializmdir. 
Morgentauya  görə,  hərbi  imperializmin  istəyi  hərbi  fəth, 
iqtisadi  imperializmin  istəyi  başqa  xalqları  istismar  etmək, 
mədəni  imperializmin  istəyi  isə  bir  mədəniyyətin  öz  yerini 
başqa  bir  mədəniyyətə  verməsidir.  Amma  ən  əhəmiyyətlisi 
odur ki, bunların hamısından eyni kapitalist məqsədə çatmaq 
üçün istifadə edilir.  


109 
 
Biz  beynəlxalq  informasiya  şəbəkəsi  və  qlobal  actorla-
rın  ideoloji  dominantlığa  əsaslanan  sistemini  analiz  etmək 
üçün diqqəti mədəni imperializmə çəkəcəyik. 
Beləliklə,  mədəni  imperializm  ən  incə  görünüşlü  impe-
rializm  olmaqla  yanaşı,  müvəffəqiyyət  baxımından  imperia-
list siyasətlərin ən təsirlisidir. Mədəni imperializmin məqsədi 
zahirdə  heç  də  ölkəni  işğal  etmək,  torpaq  qazanmaq,  yaxud 
iqtisadi  həyatı  nəzarət  altına  almaq  kimi  görünmür.  Əslində 
isə, bir ölkəni işğal etmək vasitəsi olaraq həmin ölkənin milli 
düşüncəsini,  zehniyyətini,  ağlını  fəth  etməklə  nəzarət  altına 
almaq məqsədini güdür. 
Hans Morgentauya görə, əgər A dövləti öz mədəniyyəti-
ni və ən önəmlisi siyasi ideologiyasını bütün digər real impe-
rialist hədəfləriylə birlikdə B dövlətinin daxili və xarici siya-
sətini müəyyənləşdirən insanlara mənimsədə bilmişsə, yəni B 
dövlətinin  idarəedicilərinin  düşüncə  və  beyinlərini  fəth 
etmişsə, iqtisadi yollarla o ölkə üzərində hakimiyyət qurmaq 
istəyənlərin  hamısından  daha  çox  sabit  və  uzunömürlü  bir 
üstünlük əldə etmiş olur. 
Mədəni  imperializmin  müasir  dövrümüzdə  oynadığı 
tipik rol digər imperializm üsullarına yardım etməkdir. Çünki 
mədəni  imperializm  düşməni  iradəsizləşdirir,  hərbi  işğal  və 
iqtisadi  hakimiyyət  üçün  daha  rahat  və  uyğun  bir  şərait 
hazırlayır.  Qısacası,  mədəni  imperializm  bir  ölkədə  yaşayan 
bütün  insanları,  xüsusilə  də  intellektual  sferada  təsirli  olan 
şəxsləri  və  ölkənin  daxili  və  xarici  siyasəti  haqqında  qərar 
qəbuletmə  səlahiyyəti  olan insanları hədəfə alır. Bu insanları 
öz  mədəniyyətinin  cazibədar  tərəfləri  ilə  təsir  altına  salır  və 
onları siyasi və iqtisadi məqsədlərinin quluna çevirir. 
Eyni  zamanda,  mədəni  imperializmin  tək  hədəfi 
intellektual  elitanın  imperialistlərin  təsir  dairəsinə  alınması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə