Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə28/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   24   25   26   27   28   29   30   31   ...   444
56 V'aqif Niftullaycv. Sahibkarlığın əsaslan

hesabına omoliyyatlar boyata keçirmək imkanları vardır. Onun xarici iqtisadi foaliyyotlə olaqodar kreditləşmo, hesablaşma və başqa əməliyyatları yerinə yetirməsi vacibdir.

Dövlət qiymətli kağızlar buraxılışını genişləndirməklə, təkcə onların banklar vasitəsilə yerləşdirilməsini deyil, həm də onların ikinci dəfə mübadiləsinin mümkünlüyünü təmin edir. Qiymətli kağızların normal mübadiləsi qiymətli kağızlar bazarının infrastrukturu olan fond birjalarını yaratmaqla təmin olunur. Birja, qiymətli kağızlar bazarında, tələb və təklif haqqında informasiya yığmalı, birja məzənnəsinin formalaşmasına təsir göstərməli və nəhayət qiymətli kağızların alqı-sat- qısı mexanizmi vasitəsilə müvəqqəti azad pul vəsaitinin hərəkətinə xidmət etməlidir. Dünyanın ən iri fond birjalarına - Nyu-York, Tokio, London, Paris və başqa fond birjaları aid edilir. Fond birjalarının çoxu səhmdar cəmiyyətləri şəklində təşkil edilib.

ABŞ-da və bir sıra Avropa ölkələrində birja ənənələri bütöv tarixi bir dövr ərzində əmələ gəlmişdir. 1602-ci ildə yaranmış Amsterdam birjası ən qədim fond birjasıdır. Nyu-York fond birjasının iki yüz il yaşı vardır. Hazırda ABŞ-da fərdi səhmdarların 70 faizi səhmləri birjadan almışdır. 1989-cu ildə Nyu-York fond birjasında səhm satışının həcmi 41,7 milyard dollar olmuşdur.

Qiymətli kağızlarını fond birjasında satmağa hər şirkətin gücü çatmır. Məsələn, Nyu-York birjasında səhmlərin məbləği 16 milyarddan az deyildir. Birjada iki mindən çox səhmdarı olan şirkətin səhmləri qəbul edilir. ABŞ-da üç milyona yaxın səhmdar cəmiyyətləri fəaliyyət göstərir. Lakin onlardan yalnız bir neçə mini öz səhmlərini mərkəzi birjalarda sata bilər.

İnkişaf etmiş bazar iqtisadiyyatı olan başqa ölkələrdə də belə vəziyyətlə rastlaşmaq olar. Tokio fond birjasında qeyd edilməzdən əvvəl şirkət maliyyə və kommersiya hesabatı verməlidir (üç il ərzində gəlirin həcmi 300 milyon iendən az olmamalıdır). Bundan əlavə ilkin kapitalı bir milyard iendən çox olmalı və bir səhminə 5 ien təmin etməlidir.

Nə üçün şirkətlər Öz səhmlərini birjalara satmaq istəyirlər? Cavab sadədir: birjalarda səhmlərin və istiqrazların səlahiyyəti artır. Bu səhmləri investorlar həvəslə alırlar. Qiymətli kağızların qiyməti orta dəyərdən yüksək olur. Bəzi mütəxəssislər fond birjalarının məqsədə- uyğunluğuna şübhə edir və bu tədbiri vaxtından əvvəl hesab edirlər. Onların fikrincə, qiymətli kağızların alqı-satqısı funksiyasını kommersiya bankları yerinə yetirə bilərlər. Lakin bu fikir hər yerdə eyni deyil. Birincisi, iqtisadiyyatın bazar münasibətlərinə keçməsi ilə mübadiləyə buraxılan qiymətli kağızların həcmi (xüsusilə səhmlərin və istiqrazların) sürətlə artır. İkincisi, fond birjalarının yaradılması, təsərrüfat formalarının inkişafı prosesinin aktivliyini artırır. Buna görə də bizdə fond birjalarının təşkili qiymətli kağızlar bazarının formalaşmasında birinci addım olmalıdır.



u psil. Sahibkarlıq fəaliyyətinin növləri 57

Bu proses artıq Rusiyada başlanmışdır. Moskvada üç fond birjası loşkil olunub. Leninqradda isə fond birjalarının yaradılması elan olunmuşdur. Lakin onlar birja əməliyyatlarına hələlik başlamamışlar.

Fond birjası qiymətli kağızlar bazarının fəaliyyətinə əsaslanaraq səhm və istiqrazlar buraxmaq, müəssisə və təşkilatın maliyyə vəziyyətini qiymətləndirməklə bağlı əməliyyatlar həyata keçirmək imkanına malikdir. Bunun üçün qiymətli kağızlar bazarının beynəlxalq vəziyyəti ilə bağlı informasiyaya diqqət yetirmək lazımdır.

Fond birjalarının sahibləri, milli və kommersiya bankları, hətta qiymətli kağızlar mübadiləsi üzrə fəaliyyət göstərən hüquqi şəxslər olmalıdır. Fond birjalarının yaradılmasına xarici ölkələrdən marağı olan maliyyəçilərin cəlb edilməsi məqsədəuyğundur.

Maliyyə bazarının vacib infrastruktur elementləri, onun fəaliyyətinin səmərəliliyini təmin edən aşağıdakı kommersiya-maliyyə-kredit institutları olmalıdır: auditor və broker firmaları, investisiya və sığorta şikətləri.

Auditor firmalarının işi aşağıdakılardan ibarətdir; səhmdar müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, müqavilə əsasında onlara menecer xidməti, məsləhətlər verilməsi və s. Auditor firmaları öz səlahiyyətlərini, dövlət orqanları tərəfindən verilmiş xüsusi icazələrlə həyata keçirməlidir. Auditor firmasının fəaliyyətinin nəticəsi, yoxlanılan müəssisənin iqtisadi maliyyə vəziyyəti haqqında çıxardığı qərardan ibarətdir. Broker firmasınını funksiyası, vasitəçilik əməliyyatını həyata keçirməkdən, qiymətli kağızlar bazarında satıcı ilə alıcı arasında əlaqə yaratmaqdan ibarətdir. Bu firmanın nümayəndələri vasitəçilik xidməti göstərmələrinə görə müəyyən miqdar haqq alaraq, müştərilər hesabına

fəaliyyət göstərirlər.

Maliyyə bazarında vasitəçilik əməliyyatlarının əsas hissəsini kommersiya bankları ilə sıx əlaqəsi olan iri broker firmaları həyata keçirirlər. Qiymətli kağızlar bazarında dilerlər də fəaliyyət göstərirlər, üilerin mənfəət mənbəyi qiymətli kağızlar satıcısı ilə alıcısının qiy- mətdəki fərqidir.

İnvestisiya fondlarının vəzifəsi, səhmdar cəmiyyətinə çevrilmiş, dövlətə məxsus olan müəssisə və təşkilatların səhmlərini öz ixtiyarına götürməsidir. İnvestisiya fondları həm sahə, həm də ərazi əsasında yarana bilərlər.

Qiymətli kağızlar bazarının infrastrukturunun vacib elementlərindən biri də təqaüd fondudur. Təqaüd fondları, müxtəlif mülkiyyət formalarına aid müəssisələrin (təşkilatların) yaratdıqları fondların məcmusunu təşkil edir və təqaüdün verilməsini həyata keçirir. Təqaüd fondları müəssisə və təşkilatlarda işləyən fəhlə və qulluqçuların əmək haqlarının uyğun hissəsini tuturlar. Yığılan sərbəst vəsaitlərin bir hissəsi mənfəət əldə etmək məqsədilə səhmlərə və başqa növ




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə