44
Yeni Özbәk әdәbiyyatı XIX әsrin II yarısından başlayır. Bu dönәm әdәbiyyatının
başlanışı
Mərifətçilik Ədəbiyyatı
adlanır. Bu dövrün әdәbiyatına
ictimai həyat
,
bəşəri duyğular
vә
xalqın danışdığı dil
daxil olub. Bu dövr әdәbiyyatının әn önәmli şәxsi
Mukimi
dir. Mukimi,
yazdığı
Tənapçılar, Toy, Saylov
kimi şeirlәriylә Özbәk әdәbiyyatına yeni bir istiqamәt
qazandırıb.
Bu ədəbiyyatın ən önəmli özəlliyi toplumun cəhalət bataqlığından xilas ola bilməsi
üçün elm və fənnə yüksək qiymət vərilməsidir
. Şairlәr şeirlәrin möhtәvasını dәyişdirib
ictimailәşdirәrәk onlara motif zәnginliyi әlavә ediblәr. Bununla birlikdә eşq vә tәsәvvüf
mövzuları da dilә gәtirilib belәliklә şeir oxuyanların sayı artmağa başlayıb. 1859-1909-cu illәr
arasında yaşayan
Furkat
(Firqәt) Rus dilinin öğrәnilmәsi vә Avropa mәdәniyyәtinin
tanınmasından müdafiә edib. Şeirlәrindә milli azadlığa çatmağın yeganә yolunun xalqın
ziyalandırılması vә tәlim-tәhsilin sәviyyәsinin yüksәldilәrәk kütlәvilәşdirilmәsi olduğunu tәkidlә
vurğulayıb (Akpınar-Ağca, 2013:60-62).
Dostları ilə paylaş: