S
S
a
a
l
l
i
i
d
d
ə
ə
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
8
diaxron kəsikdə universal xarakter vermək, onun dünyagö-
rüşünün elementlərini keçmişdə aramaq cəhdlərini U. Eko
istehza ilə «Homerin özünü postmodernist elan etmək» ki-
mi fikirləri ilə razılaşmadığını bildirirdi. «Postmodernizmi
getdikcə uzaq keçmişə, qədim zamanlara itələyirlər. İlk
əvvəl bu termin yalnız XX əsrin ikinci yarısının yazar və
sənətkarlarına şamil olunurdu, getdikcə XX əsrin əvvəllə-
rinə, sonra daha da dərinə getdi; dayanacaq nöqtə görün-
mür və tezliklə postmodernizm kateqoriyası Homeri də
özünə hopduracaq»
3
. Bu postmodernist ideoloqların keç-
mişlə bağlı irəli sürdükləri konsepsiyalar postmodernizmin
ictimai, mədəni, fəlsəfi-estetik hadisələr kimi boş yerə
əmələ gəlməsinin qeyri-mümkünlüyü və ondan əvvəlki,
bəzən də özünə xas olmayan yad hadisələrin içərisində for-
malaşması ilə əsaslanır. Lakin postmodernistlərdə keçmi-
şin bərpası mümkün olmaması səbəbindən, sitat ona müra-
ciətin əsas formasına çevrilmişdir. U. Ekonun fikrincə bü-
tün sözlər artıq deyilib, bu səbəbdən də, postmodernist mə-
dəniyyətdə hər bir söz (hətta hərf) sitatdır.
Postmodernizm yeni aksioloji yanaşma ilə səciyyələ-
nir. Postmodernizmə görə «Mən» fenomeni tarixin müəy-
yən mərhələsində meydana çıxdığından keçici xarakter da-
şımışdır. M. Fuko «Les Mots et les choses. Une archéolo-
gie des sciences humaines» əsərində əsr yarım bundan əv-
vəl başlanmış dövr daxilində insanın ciddi transformasiya
olmasını qeyd edir. Mişel Fuko bunu biliklərin məqsədlə-
rinin dəyişməsinin nəticəsi kimi qiymətləndirir. Onun fik-
rincə, bu məqsədlər meydana gəldiyi kimi yoxa çıxsa,
3
Eco U. Postscript to the Name of the Rose. NY.: Harcourt, 1985,
91 p. P. 75.
Çağdaş Azərbaycan postmodern romanı
9
XVII əsrin sonlarında klassik düşüncə tərzinin dağılıb
məhv olduğu kimi, «Mən»i ön plana çəkən məqsədlər kimi
insan da yox ediləcək.
Postmodernistlər varlığı müxtəlif fraqmentlərdən iba-
rət olmasına əsaslanırlar. Məfhumların yanlış olması və
onların dekonstruksiyaya uğraması, yəni reallığın dağıdıl-
ması və eyni yolla yenisini qurmaq prinsipi üzərində da-
yanmış Jak Derrida tərəfindən irəli sürülmüş dekonstruksi-
ya («destruksiya» (dağıtma, sökmə) və «konstruksiya»
(quraşdırma, tikmə)) anlayışlarına xüsusi yer verilir. Jak
Derrida məfhumların yanlış olmasını və onların dekon-
struksiyaya uğraması, yəni reallığı dağıtmaq və eyni yolla
yenisini qurmaq prinsipi üzərində dayanmışdır. Loqosen-
trizmi əsas götürən «dünya-mətndir» və «mətn-reallığın
yeganə mümkün modelidir» prinsipinə söykənən J. Derri-
da dil və danışığa önəm verməyərək, əsas mətni qəbul
edir. Dildəki simvolların yazıda həkk olunub qalması və
dilin və danışığın yazıdan, yəni mətndən asılı olmasını
əsas gətirərək, onların törəmə olmasını iddia edir. Dekon-
struksiyanın üsullarını həmçinin R. Bart da işləyib hazırla-
mışdır. Dekonstruksiya elementlərin xaotik (nizamsız) yı-
ğınını təmsil edən varlığın bədii inikasını əks etdirən alət-
dir. Postmodernizm dünyanı səbəb-nəticə bağlarının qırıl-
dığı bir xaos kimi dəyərləndirir. Şüur isə həmin situasiya-
da xaosu anlamaq vasitəsinə çevrilir. Kosmos və xaos və
«qızıl orta» kimi universaliyalar arasında balans edərək
kompromisdə dayanırlar. Göstərilən iki başlanğıcın məna-
sız birləşməsi kimi «xaosmos» termini əmələ gəlmişdir.
«Fraqmentləşdirilmiş» varlıq ideyası əsasında postmo-
dernizm yeni gnosoloji prinsiplər irəli sürür. Postmoder-
nizmin daxildəki həqiqəti anlaya bilməmək, bütünlük anla-
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
10
yışının yanlış olması, hər şeyin keçici olması, dünən doğru
olanın bu gün səhv olması, bu gün doğru olanın isə sabah
yanlış olacağı, bu səbəbdən insanın həqiqətə çata bilməyə-
cəyi, cəmiyyətdəki dəyərlərin tarixə çevrilməsi kimi iddia-
larına diqqət yetirmək lazımdır.
Postmodernizmə xas görüşlər və prinsiplər ilk növbədə
postmodern mədəniyyət, o cümlədən postmodern ədəbiy-
yatda öz əksini tapmışdır. İ. Hassan postmodern əsərin əla-
mətlərini sistemləşdirib. Onlar arasında qeyri-müəyyənlik,
səhv buraxmaların kultu, fraqmentarlıq və montaj prinsipi,
dekanonizasiya, psixoloji və simvolik səthilik, mimesisdən
imtina, müsbət ironiya, üslub sinkretizmi, teatrallıq, ünsiy-
yət vasitələrinə sahib olmaq, məqsəd – oyun, parçalama,
metafora əvəzinə metonimiya (assosiativ əlaqələr zənciri-
nin qurulması) və s. qeyd etmişdir. Sadalanan əlamətlər bi-
lavasitə postmodernizm dünyagörüşünə xas olan özəllik-
lərdən irəli gəlir. Məsələn, zamanın, məkanın, tarixin və
inkişafın fraqmentar və spiral xarakter daşıdığı, «Mən»in
çoxölçülüyü, ictimai dəyərlərin dəyişkən və nisbi olması,
insanın varlığın və həqiqətin sonadək öyrənməyə qadir ola
bilmədiyi və s.
Məsələn, qeyri-müəyyənlik, səhv buraxmaların kultu,
fraqmentarlıq və montaj prinsipi, bədii zamanın və məka-
nın fraqmentarlığı Culian Barnsın «Floberin tutuquşusu»
(Flaubert
'
s Parrot, 1984) romanında öz əksini tapmışdır.
Romanda Cefri Braytveytin Floberlə münasibətləri barədə
xəyali söhbətlərindən ibarət olan və Braytveytin cins tutu-
quşu tapmaq üçün apardığı axtarışlar barədə hekayətlər
maraqlı və yığcamdır. Romanda Floberin həyatından və
Floberin öz dilindən bioqrafik və tənqidi hadisələr bir at-
Dostları ilə paylaş: |