AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1
Səadət BAYRAMOVA
Nizami adına Ədəbiyyat İnstitutu
ANARIN “YAXŞI PADŞAHIN NAĞILI”
ƏSƏRİNİN JANR SƏCİYYƏSİ
Açar sözlər: Anar, xalq yaradıcılığı, yaxşı padşah, nağıl, yazıçı idealı
Key words: Anar, national creativity, good king, tale, writer’s ideal
Ключевые слова: Анар, народное творчество, хороший падишах, сказ-
ка, писательский идеал
Keçən əsrin 50-ci illərinin sonu, 60-cı illərinin əvvəllərində
yaradıcılığa başlayan Anarın keçdiyi yaradıcılıq yolu bütün müstə-
vilərdə özünün zənginliyi, həyata, həyat hadisələrinə yanaşma və ifadə
spesifikası ilə maraq doğurur. Bu zənginlikdə açılmalı, araşdırılmalı
kifayət qədər istiqamətlər var. Onun yaradıcılığı ədəbiyyata gəldiyi ilk
günlərdən ədəbi tənqidin marağında olmuş, müxtəlif problem möv-
zuların tədqiq faktına çevrilmişdir. Ancaq bu yazılanlara, aparılan
təhlillərə baxmayaraq, həmişə də yeni sözə, araşdırmalara ehtiyac
doğurmuşdu. Yazıçının, sənətkar olanın böyüklüyü, qüdrəti də elə
bundadır. Anarın yazıçı təfəkküründə, daha doğrusu, təhkiyəsində
araşdırılmalı problemlərdən biri nağıl təhkiyəsindən gələnlərlə bağ-
lıdır. “Yaxşı padşahın nağılı”, “Ağ qoç, qara qoç” bu kontekstdə ki-
fayət qədər ciddi araşdırmalara yol açır. Düzdür, Anar yaradıcılığının
tədqiqində bu əsərlər də özünə yer tapır, bu və ya digər dərəcədə
ümumi yanaşmada təhlil faktına çevrilir. Təkrar qeyd edirik ki, Anar
kifayət qədər zəngin yaradıcılıq yolu keçmişdir. Hekayələri (“Yaxşı
padşahın nağılı”, “Vahimə”, “Qırmızı limuzin”, “Gürcü familiyası”,
“Asqılıqda işləyən qadının söhbəti”, “Ağ qoç, qara qoç”, “Mən, sən, o
və telefon” və s.), povestləri (“Dantenin yubileyi”, “Otel otağı”, “Əla-
qə”, “Macal”, “Ağ liman”), romanı (“Beşmərtəbəli evin altıncı mər-
təbəsi”), pyesləri (“Şəhərin yay günləri”, “Adamın adamı”, “Səhra yu-
xuları”, “Sizi deyib gəlmişəm”, “Keçən ilin son gecəsi”, “Qaravəlli”),
publisistikası (“Sizsiz”, “Müharibə bu gün də var”, “Gecə düşün-
cələri”, “Əsrim və nəslim”) və s. (1, 2) bunun göstəricisidir. Elə bu
zənginlik olduğu qədər də araşdırmaları aktuallaşdırır. Məhz bu
səbəbdən də “Anar yaradıcılığının həm fakturasına, həm də poten-
sialına görə, bir neçə minillik türk-Azərbaycan milli-ictimai bədii
təfəkkürünün varisi kimi də bilavasitə təqdim (və təqdir) oluna bilər
ki, bu baxımdan o həm qədim türk mifologiyasının, eposunun və Dədə
Qorqudun, həm Nizami Gəncəvi, Füzuli və Vaqifin, həm də Cəlil
Məmmədquluzadə, Üzeyir Hacıbəyli və Səməd Vurğunun mənəvi
övladıdır” (3, 4). Deməli, Anar bir yazıçı kimi bütünlükdə Azərbaycan
ədəbiyyatının uğurlarını özündə ehtiva edir. Və bununla da ədəbiy-
yatımızın müasir dövrünün mənzərəsi kimi düşüncəni sərgiləyir.
Anarın zəngin yaradıcılığında diqqət yetirilməli istiqamətlərdən
biri də xalq ədəbiyyatından istifadə imkanlarının müəyyənləşməsidir.
Çünki onun yazıçı potensiyasında xalq yaradıcılığı ayrıca bir istiqa-
mətdir. Düzdür, o, klassiklərimizin zəngin ənənəsindən, yazı faktura-
sından da kifayət qədər yaradıcı şəkildə istifadə etmişdir. Bizim ma-
rağımızda olan isə bu zənginliyin çox güclü göstəricilərindən biri və
Anar yaradıcılığına əlavə üstünlüklər gətirən nağıldan yaradıcı istifadə
ilə bağlılığın aşkarlanması məsələsidir. Ümumiyyətlə, nağıllar Azər-
baycan bədii nəsri üçün bir mənbə, bəhrələnmə, yararlanma məka-
nıdır. Klassiklərimizdən başlayaraq, müasirlərimizə qədər bütün sə-
nətkarlar bu zəngin xəzinədən istifadə etmişlər. Oraya üz tutanların, əl
uzadanların heç biri əliboş qayıtmamışdır. Anar isə nağıl strukturun-
dan, motiv, süjet və hadisələrindən istifadə etməklə, ədəbiyyatımıza
yeni keyfiyyətlər, zənginliklər gətirmişdir. “Yaxşı padşahın nağılı”,
“Vahimə”, “Qırmızı limuzin”, “Gürcü familiyası”, “Asılqanda işləyən
qadının söhbəti”, “Ağ qoç, qara qoç”, “Mən, sən, o və telefon” və s.
kimi hekayələri bu fikrin müxtəlifliklə nəzərə çarpan göstəricisidir. Bu
mənada, deməliyik ki, “xalqın mədəniyyət qalası yeganə qaladır ki,
heç vaxt tikilib qurtarmır. Hər gələn nəsil onun təzə qatını hörür. Hər
qat hörüldükcə, qalanın özülü – milli varlığın bünövrəsi bərkiyir” (5,
7). Anar bu bünövrəni, özülü bütün yaradıcılığı ilə bərkidən yazıçıla-
rımızdandır. Onun yazıçı təhkiyəsinin, əsərlərindəki alt qatda olan-
ların, bütünlükdə genetikasının araşdırılıb müəyyənləşdirilməsi bədii
düşüncəmizin imkanlılıq hadisəsidir. Ona görə də Anar əsərlərinin
poetikası müxtəlif istiqamətli təhlilləri aktuallaşdırır. Bu aktuallıqda
yanaşmalar, struktur məsələləri, janr spesifikası, yazıçı təhkiyəsi,
mövzu aktuallığı və s. kimi məsələlər var. “Yaxşı padşahın nağılı”
(1970), “Ağ qoç, qara qoç” (2003) bu mənada çox ciddi mülahizələrə
yol açır. “Yaxşı padşahın nağılı” ilə “Ağ qoç, qara qoç” arasında
böyük zaman məsafəsi var. Bu uzun yol yazıçının bir yaradıcı kimi
xalq ədəbiyyatından davamlı olaraq bəhrələndiyini, mühitə və zamana
uyğun cəmiyyəti təqdim etmək istəyini göstərir. “Ağ qoç, qara qoç”
son dövr ədəbiyyatımızın, bütünlükdə Anar yaradıcılığının ən uğurlu
nümunələrindəndir. “Yeni yüzilliyin (və minilliyin) ilk, bəlkə də ötən
yüzilliyin (və minilliyin) son illərindən Anar 90-cı illərin ekristen-
sialist axtarışlarına hiss olunacaq dərəcədə ara verib bədii yaradıcılığı
üçün xarakterik olan realist-publisist üslubu davam etdirməyə başladı:
“Utopik və antiutopik nağıllar”ını danışdı... Və bunlar onun ilk
nağılları deyildi – bir vaxtlar “Yaxşı padşahın nağılı”nı yazmışdı.
Lakin “Ağ qoç və qara qoç” da, “Yaxşı padşahın nağılı”ndan gələn
(yəni əsasları məhz Anarın özü tərəfindən qoyulan) ifadə-təhkiyə
texnologiyası daha mürəkkəb, hətta belə demək olar ki, daha
fantasmaqorikdir.
Anara XXI əsrin ilk nağılını danışdıran bir az onun yaşı – on
illərin həyat – yaradıcılıq təcrübəsi, müdriklikdirsə, əsasən dünyanın
(və get-gedə daha çox onun üzvi tərkib hissəsi olan Azərbaycanın)
sosial-siyasi vəziyyəti, ideoloji paradoksları, problemləridir” (3, 13).
Bu problemlərin ağırlığı və düşünülmə gərəkliyi “Yaxşı padşahın
nağılı” ilə “Ağ qoç, qara qoç” arasında zaman və düşüncə kəsimində
müxtəlifliklə təkrarlanır. Burda eyniyyət və fərqlilik məsələləri də
vardır. Ancaq əsas olan yazıçı təhkiyəsində yaddaş hadisəsinin da-
vamlılığıdır.
“Yaxşı padşahın nağılı” da, “Ağ qoç, qara qoç” da sırf nağıl
təhkiyəsindədir. Anar düşüncəsində nağıl təhkiyəsinin, bütünlükdə
nağıl formatının davamlı olaraq mövcudluğunun göstəricisidir. Məsə-
lən, “Yaxşı padşahın nağılı”nın başlanğıc formulu elə nağıl formulu
ilə eyni xətdədir. Demək olar ki, onun təkrarıdır. “Sizə kimdən deyim,
yaxşı padşahdan. Ravilər belə rəvayət edir ki, əyyami qədimdə ya
Çində, ya Maçində bir yaxşı padşah varmış. Bu padşah çox adil
padşah imiş. Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz
deməzmiş. Nə incidərmiş onları, nə boyunların vurdurarmış, nə də
asarmış. Padşahın yaşı ötmüşdü, amma ömrüboyu o nəinki adam, heç
taxtabiti, birə də öldürməmişdi” (1, 17). Bir vaxtlar, daha doğrusu,
XIX əsrin sonlarında Rəşid bəy Əfəndiyev “Ədalətli padşah” adında
hekayə yazmışdı. Anar XX əsrin yetmişinci illərində isə həmin ənə-
nədə “Yaxşı padşahın nağılı”nı yazdı. Özlüyündə bu hekayələrin ara-
sında kifayət qədər uzun məsafə var. Ancaq hər ikisinin də mahiy-
yətində dayananlar eynidir. Yaxşı padşah problemidi. R.Əfəndiyev
Dostları ilə paylaş: |