ehtiram. Zaman keçdikcə bu keyfiyyətlər azalmamış, əksinə, yeni
çalarlarla daha da zənginləşmişdir.
İnsan üçün də, sənətkar üçün də ən böyük faciə xalqdan, vətən-
dən, ata-anadan üz döndərmək, onlara laqeyd münasibət göstərmək-
dən başlayır. Şair bu münasibəti həmişə mənfi hal kimi dəyərlən-
dirmişdir.
M.Arazın belə ruhlu əsərləri içərisində «Məndən ötdü, qarda-
şıma dəydi» şeiri xüsusi yer tutur. Bu şeir sanki bir qardaşın özünü pis
vəziyyətdən qurtarıb, qardaşına dəyən pisliyə əhəmiyyət verməməsin-
dən bəhs edir. Həqiqətən də belədir. Məndən ötən zərbə mənim qar-
daşıma, dostuma, həmvətənimə, soydaşıma dəyməlidir. Ona görə də
xalqı bu zərbələrdən birgə müdafiə olunmağa hazırlamaq lazımdır.
Təəssüf ki, bizim babalarımız bu məsələdə ümumi dil tapa bilmə-
mişlər:
Məndən ötdü...
Bunu dedi Şəki xanı.
Bunu dedi İbrahim xan,
Fətəli xan, Kəlbəli xan.
«Qəza ötsün məndən» dedi,
Ötən kimi mən-mən dedi,
«Mən-mən» dedi bir ölkədə
Nə qədər xan.
Onlar «mən-mən» deyən yerdə.
Sən olmadın Azərbaycan! (1, 15).
Şair Azərbaycanın parçalanmasının başlıca səbəbini də məhz
burada axtarır.
Məndən ötdü!
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs.
Elə bil ki, bax, bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna qəh-qəh çəkdi.
Sonra-sonra
Səhərəcən başına yüz qədəh çəkdi
O qəh-qəhin dalğasından,
O məstliyin baş fırlanan havasından qopan daşdı –
Azərbaycan torpağında
Araz boyda şırım açdı (2, 15).
Ona görə də M.Araz poeziyasının baş mövzusu Azərbaycandır,
vətənpərvərlikdir – desək, səhv etmərik. Bu misralar doğma Azərbay-
cana sonsuz məhəbbətin tərənnümünə çevrilmiş ifadədir:
Azərbaycan – mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
«Azərbaycan» deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər (2, 61).
Şeirlərində vətənin igid oğullarını xalqla, millətlə bir yerdə ol-
mağa səsləyən şair Allahdan onlara kömək arzu etmiş, Azərbaycan
xalqını azadlıq üçün birliyə çağırmışdır.
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm! yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm! (3, 133).
Məmməd Arazın yaradıcılığında çağdaş Azərbaycanımızın ürə-
yində bir nisgilə dönmüş Qarabağ dərdinin yanğısı bütövlükdə xalqın
və vətənin taleyi üçün narahatlıq doğurmuşdur. Maraqlıdır ki, şair hələ
1971-ci ildə «Yer üzünün Qarabağ düzü» və «Qarabağ simfoniyası»
adlı publisist məqalələrində bu gözəl diyarın taleyinə öz münasibətini
bildirmişdir. El-oba qeyrətinin sınağa çəkildiyi zamanda M.Araz sə-
nəti vətəndaş səsinin, müdrik ağsaqqal nəsihətinin poetik ifadəsi kimi
səslənir.
Hələ 1970-ci ildə yazdığı şeirlərindən birində Şuşanı «dağlar vü-
qarı», «dağlar gücü» adlandıran şair yazırdı:
Gecənin qoynunda
Yaşar dağ-şəhər,
Fəzadan asılı
Çilçıraq – şəhər,
Dağlar öz ovcunda
Yandırıb onu,
Ulduzlar qoynuna qaldırıb onu.
Bu dağlar vüqarı,
Bu dağlar – gücü
Bu gecə kəşf etdim
Bir Şuşa bürcü... (1, 137).
Onun «Şuşanın dağları» şeiri də bu gözəl məkanın füsunkar tə-
biətinə həsr olunmuş poetik nümunədir.
Xalqın keşməkeşli keçmişindən söz açan şairin yeri gəldikcə
gözlənilən faciələrdən qorunmaq üçün tövsiyələri də eşidilirdi. 1983-
cü ildə yazılmış «Tarixçi alimə» şeirində oxuyuruq:
Dilimin ətrindən dili kallaşan,
Təzə dil axtaran dillərdən qorun.
Dünənki tarixi bugünkü daşa,
Yamayıb basdıran əllərdən qorun (1, 218).
Hər zaman tarixi saxtalaşdıran namərd qonşularımızın əsassız
torpaq iddialarına vaxtilə lazımi cavab verməməyimiz 1988-ci ildən
bəri davam edən Qarabağ münaqişəsinə gətirən cığırlardan biri oldu.
Düşmən torpaqlarımızın 20 faizini əlinə keçirdi, minlərlə igidimiz şə-
hidlik zirvəsinə ucaldı, itkin düşdü. Belə bir dövrdə M.Araz poeziya-
sında Qarabağ məsələsinin səbəbləri və gedişi barədə vətəndaş yanğısı
ilə deyilən fikirlər əsas mövzuya çevrildi. Şair düşmənə layiqli cava-
bın verilməməsinin acı nəticələrini belə qiymətləndirir:
Babam da beləcə, atam da belə
Toruna düşənə güzəştə getdi,
Tozundan qaçana güzəştə getdi...
O qədər güzəştə getdik, axırda
Torpağım dartındı ayağım altda (1, 180).
Beynəlxalq aləmdə təklənməyimizlə yanaşı, daxildə gedən bəzi
proseslərin, parçalanma meyillərinin, xainlik hallarının törətdiyi fəla-
kətləri göz önünə gətirən sənətkar yazır:
Tanrım məni tuş eləmə satqına, tuş,
O, millətin şöhrətini girov qoymuş.
Heç görmədim qan tökəni qandan doymuş,
Bu millətin dərdi-səri min şaxəli (3, 55).
Bəli, «Nadanların dünyanı qumara qoyduğu», «Yurddan ayrı
yurd dağıdanların» at oynatdığı, «Düşmən əlimizlə bizi kəsdiyi»,
«Mən-mən deyənlərin vətəni parçalmağa can atdığı» bir vaxtda şair
soydaşlarımızı sorğuya tutur, haqlı ittihamlarını irəli sürür:
Bu millətə nə verdik ki,
Biz səhv etdik, batdı qana.
Millət ata, millət ana
İlacı qalsın bir yana.
Dərdi də ucuz vermədik (1, 77).
Şair bu səpkili başqa şeirlərində də Qarabağ dərdindən yaxa
qurtara bilməməyimizin bir səbəbini də həqiqi ziyalıların, qeyrətli zə-
ka sahiblərinin süni surətdə hərəkatdan uzaqlaşdırılmasında, başsızla-
rın başa keçməsində görür:
Ziyasız olanlar ziyanı dandı,
Yox üzü qarası «qara kütlənin»
Bir az gec inandım, yaxşı inandım:
Dişləri pis kəsmir ağlı kütlərinm (2, 42).
1988-ci il çağdaş Azərbaycan tarixinin yeni mərhələsinin baş-
lanğıcı kimi göstərilir. Qarabağ ixtilafı ilə xalqımızın milli özünüdərki
prosesində canlanma əmələ gəldi. Xalqın qeyrətli oğulları torpaqların
parçalanmaması üçün bir yerə toplanıb, bu çirkin siyasətə qarşı mü-
barizəyə qalxdı. Bu tarixi hadisələrdə digər sənət və məslək dostları
kimi M.Araz da ön cərgədə idi. Vətənini həmişə müdafiə edən şair
yenə də düşmənin bu hərəkətlərini özünün yazdığı başqa şeirlərində
də qınayırdı.
“Araz dərdini, Araz ağrısını” yaşayan bu millətin qismətinə,
müvəqqəti də olsa, bir Qarabağ dərdi də düşdü. Həddindən artıq xəstə
Dostları ilə paylaş: |