XIX əsrin, Anar isə XX əsrin yaxşı padşahını yazdı. Əvvəlki əsrlərdə
də bu problem həmişə özünü göstərib və müxtəlif dövrlərdə sənət-
karların mövzusuna çevrilibdi. Hətta ədalətli padşah axtarışları, arzusu
bütünlükdə ədəbiyyatın problemi olubdu. Q.Təbrizi, X.Şirvani,
N.Gəncəvi, Ə.Təbrizi, M.Əvhədi, M.Şəbustəri, A.Ərdəbili, S.Təbrizi
və s. onlarla, yüzlərlə sənətkarlarımız bu məsələyə həmişə başlıca
olanlardan biri kimi diqqət yetirmişlər. Anar da “Yaxşı padşahın na-
ğılı” hekayəsi ilə klassiklərin cərgəsinə qoşulmuşdur. Azərbaycan
nağıllarının mühüm bir hissəsi, məsələn, “Dərzi şagirdi Əhməd”, “Hə-
sən Qaranın nağılı”, “İlyasın nağılı”, “Baftaçı Şah Abbas”, “Padşah və
dəmirçi”, “Yeddi nar çubuğu”, “Yoxsul qocaynan vəzir”, “Padşahla
qoca”, “Padşahla pinəçi” və s. (6) özlüyündə mahiyyətində bir isti-
qamət kimi yaxşı padşahı ehtiva edir. Anarın “Yaxşı padşahın nağılı”
hekayəsi çoxlu suallar doğurur. Ən birincisi diqqəti cəlb edən məsələ
yazıçının keçən əsrin 70-ci illərində bu mövzuya müraciətinin mahiy-
yəti, səbəbinin açılması hadisəsidir. Çünki Anar kimi istedadlı yazıçı-
nın yaradıçılığında hər şey məqsədə, yazıçı idealına xidmət edir.
“Yaxşı padşahın nağılı” hekayəsi də kifayət qədər güclü səbəbdən
ortaya çıxmış və yazıya gətirilmişdir. Əsərin strukturu olduqca mü-
kəmməldir. Burada nağıl formulları, başlanğıc və sonluq, daxili və
xarici təhkiyə formulları bir bütöv kimi yazıçı amalının müəyyənliyinə
xidmət edir. Məsələn, nağıl formulları içərisində bir sonluq formulu
da var. “Yaxşı padşahın nağılı”nda sonluq yazıçı özünəməxsusluğu ilə
səciyyələnir və zənginləşməyə xidmət edir. “Padşah çox ağıllı və
təcrübəli padşah idi, adamın sifətinə baxıb bütün varlığını təyin edə
bilərdi. İndi də şüşəyə baxıb deyirdi:
– Əşi, bunun küt sifətini görmüşəm, görmüşəm ki, axmağın,
rəzilin biridir, bütün dünyaya nifrət edir. Özünü xeyirxah göstərir, am-
ma hamıya kin bəsləyir. Kin bəsləyir ona görə ki, bədbəxtdir. Bəd-
bəxtdir, ona görə də hamını bədbəxt etmək istəyir, əşi bunun hay-hayı
gedib, vay-vayı qalıb. Bu gün, sabah gorbagor olacaq. Belə bir gor-
bagorun üstündə qanını qaraltmağa dəyərmi?!
Doğurdan da, padşah düz deyir: qanını qaraltmağa dəyərmi”?
Bütün olanlar, “Yaxşı padşahın nağılı” yuxarıda verdiyimiz başlanğıc
və son formullar arasında cəmləşir. Hekayənin adından görünən və
xüsusi olaraq vurğulanan “yaxşı padşah”ın hansı nağılı söyləməsi də
bu formullar arasındakı məsafədə özünün ifadəsini tapır. Elə cavab da
buradadır. Vəzirin verdiyi bir parça güzgü qırığına baxıb yaxşı pad-
şahın söyləməsindədir. Anar özünün bir yazıçı kimi burada da oriji-
nallığını, hadisələrə fərqli yanaşma bacarığını nümayiş etdirir. Bütün
bunlar Anar yaradıcılığında olan açılmalı qatlardır. Azərbaycan bədii
nəsrinin axtarış faktlarıdır.
ƏDƏBİYYAT
1.
Anar. Seçilmiş əsərləri. Bakı, “Çaşıoğlu”, 2004.
2.
Anar. Seçilmiş əsərləri. Bakı, “Lider”, 2004.
3.
Cəfərov N. Ön söz, yaxud böyük yazıçının yaradıcılıq yolu. Anar. Seçilmiş
əsərləri. Bakı, “Çaşıoğlu”, 2004.
4.
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, “Maarif”, 1992.
5.
Ulusel R. Milli mənəviyyatımız və Anar yaradıcılığı. Anar. Seçilmiş
əsərləri. Bakı, “Lider”, 2004.
6.
Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar. Bakı, “Yazıçı”, 1985.
Saadat Bayramova
GENRE CHARACTERISTICS OF THE WORK
“THE TALE OF GOOD KING” OF ANAR
Summary
There are different methods of using folklore sources in the activity of
people’s writer Anar. His ability of writing meaningful art works as prominent
master of prose by benefiting from tale texts is also striking. The work “Tale of
Good King” is also selected with its method benefiting from tale motives and
writing manners. The writer managed to give skillfully an epic description of events
of his period, especially ugliness of the period of L.Brejnev in this tale-narrative
written in Soviet Period. To convey places and time of the events to indefiniteness
of tale is cheating mannerisms used by writer.
Саадет Байрамова
ЖАНРОВАЯ ХАРАКТЕРИСТИКА РАССКАЗА АНАРА
«СКАЗКА О ХОРОШЕМ ПАДИШАХЕ»
Резюме
Творчество народного писателя Анара отличается богатством форм
использования фольклорных источников. Особого внимания заслуживает
искусное использование мастером прозы сказочных текстов. В этом плане
выделяется своей стилевой манерой и мастерством обыгрывания сказочных
мотивов рассказ «Сказка о хорошем падишахе». В этом рассказе-сказке, соз-
данном в советскую эпоху, писателю удалось мастерское выведение в эпи-
ческий описательный план негативных реалий современной ему брежневской
эпохи, в отображении которых использован сказочный приём неопределён-
ности места и времени рассказываемых событий.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1
Nigar SADIQZADƏ
AMEA Naxçıvan Bölməsi
nigarsadiqzade01@gmail.com
MƏMMƏD ARAZ YARADICILIĞINDA
VƏTƏNPƏRVƏRLİK
Açar sözlər: ədəbiyyat, şeir, vətən, Azərbaycan, millət
Key words: literature, poetry, homeland, Azerbaijan, nation
Ключевые слова: литература, поэзия, родина, Азербайджан, нация
Vətənpərvərlik məsələsi cəmiyyətdə, eləcə də bədii ədəbiyyatda
daim aktual olmuş, bu gün də öz aktuallığını qoruyur. Millətin və-
tənpərvərliyi onun birliyinin göstəricisidir. Xalqın, millətin vətənpər-
vərlik ruhu onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi,
tanınması, hörmətlə qarşılanması, ən əsası isə xalqın yaratdığı dövlətin
gücü, suverenliyi ilə ölçülür. Azərbaycan xalqı həmişə qəhrəmanlıq və
vətənpərvərlik hisslərini millətinə aşılayan, əvəzsiz əsərlər yaradan
şair və yazıçıları ilə tanınmışdır. Əsrlərdən bəri bu millətin ustad sə-
nətkarları öz əsərlərində vətəni, torpağı sevməyi, onun keşiyində da-
yanmağı oxuculara aşılamışlar. Onların yaratdığı şah əsərlər həmişə
bizim yaddaşımızda yaşamış, vətənin keşiyində dayanan qəhrəman
oğulların yetişməsində müstəsna rol oynamışdır.
Azərbaycanın xalq şairi, İstiqlal ordenli Məmməd Araz yaradı-
cılığında vətənpərvərlik, mərdlik mövzusu həmişə öndə olmuşdur.
Şair xalqın vətənpərvərlik ruhunda yetişməsini arzu etmiş və bunu öz
yaradıcılığında dolğun boyalarla əks etdirmişdir.
İlk qələm təcrübələrindən başlayaraq öz taleyini millətinin taleyi
ilə bağlayan şair xalqı birliyə, bərabərliyə, torpağın keşiyində dayan-
mağa səsləmişdir.
Məmməd Araz yaradıcılığında dörd əsas cəhət qabarıq şəkildə
özünü göstərir. Ata-anaya və xalqa, vətənə tükənməz məhəbbət. Azər-
baycan təbiətinə vurğunluq, folklora bağlılıq və klassik irsə dərin
Dostları ilə paylaş: |