|
Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"Çəkdim hər qapıda aynca əmək
Çəkdim hər qapıda aynca əmək.
Üç qapı ya bu üç inciylə yenə
Tökərəm dünyaya ağır xəzinə.
11
Burada qapı (dər) ərəbcə "bab"m (qapı, fəsil) tərcüməsidir. Bəzi ədəbi
mənbələrdə əsərin ikinci hissəsinə "Xirədnamə" (əql, hikmət kitabı) adı da
verildiyinə təsadüf edirik (Məsələn, 1852-ci il "Biblioteka İndika"
silsiləsindən çap olunan ikinci hissə məhz belə adlandırılmışdır).
Bu mübhəm məsələnin dəqiq həlli üçün əlimizdə olan faktlar heç də kafi
deyildir. Ona görə də hər cür fərziyyədən imtina etməyə məcburuq. Hər halda
əsərin bu gün əlimizdə olan mətnində İskəndər surəti fateh, hakim, fəlsəfə və
imanla qanşıq din carcısı kimi öz səciyyəsim tapmışdır. Yaxın Şərq, o
cümlədən Azərbaycan ədəbiyyatında geniş yayılmış janr ənənələrinə riayət
edərək, Nizami əsərin baş qəhrəmanı olan İskəndəri anadan olduğu gündən
təsvirə başlayır. Məlumdur ki, İskəndərin milli mənşəyi barədə iki rəvayət
var.
Bu adi rəvayətlərin birində İskəndərin sadəcə bir tərki-dünya oğlu olması
və Makedoniya hakimi Feyləqus (Filipp) tərəfindən oğulluğa götürülməsi,
digərində isə onun İran şahı Daranın oğlu olması təsdiq edilir. Nizami hər iki
rəvayət haqqında məlumat verir, lakin o təsdiq edir ki, İskəndər Feyləqusun
oğludur.
Beləliklə, İskəndərin İran taxtının varisi olması məqsədilə quraşdırılan
rəvayəti Azərbaycan şairi rədd edir. Əslində Nizami İskəndərin rumlu
olduğunu tarixi həqiqətə sadiq qalmaq naminə təsvir edir; İskəndər
Nizaminin sevdiyi, onun arzu və amallarım ifadə edən bir bədii surət, ədəbi
qəhrəmandır.
Bütün yaradıcılığı boyu onu daim düşündürmüş ictimai həyat
həqiqətlərini aramış olan böyük mütəfəkkir şair insan və cəmiyyət
münasibətlərini öz fəlsəfi konsepsiyası əsasında aydınlaşdırmağa cəhd etmiş,
bu ictimai problemlərlə bağlı olan suallara isə İskəndər vasitəsilə cavab
tapmaq istəmişdir.
Hələ ilk iri həcmli əsəri olan "Sirlər xəzinəsi"ndən başlayaraq, Nizami
feodal cəmiyyətində müşahidə etdiyi ictimai və mənəvi nöqsanları ifşa
edərək, onlan hansı yollarla aradan qaldırmaq mümkün olacağı haqqında
düşünmüşdür. Dövrünə görədir ki, Nİzami həmişə öz əsərlərinin bədii qüdrəti
və ideya məzmunu ilə feodal hakimlərə təsir göstərmək və onlan ədalətə
çağırmaq, bir sözlə, onlan "yaxşılaşdırmaq" istəmişdir. "Xosrov və Şirin",
"Yeddi gözəl’ poemalannda da ideya istiqamətinin məhz bu hədəfə
yönəldiyim biz asanlıqla görür və duyuruq.
12
Bu baxımdan İskəndər bir müsbət qəhrəman kimi şairin yaratdığı bu tipli
surətlərdən çox yuxanda durur. Nizami bir fateh olan qəhrəmanının müsbət
cəhətlərim daha bariz şəkildə verməyə çalışmışdır.
Əsərin "Şərəfnamə" hissəsində görürük ki, İskəndərin müharibələr
aparmaqda məqsədi hər yerdə ədaləti bərpa etməklə yanaşı, bu ölkələrdə
yayılmış biliklərə sahib olmaqdır. Məsələn, İran şahənşahlığı məğlubiyyətə
uğrayandan soma İskəndər atəşpərəstlərin hikmətlə dolu kitablanm yunan
dilinə çevirməyə fərman verir. İskəndəri biz bu yürüşlər ərzində həmişə
məşhur yunan alimləri arasında görürük. O, Dərbənd qalasım yolkəsən
quldurlardan xilas etdikdən sonra Dağıstanda yerləşən, vaxtilə İran şahlarının
yay istirahət sarayı olan Sərir qalasına gedir, Keyxosrovun məqbərəsinin
sirlərim öyrənmək istəyir.
Doğrudur, Makedoniyalı İskəndər haqqında yaranmış tarixi və əsatiri
mənbələrdə (məsələn, yəhudi dilində olan romanda) onu qədim padşahlardan
olan Altinüsün məqbərəsində görürük. Nizami İskəndəri o vaxtkı oxuculara
daha yaxın və tanış olan Keyxosrov məqbərəsinə getməyə məcbur edir. Şair
öz qəhrəmanına bilici Bəlinasın diliylə başa salır ki, dünyada taxt-tac, şöhrət
və dövlət hamısı müvəqqətidir, yaxşı ad isə daimidir. İnsan çalışmalıdır ki,
özündən soma yaxşı ad qoyub getsin, buna isə ancaq yaxşı əməllərlə nail
olmaq mümkündür. Padşahlar taxtına gəlincə:
Faydasız olan bu taxt nəyə gərək?
Üstündə başqası ömür sürəcək
Faydasız bu taxta uyma, saxtadır,
Yerimiz taxt deyil, qum taxtadır.
Bu qızıl baxt deyil, versəniz fikir,
Ayağa vurulmuş ağır kündədir.
Bir taxt ki əbədi yer deyil sana,
Onu ta dirisən parçalasana!
Bu beytler şairin bütün ömrü boyu inam bəslədiyi "ədalətli şah", "ideal
hökmdar" konsepsiyasında dönüş əmələ gəldiyinə dəlalət edir,
Humanist sənətkar tədricən "ədalətli" hakimlərin də bəşər cəmiyyətinə
insanların həmişə arzulamış olduğu səadəti gətirə biləcəyi fikrindən əl
çekməyə başlayır və əsərin ikinci hissəsini təşkil edən "İqbalnamə"də
İskəndəri azad cəmiyyət münasibətlərinin hökm sürdüyü xoşbəxtlər ölkəsinə
gətirir və bununla da təsdiq edir ki, bəşər
13
Dostları ilə paylaş: |
|
|