|
Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"cəmiyyətinin səadət dolu gələcəyi ədalətli şah konsepsiyası ilə deyil, ancaq
cəmiyyətinin səadət dolu gələcəyi ədalətli şah konsepsiyası ilə deyil, ancaq
maddi və mənəvi azadlıq ideyaları ilə bağlıdır.
Şairin bu "sosial utopiyası”, onun təsvir etdiyi azad cəmiyyət haqqında
görüşləri o zamankı dünya ədəbiyyatında misilsiz bir hadisə idi.
"İskəndəmamə" əsərində şairin yüksək vətənpərvərlik hissləri də öz əksini
tapmışdır. Bu vətənpərvərlik ideyalanmn ən bariz təmsilçisi şairin dərin sevgi
duyğulan ilə yaratdığı Bərdə hakimi Nüşabə surətidir. Nüşabə "Xosrov və
Şirin" poemasında rast gəldiyimiz Məhinbanu surətinin davamıdır. Maraqlı
burasıdır ki, Nizami İskəndəri öz doğma yurdu Azərbaycana gətirmək üçün
bilərəkdən tarixi anaxronizmə yol verir.
Bərdə hakimi Nüşabə eyni zamanda şairin "ədalətli hökmdar" haqqında
görüşlərinin də ifadəçisidir. Nüşabənin müdrik bir hakim olmasım eşidən
fateh özü adi elçi sifətilə Bərdə hakiminin sarayına gedir. Lakin İskəndərin
adi elçi qayda-qanunlan xilafına etdiyi hərəkətlər Nüşabənin nəzərindən
yayınmır. Onu artıq tanımışlar. İskəndərin fütuhatımn şöhrətim eşitmiş olan
ağıllı qadın onun rəsmini öz xəzinəsində saxlayırdı. Amansız fateh insan
əqlinin gücü qarşısında aciz qalır və Nüşabənin ölkəsi fəth olunmur.
Nüşabə İskəndərin qarşısında süfrə açır və onu cavahiratla doldurar.
İskəndər əlbəttə anlayır ki, var-dövlət uğranda çalışmaq faydasız işdir. O
deyir:
Sənin xonçandakı bu daş-qaş daşır,
Bu danlaq, bu töhmət kimə yaraşır?
Süfrəyə cavahir saçmaq nə gərək?!
Gövhərdən qaçmağı mənə öyrətmək?!
Eşq olsun bu fikri sağlam qadına,
Mərdliyin yolunu öyrədir mana.
Ey uzaqgörən qız, gəl məni dinlə,
Qızıl sikkəsim nəsihətinlə;
Ataram bir kərə torpaqlara mən,
Qızıla torpaqdır təbii mədən.
Nizaminin vətənpərvərlik duyğularım doğma Azərbaycanın təbiət
lövhələrinin təsvirində, xüsusilə Bərdəyə həsr olunmuş parçada hiss edirik,
Şair qeyd edir ki, Bərdə vaxtilə qədim mədəniyyət və elm ocağı olmuş, öz
təbiətinin gözəllikləri ilə bütün Yaxın Şərqdə tanınmışdır. Həmin hissləri o
öz doğma diyan olan qədim Gəncə haqqında da söyləyir, özünün qınlmaz
tellərlə Gəncəyə bağlılığım bildirir. Nizami bö-
14
15
yük iftixar hissilə deyir ki, onun müqəddəs sirlərlə dolu şeirləri aşkar olaraq
Buxaraya aparılarsa da, Gəncə torpağından olduğunu zövq əhli bilir.
Böyük humanist şair olan Nizaminin dərin vötənpərvərlik duyğulan onun
beynəlmiləlçi görüşləri ilə sıx bağlıdır. Nizami xalqlar dostluğu və sülh
ideyalanmn carçısıdır. Onun əsərlərində, eləcə də "Şərəfnamə" sində
yunanlılann və ərəblərin, gürcülərin, ruslann, çinlilərin və hindlilərin,
Dağıstan və İran xalqlanmn həyaündan, adət və ənənələrindən hörmətlə
danışılır. Şairin məqsədi öz həmvətənlərinin həmin xalqlann tarixi keçmişi və
yaxud ona müasir olan həyat tərzilə yaxından tanış etmək olmuşdur. Bu nəcib
vəzifənin öhdəsindən dahi şairimiz böyük ustalıqla gələ bilmişdir.
"Şərəfnamə" qəhrəmanlıq dastanıdır. Təbiidir ki, biz bu əsərdə çoxlu
döyüş səhnələrinə təsadüf edirik. Şairin müharibələrə olan münasibəti onun
beynəlmiləlçilik görüşlərdə üzvi surətdə bağlıdır. Nizami müharibələri İnsan
cəmiyyəti üçün fəlakət sayırdı. Böyük mütəfəkkir şair ədalətli və ədalətsiz
müharibələri bir-birindən seçməyi bacarmışdır. O, "bir ovuc torpaq" üstündə
insanları qırğma verən feodal hökmdarları öz bədii söz sənətinin gücüylə ifşa
edirdi.
"Şərəfnamə"də müharibələri təsvir edərkən Nizami ilk növbədə dövrün
feodal hakimlərinin ölkələri viranlığa döndərən ədalətsiz, mənasız
döyüşlərini nəzərdə tuturdu. Məhz buna görədir ki, şair
(’İskəndəmamə"nin giriş hissəsində dəfələrlə işarə vurur ki, bu əsərə
uzaq keçmişdən bəhs edən sadəcə əfsanə kimi baxılmamalıdır.
Nizami öz dövrünün qabaqcıl fikir sahiblərini həyəcana gətirən bir
sıra mühüm və aktual problemləri bu son əsərində əks etdirməyi öz
qarşısına qoymuş və həmin istəyinə də yüksək bədii səviyyədə nail ola
bilmişdir.
Nəhayət, bir neçə kəlmə də hazırda əsərin oxuculara təqdim olunan
Azərbaycan dilinə tərcüməsi haqqında qeyd etmək istərdik. Böyük
şairimizin başqa əsərlərindən fərqli olaraq "Şərəfnamə" görkəmli
Azərbaycan şairi və ədibi Abdulla Şaiq tərəfindən bilavasitə
orijinaldan
tərcümə
olunmuşdur.
Şübhəsiz,
müəyyən
bədii
xüsusiyyətləri ilə yanaşı Abdulla Şaiqin tərcüməsi orijinal mətnə məna
və obrazlar baxımından öz uyğunluğu ilə yüksək dərəcədə fərqlənir.
Qəzənfər Əliyev
16
Dostları ilə paylaş: |
|
|