Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə86/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   82   83   84   85   86   87   88   89   ...   121

Üstündə tərpənməz əsla oturan

Qaçmaqda ceyrandan iti, həm oynaq, 

Atəşdən qızğındı, sudan da yumşaq, 

Çölün quşlarından çox yüngül uçan, 

Dənizdə balıqdan iti oynayan, 

Qaçarkən qorxunc div sanırdı görən, 

Elə bil doğulmuş divlər nəslindən, 

Qalmaz tərpənişdə göylərdən geri

Olmaz dan yeri də bu meydan əri. 

Meydanda elə bir cövlanı vardı,

Xəyalı o yan yolda qoyardı.

"Fərəsi" "Rüx" ilə ayaqdan salır, 

"Fərəs"lə "Fili" də cəbhədən alır

238


Bir qorxu saçardı onun sürəti,

Yerişi ən incə xəyaldan iti.

Qorxmazdı səməndər kimi atəşdən, 

Səməndər demirəm, İskəndər çəkən. 

Bir ovçu quş verdi fitnəylə dolu, 

Royalı gecədən daha qorxulu.

Çərx kimi dolanır açarkən şəhbal, 

Gəzişi cənubdu, çıxışı şimal

239


.

Polad yay keçirmiş tunc dırnaqlara, 

Əzmindən qartallar geyinmiş qara. 

Boynunda çox qan var, hər quşa- yağı, 

O qartal ovlayan yaylı caynağı 

Görüncə simürğün bağn sızıldar. 

Çöllərdə kərgədan edərdi şikar,

Acıqlı, qaniçən, qorxu bilməyən.

Haqq onu yaratmış zülümdən, kindən, 

Toğruldur quşların şahı bu Toğan,

O da Toğrul kimi ölkəyə sultan. 

Qaragöz bir kəniz ənbər qoxulu, 

Gülüzlü, dodağı şəkərlə dolu. 

Cənnətdə bəzənmiş bir sənəmdir bu, 

Edər o fitnəni könül arizu.

Yürüyən bir aydır o sərv ağacı, 

Müşkin bir kəmənddir cüt qara saçı.

313



Su kimi lətifdir o çənə, buxaq,

Atəşdə suyu kim görmüş baş-ayaq? 

Üzü bənövşəyə qızd gül aür,

Gül üzdə bənövşə keşikçi yaür

241

.

Uca sərv möhtacdır onun boyuna.



Şəkər bir bəndədir, bal dostdur ona. 

Müşk onun zülfünə bağlamış kəmər, 

Zülfü də günəşə köləlik edər.

Bir şəkərparədir, şirin söhbətdir

Dodağı şəkərçin bir fəlakətdir.

Arxası sincabdır, bədəni büllur, 

incə barmaqları xəz quyruğudur.

Ağ, lətif çənəsi gümüşdən nişan,

Ona bir tuğ asmış gül buxağından. 

Çənəyə, buxağa vermiş yaraşıq, 

Günəşdən top qapmış, aydansa işıq. 

Qəmzədən ox çəkmiş, qaşından kaman, 

Bu ox, bu kamanla ovlamış yüz can. 

Boğazı o qədər ağ, lətifdir ki, 

içərkən görünür şərabın rəngi.

Dünyada sağ olsun elə bir dayə,

Bir gözəl bəsləmiş tən edir aya.

Dar gözü kimsəyə salmaz bir nəzər

Ağzı dar gözündən daha dar, dilbər.

Elə bil ağız yox, yaranmış yoxdan,

Ona "Taysız gözəl" demiş ad qoyan. 

Dəyərli töhfələr təqdim eləyən 

Fəxr ilə öyməyə başladı şən-şən: 

"Budur at, ovçu quş və gözəl kəniz, 

Əzizdir, bunları sən də tut əziz.

Nə kimsə belə at minmişdir hələ,

Nə belə bir quşu keçirmiş ələ.

Deməyə nə hacət, bir zaman gələr,

Hər biri göstərər böyük bir hünər. 

Gülüzlü kənizdir belə bir gözəl

Gözəllikdə yoxdur özünə bədəl. 

Anadangəlmədir onda üç xislət,



314


Onun dördüncüsü tapılmaz, əlbət, 

Birinci, gözəldir, bərabəri yox,

Can alır, cənnətdə belə pəri yox. 

ikinci, güclüdür, həm də döyüşkən! 

Qaçmaz döyüş günü mərd kişilərdən. 

Üçüncü, yox səsdə ona bir bədəl,

Şən, şaqraq nəğməsi Zöhrədən gözəl. 

Gözəl səs dalınca pəstdən, ucadan, 

Nəğməsindən yatar həm quş, həm ilan". 

İskəndər bəyəndi, haqq verdi ona,

Xoş səsi, gül üzü gəldi xoşuna.

Qadında mərdliyə vermədi qiymət,

Bu işdə azacıq düşündü, əlbət.

Tikanlar bərk olur, çiçəklər incə, 

Qadında igidlik az olur məncə.

Vücudu geyinsə kəskin poladı, 

Mərdlikdə payı yox, qadındır adı. 

Çaxmaq daşı olsa suda balıqlar, 

Dənizdə nəhəngə olacaq şikar.

Yararım kağızdan qay nisin qalxan, 

Atılsın dənizə, suya sonradan.

Padşahı bu fikir etmədi təmin,

Qadım mərdlikdə görmədi mətin.

Özünə qul etdi qəbul etməklə,

Sonradan adım unutdu belə.

Gözəl bəxşişləri alaraq ondan 

Yatağa çəkildi İskəndər xaqan. 

Məşriqin tovuzu o səhər erkən 

Başım ucaltdı firuzə göydən,

Yenidən qədəhi padişah aldı,

Yenidən dərgaha çalğı səs saldı, 

iki gün işrətlə baxdı keyfinə,

Yerişə başladı yel atı yenə.

Qayıtmaq üçün şah verincə qərar, 

Dolamşı kəskin, iti ruzigar,

Xaqamn verdiyi türküzlü kəniz



315


Padşahın yanında olmadı əziz.

Nədənsə xoşuna gəlmədi bu qız, 

Kölgətək pərdədə buraxdı yalqız. 

Parladı günəştək o toxtamış ay, 

Gözündən gül üzə axıtdı bir çay. 

Kənizlər evində şam kimi söndü,

Bir quyu içində kölgəyə döndü. 

Çövkana pərəstiş edən bu dövran 

Ələ top keçirdi gecə oynundan. 

Şahlardan top qapan böyük hökmüran 

Cilovu çövkana buraxdı bir an.

Qalxdı dağlar yaran gəmiyə birdən.

Fil atın üstünə mindi fılbədən.

Ucaltdı bayrağı boyun çəkənlər, 

Qiyamət başladı, göründü məhşər. 

Ordunun olurdu eni bir ağac,

Ceyranla dolmuşdu bütün çöl, yamac. 

Çindən Cəndə qədər hey başdan-başa 

Yer-göy bürünmüşdü ipək qumaşa. 

Ordunun sayına çatdı hökmüran,

Var idi beş yüz min adlı pəhləvan. 

Qabaqda, arxada tovuzrəng türklər

Sağ, solda poladqol aslanlar gedər. 

Ordunun qəlbində durmuş hökmüdar. 

Sahildə dağ kimi dəmir külahlar.

O dəmir külahlı ərlərdən başqa 

Qırx filə söykənmiş həm ön, həm arxa. 

Qarşıda ucalmış şahın sancağı,

Min igid əlində tutmuş bayrağı.

Xas qullar belində qızıldan kəmər, 

Ərinmiş saf qızıl çubuğa bənzər.

Gözəl, gənc igidlər coşurdu seltək,

Hər yandan çəkirdi minlərcə yedək. 

Yolun zəhmətini qat-qat azaldan 

Nədimlər bürümüş onu hər yandan. 

Şövkətlə tərpəndi Rum şəhriyarı,



316


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə