Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə94/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   90   91   92   93   94   95   96   97   ...   121

Ondakı cəldliyi düşmən görəli 

Qaşımn üstündə qurudu əli. 

Ruslardan meydana səyirtdi bir at, 

Qılınc oynatmağa açdı qol-qanad. 

O kəskin qılıncla elə bərk vurdu, 

Düşmənin kəlləsi ətəkdə durdu. 

Ondan ürəkli bir atlı pəhləvan 

Erkək aslan kimi oxudu meydan, 

Onun da başım yedi bir yara,

Bir bəla kəsildi bir çox başlara. 

Qırx nəfər o qaya arxalı rusdan 

Asanca öldürdü döyüşçü aslan.

Hər səmtə dönürdü atı ahəstə, 

Rusdan yüzü ölər, yüzü də xəstə. 

Hər yana edirdi həmlə bir kərə, 

Ruslardan bir ordu sərirdi yerə. 

Gördülər nizəsi susamış qana, 

Qorxudan çıxmadı kimsə meydana. 

Zəfərli bir həmlə edərək axdı, 

Yüyəni yelcilov ata buraxdı.

Dağ kimi hər səmtə düşürdü gözü, 

Yüzü yara alır, ölürdü yüzü, 

İskəndər heyrətlə öydü igidi:

"Bu qola, qılınca eşq olsun!" dedi. 

Hünərlə döyüşür, düşməyir dara, 

Alov yağdırırdı o tikanlara.

Müşk, ənbər səpincə yerə qaranlıq 

O igid meydandan qayıtdı artıq. 

Günəşi örtüncə dağların qaşı, 

Yuxuya gedərkən gündüzün başı, 

Qara əndahatək qaranlıq gecə 

Başım balıqdan aya çəkincə. 

Zülmətlər yolçunun yolunu tutdu,

O qara əndaha ayı da uddu.

Atlı əl çəkmədi çalıb çapmaqdan, 

Rahatlıqçın döndü geri pəhləvan. 

Qaranlıq içində oldu tez nəhan,

347



Olmadı onu bir görən, tanıyan. 

İskəndər o atlı, qoçaq igidi 

Bir aslan ürəkli aslan zənn etdi. 

Deyirdi: "Doğradan bu ər oğlu ər 

Döyüşdə mərdliklə göstərdi hünər. 

Görsəydim üzünü, igidliyinə 

Verərdim yüz başı bağlı xəzinə.

Bir bəla kəsildi bu düşmən xalqa, 

Mənə öz qolumtək oldu bir arxa. 

Coşğun bir aslandı, deyildi insan,

O igid aslana eşq olsun hər an!"

Firuzə rəngli tağ ertəsi günü 

Dağ-daşdan ucaltdı yaqut güzgünü. 

Alanlı bir atlı döndü aslana,

Qara əndahatək girdi meydana. 

Əlində yetmiş zor igidin gürzü, 

Kökündən ayım qoca Əlbürzü.

Mərd kimi dolaşıb başlar yanrdı, 

Fələyin qəlbindən toz qoparırdı, 

iran, Rum və Çinin igidlərindən 

Çox kişi öldürdü o nər döyüşkən. 

Yenə o rus qıran adlı pəhləvan,

At çapdı meydana o qızmış aslan. 

Yayma xam göndən bir giriş vurdu

Ox aldı əlinə, yayım qurdu.

Yay tutan qolunun gücüylə oxdan 

Alanlı pəhləvan təslim etdi can.

Sanki bir məkikdir hind qamışından, 

içindən ox dəyib keçmiş bir zaman. 

Bir pişik gözlü rus almnda qınş,

Acığı aslantək qaşına yığmış. 

Döyüşdə tanışdı ona hər yaraq,

Zirehə yüz yerdən vurmuşdu yamaq. 

Durdu həm qılınc, həm at oynatmağa. 

Polada batmışdı başdan-ayağa. 

Meydanda döyüşü samrdı asan,



348


Atım yüklədi hər bir silahdan.

Ürəyi daşdan da möhkəmdi, əlbət, 

Bilmədi döyüşdə var necə dəhşət. 

Silaha təklikdə alışmışdı bu,

Düşmən qılıncından duymamış qorxu. 

Əndaha ürəkli salınca nəfəs,

Aciz bir ov gördü, çıxarmadı səs. 

Gördü ki, üstündə çox yarağı var, 

Özündən, aündan xoşdur çul, paltar. 

Başım qılıncla oynatdı yerdə, 

Çulundan üzünə çəkdi bir pərdə. 

Başqa rus kin ilə at oynatdıqca, 

Torpağa sərildi qılınc atdıqca.

Başqa rus yanaşdı kəskin polada

Onlara dəyəndən dəydi buna da. 

Yayından şığıyan hər kəskin oxdan 

Yan verdi yerə bir igid pəhləvan.

O atlı qəhrəman düz on ox atdı,

On igid qəhrəman torpaqda yatdı. 

Yenə də görünməz oldu gözlərə, 

Qayıtdı igidlər oturan yerə.

Neçə gün o igid hərbə yanaşdı,

Örtülü çıxaraq, açıq savaşdı.

Qalmadı kimsədə cəsarət, hünər, 

Döyüşdə onunla dursun bərabər.

Can, qılınc qorxusu çatdı bir yerə,

Az qaldı dağılsın onlar çöllərə. 

Namusa dalaraq etdilər səbir,

Hiyləyə uyaraq tökdülər tədbir.

Bir gün bu qoca çərx dövran edərkən

Bir gövhər çıxardı qır dənizindən. 

Meydan bəzənərək səflər düzəldi,

Hər yandan bir igid nərəsi gəldi. 

Gurladı çanlar rus ordugahından, 

Qalxdı qışqırıqlar göyə hər yandan. 

Mərkəzdə ruslar da ordu çəkərək



349


Səfləri bəzədi gözəl gəlintək.

Atıldı bir köhnə kürklü döyüşkən, 

Sanki bir nəhəngdir çıxdı dənizdən. 

Piyada, bir parça dağdı gövdəsi,

Beş yüz atlıdan da çoxdu hərbəsi. 

Qocaman, qüvvətli pəncəsi vardı, 

Almazı sıxsaydı tez yumşaldardı.

Div kimi qan iyi duymuş, qaniçən, 

Fırlanmış cəhənnəm dəhlizlərindən. 

Ayağında onun boyuna uyar 

Həm qalın, həm uzun bir zənciri var. 

Sanasan kükrəmiş vəhşi bir aslan

Kəskin səs-küy ilə dolmuşdu meydan. 

O güclü ayağı hər yerə vumr, 

Zərbindən açılır dərin bir çuxur. 

Dəmirdən əyribaş toppuzu vardı, 

Dağlann başım dağa dayardı.

Hər yana cumdu bu dəmir toppuzla, 

Çox igid öldürdü, sərdi sağ-sola.

O qalın bədənin kobudluğundan 

Cam kir bağlamış, qartmaqdır hər yan. 

Döyüşmək qəsdiylə girsə meydana 

Nə qılınc, nə toppuz kar edər ona.

Belə bir əndaha atıldı birdən.

Firiştə öldürən, o insan yeyən.

Sanki bir qannca tutur görüncə

Qopanr başım o aslanpəncə.

Başqa bir işi yox başlarkən savaş. 

Bədəndən gah ayaq qopanr, gah baş. 

Tutunca qarşıya çıxan yağım 

Qınr gah belini, gah ayağım.

Qocaman gövdəli cəsur bir atlı, 

Döyüşdə sınanmış bir yel qanadlı 

At sürdü, meydanda ucaltsın boyun,

O qızğın atəşlə oynasın oyun.

Görüncə bu nəhəng onu uzaqdan. 

Tutmaqla yırtmağı çəkmədi bir an.

350



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə