Ürək yox, yumşalır ən qatı polad.
Səs-küydən titrədi yerin daman,
Göy atdı nalım, günəş misman,
Dikbaş bir eylaqlı susadı qana,
Atım od kimi sürdü meydana.
Vücudu gizlənmiş polad içində,
Ürəyi dünyadan bərk idi kində.
Döyüşmək istədi qızmış filbədən,
Gələn qurtulmadı dəmir gürzündən.
Qorxdu dəhşətindən hər bir namidar,
O aslan pəncədən baş qaçırdılar.
Bir saat soma bir acıqlı aslan
Meydana at çapdı öz ordusundan.
Buxara atında qızmış fil kimi,
Atıldı irəli daşqın Nil kimi,
igid eylaqlıya bağırdı gələn:
"işıqlı, al günəş çıxdı pərdədən,
Əlində saqitək cam olan mənəm!
Eylaqlı qanından şərab içənəm."
Atı məhmizlədi bitincə sözü,
Yuxan qaldırdı o, polad gürzü.
Qızmış fil vurduğu kəskin mizraqdan
Fil vücudun başı gəldi ayaqdan.
Eylaqlı toppuzdan oldu sərsəri,
Onun qan tufanı məst etdi yeri.
Onlardan bir atlı çıxdı meydana.
Dağ kimi yanaşdı o dağ yarana.
Aldığı zərbədən oldu yerlə bir,
Əlində çox igid can verdi bir-bir.
Belə baş qoparmaq nəticəsində
Bir qürur göründü hər şivəsində.
Bir çox polad geyim, almaz qılınclar
Qarşıya çıxınca oldular şikar.
Səhərdən ikindi çağma qədər
Olmadı qarşıya çıxan bir nəfər.
Burdu qulağından qəzanın qədər,
Yemdən qanlarla qaynadı ciyər.
339
Ruslardan at çapdı bir gövdəsi fil,
Üzü qıpqırmızı, gözləri bir Nil.
Rumlardan pəhləvan istəyib durdu,
Çox mərdlik göstərdi, mərd başlar vurdu.
Qamm axıtdı kimə yan aldı,
Bir neçə bədəndən şirin can aldı.
Sınaqlı igidin bu bas-kəsindən
Olmadı ramlardan meydana gələn.
Ruma əl tapınca rus aldı meydan,
Filləri süst gördü öz çomağından.
Oynatdı qılıncı, coşdurdu kini,
Öldürdü bir neçə rumlu, çinlim,
Nizəylə boynunu bir az uzatdı,
Qürurla meydanda nizə oynatdı.
Rum qərargahının yaxın böyründən
Atım çapdı bir adlı döyüşkən.
At deyil, bir şahin oynatdı qəşəng,
Yox, qılınc deyildi, asmışdı nəhəng.
Əynində ipəkdən bir çuqalı var,
Başım bir polad dəbilqə oxşar.
Sərxoş ifrit kimi soxuldu hərbə,
Əlində dörd başlı bir kəskin zərbə.
Nizəni qaldırdı rusa baxaraq,
Dedi: "istəmirsən torpaqda yatmaq,
Bil, mazandaranlı Zərivənd mənəm!
Döyüşdə divlərlə mən əylənənəm.
Ondakı heybətdən rus bir şey qandı,
Səfrası qarışdı, başı fırlandı.
Meydam daraldı - anladı o kəs,
Bu başqa hərifdir, ona bənzəməz.
Atı oynatmadı, çəkildi geri,
Bildi ki, mərdlikdə yox bərabəri-
Cilovu çevirdi tez ordugaha,
Yel kimi sovuşdu, durmadı daha.
Aslana çevirdi arxa, arxadan
Zərbəm endirdi ona pəhləvan.
Qaçamn belini zərbəsi yardı,
340
Köksündən dördbaşlı nizə çıxardı.
Uçan at yel kimi keçdi meydam,
Ruslara yetirdi o əzgin cam.
Tamş, yad qaçaraq tutdular xəbər,
Səlibə dönmüş bir ölü gördülər.
Bildilər döyüşkən, qızmış əndaha
igidlər belinə xaç vurdu daha.
Çəkildi arxada, öndə yüyənlər,
Çıxmadı Bərtasdan, rusdan bir nəfər.
Qoşunun nəhayət səbri tükəndi,
Bir rus pəhləvanı dağtək tərpəndi.
Qıntala qohumdu, adı da Kupal,
Fil canlı pəhləvan yanaşdı, dərhal
Girdi bir-birinə iki çarpışan,
Qılınclar oynadı hər iki yandan.
Zərivənd nəhayət bir qılınc çaldı,
Kupal pəhləvanın canını aldı.
Belə bir hünərlə dikbaş ruslardan
Yetmiş nəfərim qırdı pəhləvan.
Acıqlı aslandan qıvrıldı Qıntal,
Ordunu döyüşdə görüncə topal,
Pəhləvan atlandı zireh geyərək
Budağı qılıncdan olan sərvtək.
Atıldı əndaha yəhər qaşına,
Yüyəni buraxdı meydan başına.
Zərivənd görüncə bu əndaham
Kükrəyən buludtək oynadı qam.
iki iti qılınc çıxdı qımndan,
Göy kimi istidən qızışdı meydan.
Pərgar pərləritək mərkəzi ölçən,
Biri gec, birisi sürətlə keçən,
Çatıb bir-birinə, girdilər hərbə,
Yaralar açaraq, vurdular zərbə.
Qazana bilmədi heç biri zəfər,
Çarpışma uzandı gecəyə qədər.
Nəhayət, bir qılınc endirdi Qıntal,
O gəlin bəzəkli igidi dərhal
341
Torpağa düşürdü qızıl yəhərdən,
Aslan pəncəsində öldü filbədən.
Öldürən girincə düşmən qanına,
Sevincək döndü öz ordugahına.
Bu işdən sıxıldı böyük tacidar,
Torpağa sərildi gilanlı salar.
Əmr etdi igidi etsinlər rahət,
Adma münasib edilsin xidmət.
O sultan şövkətli şəfəq sökərkən,
Dağa dalğa vurdu Çin dənizindən.
"Qan" deyə, susadı hər iki əskər,
Bisitun dağıtək bayraq çəkdilər.
Dənizdən kükrədi bir bulud peykər,
Hər meşə içindən çıxdı bir əndər,
Nəhənglər nərəsi ucaldı dağa,
Hər yandan axırdı qan dalğa-dalğa.
Filgövdə bir rumlu toppuz əlində,
Qılıncı əlində, oxluq belində,
Döyüşə çağırdı versin imtahan,
Çıxdı san kaftan geymiş pəhləvan.
Toppuzu başından vurunca birdən
Rusda nə baş qaldı, nə qol, nə bədən.
Başqası kükrədi, onu da yardı,
Qarşıya çıxandan beyin qopardı.
Qılıncda, qədəhdə, şöhrətli, şanlı,
Fərincə adında, özü alanlı,
Toppuzu çiynində atı oynatdı,
insanın başından huşunu atdı.
Bu qapdı toppuzu dolaraq kinə,
O da tez gürzünü atdı çiyninə.
Toppuzlar oynadı göydə yan-yana,
Şiddətlə sanldı düşman düşmana.
Alanlı döyüşə girdiyi zaman,
Bildi ki, acizdir talesiz düşman.
Toppuzu başından elə endirdi,
Baş, beyin dağıldı, qanuna girdi.
342
Dostları ilə paylaş: |