Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə90/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   86   87   88   89   90   91   92   93   ...   121

Haqq verən bəxşişin önü alınmaz. 

Yuxuda görsəydim bu qəniməti 

Axardı ağzımın dadlı şərbəti.

Bir deyil, hədsizdir taclar, bəzəklər, 

Dənizdə tapmarıq bu qədər gövhər. 

Bu zəngin dövləti keçirsək ələ 

Bütün ölkələrə düşər vəlvələ. 

Padşahlıq edərək dünyam alaq, 

Əsrlər boyunca tacidar olaq."

Atım oynatdı dağın başına,

Bir neçə nəfər də qoşuldu ona. 

Əliylə uzağı göstərdi: "Baxın, 

Hurilər dünyaya etmişdir axın! 

Dərgahı büsbütün gövhər, xəzinə, 

incilər saçılmış silah yerinə. 

Yəhərlər büsbütün yaqutla dolu, 

incidir, gövhərdir atların çulu. 

Ulduzlu külahlar ucalmış göyə, 

Uzun don az qalır ayağa dəyə. 

Tirmələr, ipəklər, fərşlər, xalçalar, 

Nə əldə nizə, və oxluqda ox var. 

Xalxalı qızıldan taxmış ayağa, 

Zülfünün ucunu burmuş qulağa. 

Hamısı şahanə zinətlə dolu,

Yox gedən ayağı, yox güclü qolu. 

Bu əlsiz, ayaqsız nəfərlər neylər? 

İskəndər bunlarla ordumu yenər? 

Onlara bir iynə batırsan, bişəkk, 

Ağızlar açılar bir pəncərətək, 

Tarixlə, təqvimlə hərbə gedirlər, 

Həsabda bir ayı təxir edirlər

247


.

Bu ordu ən qızğın döyüşdə bir az 

Əzilmiş kəsəkdən toz da qoparmaz. 

Birlikdə hücuma keçsək üz-üzə,

Bu ordu dayanmaz bir həmləmizə." 

Zəhmətlə keçinən sadəlövh ruslar 

Hiyləyə aldamb dedilər: "Sərdar!

Nə qədər ki, can var - əmrində vanq,



331


Bu əhdə, peymana baş, can qoyanq.

Hər işdə, hünərdə olanq nəhəng, 

Qoymanq qalsın bu gülşəndən bir rəng. 

Bir basqın edərik azğın düşmana 

Nizəmiz daşlan boyar al qana.

Nizədən qılınca əl atan zaman 

Başım keçirər kəməndə düşman."

Rus ordu qəlbim bir ocaq gördü, 

Gücündən dağlan yupyumşaq gördü. 

Döndü ordugaha diləyi zəfər,

Qılıncdan pas sildi, qəlbindən kədər.

O biri tərəfdən şah da oturdu,

Başçı igidlərlə bir məclis qurdu.

Padşahı igidlər almış ortaya,

Bənzərdi dörd yam ulduzlu aya.

Qədər xan Xətadan, Qur xan Xütəndən, 

Dəbis Mədayindən, Vəlid Yəməndən, 

Dəvalı Abxazdan, Hindi də Reydən

Qubad Istəxrdən, Nəsəbi Key dən, 

Gilanlı Zərivənd Mazandarandan,

Xavər ölkəsindən Niyal pəhləvan,

Sipənd Xorasandan, Fum da İraqdan, 

Bərişad Ərməndən, bu ittifaqdan, 

Rumdan, Əfrəncədən, Misirdən, Şamdan 

Hesaba gəlməyən bir çox pəhləvan. 

Padişah onlan qurtardı qəmdən,

Ümidlər verməklə etdi qəlbi şən.

Dedi: "Düşmənimiz dava görməmiş, 

Aslanla döyüşə etməmiş vərdiş. 

Quldurluq, oğurluq, bir də yol vurmaq, 

Düşmənin mərdliyi, bax, budur ancaq! 

Qılıncı görməmiş hər iki əldə,

Bıçağı, nizəni köküsdə, beldə.

Bunlarda tapılmaz kəskin bir yaraq, 

Yaraqsız döyüşdə neylər bir qoçaq? 

Qarşıya çıxsa bu çılpaq nəfərlər 

Biçərik başından göbəyə qədər.

332



Meydanda başlasam qdınc oyunu 

Bağlaram Əlbürzün uca qolunu. 

Mənəm əl gəzdirən o uzaqlara,

Can almaq istərkən can verdi Dara. 

Kəməndi hiyləylə atdı Keyd mana, 

Saldım o kəməndi öz ayağına. 

Furun qoşunuyla döyüşə girdim, 

Mərdliyimdən ona kafur yedirdim. 

Yayım ki, qaşına bir düyün aldı, 

Xaqamn yayında giriş boşaldı. 

Ruslarla döyüşdən indi qorxmaram, 

Onlar bir sel isə, mən də bir dağam. 

Xəzər dağından Çin suyuna qədər 

Türklərlə doludur bütün bu yerlər. 

Bilirəm Rumlan sevməyir bir türk, 

Rumlara kinləri rusdan da böyük. 

Türklərin oxuyla yenə bu zaman 

Qabar əskik olmaz rus ayağından. 

Zəhər ki, vücuda salır zəlzələ, 

Sağalır yenə də başqa zəhərlə

248

.

Eşitdim: bir tülkü yırtıcı qurddan 



Köpək səsləriylə tapmışdır aman. 

Durmayıb iki qurd kin ilə coşdu,

O qoca tülkünün dalınca qoşdu. 

Çox zorba itləri vardı bu yurdun, 

Qamna susardı tülkünün, qurdun. 

Qorxudan tülkücük qopardı fəğan, 

itlərin bəndim açdı ağzından.

It səsi bürüdü kəndin üstünü, 

Canavar sandılar qoca tülkünü, 

itlərin səsindən hürkərkən qurdlar, 

Qurtuldu o tülkü, olmadı şikar. 

Sınaqlı düşmən də hər işdə belə 

Qurtulur düşməndən düşmən əhlə. 

Mənim ki, dəbdəbəm ucalır göyə, 

Varmı ehtiyacım başqa köməyə?

333



Hər bağlı qapını açardır açan,

Çarə tapılmazsa, damş qılıncdan." 

Başçılar bağırdı baş endirərək:

"Yolunda qanımız tökülsün gərək!

Hər zaman hünərlə işə yaradıq, 

indi biz olanq ondan da artıq.

Həm hünər göstərmək, həm də mal üçün 

Çalışmaq bir borcdur istiqbal üçün!" 

Orduya verdi çox padişah ürək,

Ürəksiz bir nəfər olmasın gərək! 

Düşündü, daşındı axşama qədər,

Cam ilə qılıncdan neyləsin səhər?! 

Üzünü gizlərkən gündüz gecədən, 

Keşikçi növbətdə, casus yatırkən, 

Hesaba gəlməyən növbətçi əskər 

Keçidli yollarda keşik çəkdilər.

Keşiksiz qalmadı qaranlıq gecə,

Keşikdə qaldılar şəfəq söküncə.



İSKƏNDƏRİN RUSLARLA VURUŞMASI

Ey saqi, durma, gəl, sevindir məni!

Şengərflə yoğurmuş odlu civəni 

Ver mənə, bəzəyim uca eyvanı, 

işlədim ərinmiş o saf boyam.

Ey sınaqlı dehqan, dünya görmüş pir,

Ürəyə yatımlı sözləri gətir!

Şah Çindən Rus üstə gələndən soma 

Onu çərxin atı götürdü hara?

Çərx ona nə oyun başladı təkrar?

Nə hiylə işlətdi ona mzigar?

Tarixin sərrafı, o gövhər satan 

Sözləri gövhərlə asdı qulaqdan.

İskəndər elə ki, coşğun ms gördü,

Dünyam qanadsız bir tovus gördü.

334



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə