Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə98/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   94   95   96   97   98   99   100   101   ...   121

Zindanda dustaqdım bir xəzinətək,

Bu gündən gərəkdir şən həyat sürmək. 

Bəzəklə gözəldir qadın ayağı,

Qadına yaraşmaz zindan otağı.

Bax, belə düşünür coşğun ürəyim, 

Yuxumda görünür bu şən diləyim." 

Pəri qız halım şaha söylərkən 

Padişah gül kimi açıldı birdən.

Bir öpüş aldı o gül dodağından.

Qul kimi söylədi ona hökmüran:

"Ey tozsuz, şən çiçək, ey gözəl dilbər! 

Tanrı sevgisinə bürünmüş peykər! 

Eşqinə əzm etdim səni görəli,

Ey məclis bəzəyi, meydan gözəli! 

Meydanda səni bir can alan gördüm, 

Ürəkli, güclü bir pəhləvan gördüm. 

Səsin də gözəldir sənin özüntək,

Bu iki hünərdə tək yarandın, tək!

Qalx, mənəm hərifin, çal, ey canlı saz. 

Könlümü sazınla şənləndir bir az!" 

Sazım zövq ilə çaldı o pəri,

Mizrabla oynatdı incə telləri.

Ən yeni bir malım başladı şən-şən. 

Oxudu pəhləvan nəğmələrindən: 

"Padşalum, sərvərim, tacım, şövkətim! 

Ey ağıl mədəni, ağıl dövlətim!

Gənc başın olsun hər töhmətdən uzaq, 

Saf qəlbin görünsün çeşmədən parlaq. 

Taleyin gənc olsun, fikrin bəxtiyar, 

Dünyam fəth edən güclü tacidar! 

Vücudun dincliyə əzm etsin sənin,

Pak olsun çirkabdan, kirdən ətəyin! 

Hər yerə üz tutsan yaxşı-yamandan, 

Arxan ağlın olsun, kömək yaradan!

Elə ol, ulduzun kamınca dönsün,

Adma baş əysin dünya büsbütün!" 

Soma öz sirrim açmağa durdu,

363



Sazında ona bir işarə vurdu:

"Ən gözəl bir ağac girdi bir bağa, 

Çöhrəsi döndü bir işıq - çırağa. 

Bostanda açmamış qönçə bir çiçək, 

Çəməndə yuxulu nərgiztək qəşəng. 

Qədəhlə al meydir, kimsə içməmiş, 

Təzə bir incidir, ələ keçməmiş. 

Umardı şikardan dönər tacidar,

O qönçə çiçəyi edər bəxtiyar.

Ağ bahar qırmızı, təzə gül dərər,

Gah bidmüşk, gah qızıl bir lalə görər. 

Girməyə şah fürsət tapmadı bağa,

Bir nəzər salmadı işıq - çırağa.

Ah, neçin belə gül, belə şən bahar 

Gülməsin, soldursun onu xəzanlar? 

Qorxmam, bu xəzan girsə bu bağa, 

Belə bir bahan sərsin torpağa!"

Yar səsi duyunca o poladbədən 

Bir aşiq naləsi qopdu qəlbindən. 

Çalğısı, xoş səsi edərkən əsər,

Onun gül üzündən verirdi xəbər: 

"Qızıl üz, incə söz, nə dilbərdir bu? 

Haramın olmasın belə arizu!"

Nüktəni duyunca şanlı döyüşkən 

Oldu o istəkdən dilək istəyən. 

Düşməm yenməyi aldı nəzərə, 

istəkdən əl çəkdi, sığındı səbrə.

Mey tələb etməyi münasib gördü. 

Mənzilə bununla azıq götürdü. 

Qədəhi mey ilə doldurdu yenə, 

içdi o gülüzlü qızın eşqinə.

Bir cam da xoş içim yaqutla silə,

"Iç" deyə, verdi o dodağı gülə. 

Qədəhi dodağa götürdü mələk. 

Öpərək qaytardı, aldı öpərək.

Bir əli qədəhdə dilbər görəli,

Zülfüylə oynardı o biri əli.

Gah öpüş vurardı cam dodağına,



364


Gah dişlək o gülün xam dodağına. 

Nəşəli məclis ki, kədərdən boşdur, 

Acı mey və şirin noğulla xoşdur. 

Aldılar badəni gülgün dodağa

Girdilər nəhayət isti yatağa.

"O dilək evindən uzaq ol, uzaq!" 

Deyərək, öpüşə uydular ancaq!

İSKƏNDƏRİN

RUSLARI MƏĞLUB ETMƏSİ

Saqi, ver o müşkin şərabdan bir an, 

Qandan rəng vermişdir o meyə dehqan. 

Mənə ver, əhmə düşəndə çünki 

Mənə də rəng verir şərabın rəngi.

Səhərin ordusu ələm çəkincə,

Gecənin hərfinə qələm çəkincə,

Dünyam parladan günəş nurundan 

Sövda qucağında ayıldı cahan.

Bağırdı dan quşu kəskin ötərək,

Sərsəm nur, dəli div, şeytan görəntək.

Şah qalxdı yuxudan azacıq küskün, 

Könlünün qəmini sildi büsbütün, 

ibadət evində düşdü səcdəyə,

Şükr etdi, yalvardı: "Ey tann!" deyə.

Uca pənahından dilək istədi,

Ondan gah qüdrət, gah kömək istədi. 

Üzünü torpağa sürtdü bir qədər,

Zirehi çirmədi, bağladı kəmər.

Taxü fil üstündə oldu bərqərar,

Parladı fərsəxlər boyu qılınclar.

Keçən günlər kimi yenə İskəndər 

Ordunu bəzədi, düzüldü əskər.

O geniş çöllərdə böyük tacidar 

Ordudan dağ kimi çəkdi bir hasar.

Bərkitdi hasarın sağ-sol qolunu,



365


Poladla tozun da kəsdi yolunu. 

Qürurla ruslar da o biri yandan 

Ordunu sazladı, bəzəndi meydan. 

Ruslann canlan kinlə gurlayır, 

intiqam odundan beyin qaynayır. 

Nizənin, qılıncın şimşəklərindən, 

Başdan ağıl çıxır, əllərdən yüyən. 

Dağlann beynini süpürmüş yaylar, 

Ordular üstündə oxlar vıyıldar.

Baş, boyun qoparan polad toppuzdan 

Beyinlər tökülür qanlı ağızdan.

Fil yıxan mızraqlar dolunca kinə 

Donunu çərx atdı Nilin küpünə.

O çibin qanadlı incə qılınclar 

Qartal qanadım qüvvətdən salar. 

Çevrilmiş tas kimi iti süngülər 

Qotazın üstünə bir tas qan tökər. 

Atlann dırnağı əqiqdi qandan, 

Yəhəraltılar da qandan al-əlvan. 

Nizələr qalxana ulduzlar düzər, 

Qalxandan qalxana düşər kölgələr. 

Dəmir, kərpic qırmış o qədər insan, 

Yer üzü kəsilmiş bir məzanstan.

Baş üzən, leş, cəmdək yeyən qılınclar 

Çölləri qan ilə etmiş laləzar.

Nizələr döşləri tikmiş iynətək, 

Oxlardan öyrənmiş qayçı işlətmək. 

Hər qılınc əndaha kimi başım 

Qınından çıxanb, çatır qaşım. 

Yollarda o qədər tökülmüşdü can, 

Məhşər bazanna dönmüşdü meydan. 

Ruslar hər tərəfdə göstərir hiddət, 

Rumlann başına açır qiyamət. 

Soxulmuş ram ilə rus bir birinə

Bənzər ağ, qırmızı donlu gəlinə. 

İskəndər meydanda qızmış aslandı,

O əli silahlı bir pəhləvandı.

366



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə