Dünyada hesabsız ruzi yeyən var!
Keçənlər zəhmətlə əkdiyi bağdan
Gələnlər meyvəni dərmiş hər zaman.
Keçənlər bir çox şey əkmişdir bizə
Biz də əkməliyik gənc nəslimizə.
Dünya bir tarladır, diqqətlə baxsaq,
Hamı bir-birinə cütçüdür ancaq.
İSKƏNDƏRİN ZÜLMƏTDƏN
ÇIXMASI
Saqi, ver ürəyə yaümlı meydən!
Ver ki, meyxoş gəlir ömür gənc ikən!
O meylə ağzımı isladım bir an,
Bəxtimi daha gənc eləyim ondan.
Oyanıq taleyi olunca rəhbər,
Zülmətdən dişan çıxdı İskəndər.
Çox gözəl rəhbərlik eylədi madyan,
Bir az da azmadı getdiyi yoldan.
İlk gündə keçdiyi zülmət xəttinə
Pərgartək yemdən qayıtdı yenə.
Padşaha taleyi elədi kömək,
İşıqlı dünyaya çıxdı sevincək.
Cilovu parlatdı ordu səmtinə,
Ancaq çatmamışdı öz diləyinə.
Bu işdən ürəyi sınmadı ancaq,
Ruzini qismətlə mümkündür tapmaq.
Heyvan tapmadısa, kədər yox bunda,
Heyvantək ölmədi heyvan yolunda
261
.
Danlma sənə üz verdikdə kədər,
Ondan da böyük bir dərddən qıl həzər!
Hər gün bu çöllərdə gəzmək çıl-çılpaq
Yaxşıdır, ya dəniz dibinə batmaq?
Doğrudur, ağndan hər baş incinər,
İnciməz qılınc, gürz yarası qədər.
Dünyada hər işdən çətin bir iş var,
395
Ürəyi möhkəmə olur zəfər yar.
Qumluqdan aldığı şeyləri ordu
Töhfədir deyərək qarşıya qoydu.
Daşlann hamısı qırmızı yaqut,
Gözlərə nur verir, ürəklərə qut.
Daşdan az götürən düşmüşdü dərdə,
Heç götürməyənlər ahda, kədərdə.
Peşiman olmuşdu az götürənlər,
Odlara yanırdı götürməyənlər.
Şah oldu iki gün səfərdən aram,
Yuxudan, yeməkdən aldı intiqam.
Bir zaman padşahın əyildi başı,
Yad etdi mələyin verdiyi daşı.
Tərəzi istədi daşı çəkməyə,
Ağır daş qoydular "ölçüdür" deyə.
Batmanlardan keçdi o bir misqal daş,
Nə qədər daş qoydu misqal çıxdı baş.
Yüz kişi bir qapan çəkdi o düzə,
Girdi daş bir gözə, daşlar bir gözə.
Daş ağır gəlirdi yüz parça dağa,
Çəkənlər darıldı bu ağırlığa.
Deyirlər uzaqdan demiş Xızr: "Ancaq
Bu daşın vəznidir bir ovuc torpaq."
Bir gözə bir ovuc torpaq tökdülər,
Çəkinin gözləri oldu bərabər.
Bu incə nüktədən bildi tacidar:
Torpaqdır, onu bu torpaq doyurar
261
.
Bir gün şah xaslarla taparaq fürsət,
Bir məclis bəzədi - sanasan cənnət.
Zərkəmər qulamlar taxtın ucunda,
Qızıl bir ağactək gümüş sütunda.
Dünyanın şahları bir səf çəkərək
Qarşıda diz çökmüş hamı kölgətək.
Dünya işlərindən açıldı söhbət,
Söylənən hər şivə qəlb üçün rahət.
Hər biri zülmətli çeşməm andı,
Söz sözü çəkərək, söhbət uzandı.
396
Qaranlıq altında su varsa, nədən.
Nə üçün tapmayır arayan, gəzən?
Zülmətdə yox isə belə bir cadu,
Nə üçün dillərdə əzbərlənmiş bu?
Bu yolda deyildi çox incə sözlər,
işıqlandı başlar, nurlandı gözlər.
Haman məmləkətin qocalanndan
Söylədi: "Bu sirri bilsin hökmüran.
Cahangir İskəndər dünya dolaşdı.
Göy kimi durmadan ölkələr aşdı,
Ümidlə aradı həyat suyunu
Ki, qorxunc ölümdən qurtarsın onu.
Bir şəhər vardır, bu ölkədə çox şən,
O abad şəhərdə tapılmaz ölən.
O şəhri uca bir dağ salmış bəndə,
Şəhr əhli o dağda düşmüş kəməndə.
O dağdan səs gəlir hey zaman-zaman,
Heyrətə düşür hər eşidən, duyan.
Oradan birini adıyla səslər:
Ey filan, yuxan səmtə et səfər!
O səsi, fərmanı eşidən adam
Yerində bir an da tutmayır aram.
Sürətlə dağlara dırmanır dərhal.
Gedəndən nə sorsan olur dilsiz, lal.
Dağlann ardında yox olur gözdən,
Yoxdur bu hikməti açan, öyrənən.
Məqsədin qurtulmaq isə ölümdən,
Ölümsüz şəhərdə eyləyin məskən!"
Bilici söyləyən sözdən İskəndər
Sarsıldı, üzünü sardı bir kədər.
Bu işçin ürəyi vurdu riqqətlə;
Fikri qət etməkçin uçdu sürətlə.
Əmr etdi, ordudan bir neçə kişi
O şəhrə gedərək, öyrənsin işi.
Qalsınlar söylənən yerdə bir qədər,
Bu işdən versinlər doğru bir xəbər.
Onlara tapşırdı: "Dağdakı səsə
397
Yerindən qalxmasın sizdən bir kimsə!
Lap adla, nişanla çağırsa necə
Siz bu səs-sədam almayın vecə.
Cavabı uzatmaq yoluyla ban,
Açılsın pərdənin gizlin əsran".
Nəsihət alanlar baş əydi əmrə,
Gizlin bir yol ilə girdilər şəhrə.
Şəhərdə uğurla ah çapdılar,
Ən gözəl bir yerdə mənzil tapdılar.
Şəhərin haqqında bildilər xəbər,
Düz çıxdı qocanın dediyi sözlər.
Şəhərdə birinin adma dağdan
Apaçıq səs gəlir hey zaman-zaman.
Adım eşidər-eşitməz hər kəs
O dağa çıxmağa göstərir həvəs.
O qədər səbirsiz gedir yolunu,
Qılıncla qaytarmaq olmayır onu.
Gələnlər göstərdi yüz tədbir, hünər,
Pərdənin sirrini öyrənmədilər.
Seyr etdi dolanan fələk bir zaman,
Bir neçə mənzili dolaşdı dövran.
Şah adamlanyla çərx kinə düşdü,
Birini aparmaq fikrinə düşdü.
Qeybdən gələn səs, əsrar arayan
Kişidən birini çağırdı dağdan.
Adım eşidən durmadı bir an,
Səs gələn tərəfə qaçdı durmadan.
Gedəni dostları tutdu yer-yerdən,
Dedilər: "Tələsmə, dayan, ey gedən!
Bir yolçu sövdalı olmasın gərək,
Pərdənin sirrini bəlkə öyrənək".
Gedənə o sözlər etməyir əsər,
Bağınr, dartınır, qurtulmaq istər.
Bir söz də deməyir yarasın işə,
Çərx kimi çalışır çıxsın gərdişə.
Güc ilə qurtuldu gedən sevincək,
Onlardan uzaşdı uçan çibintək.
398
Dostları ilə paylaş: |