Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə102/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   98   99   100   101   102   103   104   105   ...   121

Gözümdən Babilə bir əfsun çatdı, 

Ondan, bax, nə qədər cadu yaratdı!

Çinə bircə telim getdi ərməğan,

Müşk oldu ahunun göbəyində qan. 

Zülfü qulağımda edərsəm çənbər, 

Üst-üstə tökülür bayğın könüllər.

Bu sərxoş gözlərin naz, qəmzəsilə 

Yüz əldən getmişi gətirrəm ələ.

Çox qaçqın könüllər ovladım hər an. 

Onlara quyudur, bax, bu zənəxdan. 

Aşiqə bir tellə verərəm tuğ tac.

Ətrimlə Xülləxdən alaram xərac. 

Möhrümü vuraram Çin xaqamna,

Beş növbət salaram Rumu talana.

Bu müşkin xalımla çinli bağnyam,

Falca Rum qəlbinin şən çırağıyam

255



Yuxulu çağımda verərəm məzə,



Qamm tökərəm edərkən qəmzə. 

Dodağım rəng verir hər gülgün lələ

Üzümün xəyalı oynar günəşlə.

Müğ mənə "sənəmdir" deyə yalmanır, 

Cənnətin bir sənəmxanəsi samr.

Mənim nar döşlərim görünən zaman 

Narlann ürəyi soyudu bağdan.

Döşlərim dikəlmiş təzə nannctək,

Hansı bir bəxtiyar onu dərəcək?

Uğurlu ağacam, iki narım var,

Bir güləm, pərdədə gözəl banm var. 

Tufanla qopsa da dünya təməldən, 

Bəxtiyar şah olsun, bir mey, bir də mən! 

Bir dastan işlətmək istərəm ona,

Almaq öz sazımtək öz qucağıma.

Bir öpüş vuram gah məst gözlərinə,

Gah qara zülfümü verim əlinə.

Bu şərtlə cammda eyləsin məkan

Başımı çəkməyim ayaqlarından.

O günəş eşqindən sərxoş olaraq,



379


Məhşərdə yuxudan aydım ancaq.

O hansı çeşmədir ömrü uzadan?

O hansı kölgədir gənclik oyadan? 

Vəslimdir şən, uzun bir həyat verən, 

Mən gənclik verərəm qəmzə edərkən. 

İskəndər dirilik suyuçun gedir,

Mən varkən zülmətə o neçin gedir? 

Axtarmaq istəsən zülmət yolunu,

Qara zülfüm sənə göstərir onu.

Yaqut rəngli sudan istəsən içmək, 

Dirilik suyunu ələ keçirmək.

Parlaq bir yaqutdur bu gül dodaqlar, 

Həyat suyu kimi yüz çeşməsi var. 

Şahım, ram ol mənə, çox sərkəş olma! 

Bu həyat suyuna, gəl, atəş olma! 

Pəriyəm, ipəklər içində gizlin,

Qapım bağlama sevirsə qəlbin!

Üzünə açıqdır qapım hər zaman!

Məni sındırsan da, sınmasın peyman! 

Ürəkdən daş asmaq bitməzmi daha? 

Gözələ xor baxmaq yetməzmi daha?! 

Olma daş ürəkli, sevirəm səni!

Kölən bil, gözəl bil, qulun bil məni! 

Mən fələk olmaqla sənin yannam, 

Çindənəm, sənin mən, bil, qəmxarınam. 

Deyiləm kölgədə yetişən bir gül.

Günəşi kölgədə saxlamaq müşkül!

Mən kimi meyvəm qapatma evə,

Dad verməz kölgədə yetişən meyvə. 

Mənəm ən ətirli, sevimli reyhan, 

Reyhan olmalıdır evdə hər zaman. 

Burax bu kəkliyi ovlasın tərlan!

Gəl, çəkin ov güdən bu qartallardan! 

Ağacın xurması yetişmiş ikən 

Başqası yeyəcək onu, dərməsən.

Mən kimi kim sənin dərdim çəkər? 

Dərdim çəkərək səpərəm şəkər.

380



Ürəklər qan oldu qan içməyimdən, 

Boynumda nə qədər qan qalmış, bilsən? 

Çox şəkər dodağa oxudum meydan, 

Dodağım şirindir şəkərburadan.

Həm səsim, həm özüm əzəldən gözəl,

O gözəl, bu gözəl, gözəldən gözəl.

Saqisi mən olsam, mey olmaz haram, 

Canım işrət saçar bir mütrüb olsam. 

Çalğımla hər kəsi sərxoş edərəm,

Soma hər sərxoşu öldürər qəmzəm. 

Uzaqdan edərəm şux dilbərliklər, 

Qucaqda edərəm canpərvərliklər. 

Qarşımdan gözlərə sevinc salanam. 

Qucağa çəkdikcə könül çalanam.

Mən olam, saz ola, bir də köhnə mey, 

Aşiqin taqəti qalırım? Hey, hey!..

Sən kimi şəhriyar olsa mənə yar,

Bu könül şənlikdən başqa nə arar? 

Dövrandan kim almış mənim kimi kam? 

"Dünyada tapılmaz" olmuş mənə nam!.." 

Elə ki, sazına vurdu son mizrab,

Təsnifı bitirdi dodağı ənnab.

Şahın məhəbbəti o sözdən coşdu,

Sanki tərlan fərə üstünə qoşdu.

O bahar turacı naz ilə, şən-şən.

Turunctək soyuldu qızıl beşikdən.

Könül getdi əldən, sərapərdə boş,

Sevimli məşuqə sevdadan sərxoş,

Xəlvət bir gecədə elə bir mələk, 

Mümkünmüdür ona könül verməmək?! 

Gənc, gözəl maralı yıxdı nər aslan,

Qarət məclisində başladı talan.

Sığındı o laçın sona ovuna,

Günəşsə getdi ay qonaqlığına.

Şəkərtək əmirdi hey dodağım,

Sorurdu şəkərli ney dodağım.



381


Bağnna basdı o gül köküslünü,

Xəzinə ağzından açdı möhrünü.

Bakirə şərabı laləzar gördü,

Qapalı bağçada alma, nar gördü.

Əqiq möhr üstünü basmamışdı pas,

Saf üzük qaşım deşməmiş almas

256

.

Bir qönçə güldür, yox üstündə tikan



Görməmiş bağbandan başqa bir insan. 

O qızğın atəşin artıqlığından 

Damardan fışqırmaq istəyirdi qan. 

Şəkərli dil ilə söhbət açdılar,

Yağ, bala dönərək qucaqlaşdılar.

Sanldı iki sərv, iki gülpeykər,

Qatdılar badama, yağa qənd, şəkər, 

Əyildi "əlif-lam" kimi cift ayaq, 

iki hərf kimi bir cinsdən olaraq.

Elə ki, almaz o gövhəri dəldi,

Həm almaz yatdı, həm gövhər dincəldi. 

Həyat çeşməsində məsud İskəndər 

Şənliklə keçirdi bəxtiyar günlər, 

işrətlə keçirdi bir neçə gecə,

Çıxmadı o yerdən, daldı sevincə.

İSKƏNDƏRİN DİRİLİK SUYU 

AXTARMASI

Saqi, gəl, qədəhi doldur mey ilə,

Al ələ nəğməylə, çalğı, ney ilə!

Bir mey ki, içənlər fikrincə, demək, 

Xəstəyə şəfadır, dərdliyə kömək.

Ucalırkən səhər xoruzun səsi, 

Qarovul zənginin susdu naləsi. 

Təbilçi təblinin səsi ucaldı, 

Quşların nəğməsi ətrafı aldı.

382



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə