Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə104/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   100   101   102   103   104   105   106   107   ...   121

Bir igid gənc vardı, ağılca ulu,

Saf, işıq ürəyi şəfqətlə dolu.

Atası qocaydı, doxsan yaşı var,

Bədən ağrısından sızlayıb ağlar.

O gün-ki, padişah vermişdi əmr: 

"Çıxmasın bu yola xəstə ilə pir!" 

Gənc oğlu vurğundu xəstə ataya,

Necə ki, bir xəstə göynər almaya, 

Qocam özüylə aldı bərabər,

Necə ki, başqalar yaqutu gizlər,

Azıq sandığında gizlətdi onu,

Onunla dolaşdı zülmət yolunu. 

Taleyin qoşundan küsdüyü gecə 

O gənci aldı bir dərin düşüncə. 

Gecəykən sandığı açdı o cavan,

Etdi atasına o sirri bəyan:

"Padişah səfərdən oldu peşiman, 

Çətinlik çəkməkdən qırılmış peyman. 

Qəlbinə bir qorxu salmış qaranlıq,

Bir tədbir düşünə bilməyir artıq. 

Bələdçi olmadan gedir irəli,

Bilməyir nə sayaq dönəcək geri". 

Oğluna baxaraq dedi ixtiyar:

"Bu qara pərdədə gizli bir sirr var. 

Padişah getməyə başlarkən ora, 

Zülmətdən dönməyə vardır bir çara: 

Padşaha gərəkdir ilk dəfə doğan

Vücudu sapsağlam boğaz bir madyan. 

Anadan olunca o körpə daylaq 

Başım bir yerdə kəssinlər, ancaq 

Örtməyib qoysunlar yerdə cəmdəyi, 

Anası görüncə, yansın ürəyi, 

içində qopsun bir həyəcan, hiddət, 

Durmasın padişah, etsin hərəkət.

O yoldan geriyə döndüyü zaman 

Ordunun önündə gedəcək madyan 

Çaparaq sevimli daylağa san,

387



O yoldan beləcə çıxar dişan.

O yolda bələdçi olmadan belə,

Dişan çıxarlar bu tədbir ilə."

Qocamn sözünə o gənc uyaraq,

Kələfin başım tapdı bu sayaq.

Göylərin o müşkin ipəyi səhər 

Olunca ud rəngli dibayə bənzər. 

İskəndər məclislə yenə oturdu, 

Getməyə hər biri bir tədbir qurdu.

O məclis nə qədər göstərdi tədbir,

Bu əsrar haqqında söylədi fikir,

Xoşuna gəlmədi ulu padşahın,

Tədbirlər kimsəyə deyildi aydın.

Öz zəif fikriylə o gənc yanaşdı,

Bələdçi haqqında şaha söz açdı.

Atası söyləyən sözləri bir-bir 

Padşaha anlatdı ki, budur tədbir!

Xoş gəldi bu sözlər, yatdı könlünə, 

Beynində yer etdi o dönə-dönə.

Dedi: "Ey mərd oğul, belə fikri sən 

Nə sayaq oldu ki, qurdun özündən?

Bu bilgi özündən gəlməmiş ələ,

Sən kimdən öyrəndin, gəl, doğru söylə. 

Bar, sərvət verərəm doğru söyləsən, 

Zillətə düşərsən düz deməməkdən". 

Gənc dedi: "Padşahım, mənə ver aman, 

Boşalsın kəcavə bu yüklü atdan,

O gün ki, əmr etdi ulu hökmüdar

Çıxmasın yola bir xəstə, ixtiyar,

Bir qoca atam var, bu qoca insan 

Çox qulaqburması görmüş dövrandan. 

Ürəyim çox yandı qoca atama,

Əmrə itaəti unutdum tamam.

Özümlə gizlincə gətirdim onu,

Pis gətirdimsə, pis olmadı sonu.

Dünən yol haqqında olan sözləri 

Atama açmaqdan durmadım geri.

388



Onun təlimini dinlədim bir an, 

Söylənən tədbiri öyrəndim ondan.” 

Çox incə bir nüktə söylədi, deyə,

Şah onun sözündən ucaldı göyə: 

"Bilənlər padşahı olsa da yenə,

Bu gənclər möhtacdır qoca fikrinə. 

Gənc budaqlanyla oynarsa qabaq, 

Başını ucaldar bir köhnə budaq. 

Bilikdə birinci olsa cavanlar,

Qocalar fikrinə ehtiyacı var".

Dünya padşahı söhbətdə ikən 

Qapıdan div gövdə o vəhşi birdən 

içəri girincə yanaşdı məğrur,

Padşaha göstərdi bir şələ samur.

Hər biri parlaq bir qunduzdan artıq, 

Bir-birindən alır bəzək, yaraşıq. 

Malına xiridar çıxdı hökmüran,

Yenə birdən-birə yox oldu ordan. 

Qaranlıq içində yox oldu vəhşi, 

Padşahı heyrətə saldı bu işi.

Işıqlıq göstərdi, fikri eşitdi,

Zülmətə getməyə padşah əmr etdi. 

Əmr etdi: "Yelayaq bir boğaz madyan 

Alsınlar, o heyvan doğduğu zaman, 

Kişinin sözünə tamam uyaraq,

Alınsın, kəsilsin o körpə daylaq". 

Padişahın fərmanı həyata keçdi,

O işıq çeşməyə doğru yol seçdi.

İSKƏNDƏRİN ZÜLMƏTƏ GETMƏSİ

Saqi, bu zülmata bənzər torpağı 

Araşdır, ver mənə həyat bulağı!

O parlaq su ilə mənə sal-nəzər,

Bu həyatdan daha canlı həyat ver!

389


Bu bahar fəslində yeni və köhnə 

Tarixdən başlaram gözəl təranə. 

Rəvayət eyləmiş sınaqlı dehqan: 

Yazın ilk gecəsi ulu hökmüran 

Zülmata getməyə əzm etdi artıq,

Fikri təskin edər hər bir qaranlıq. 

Günəşi qıfıla vurunca göylər, 

Qaranlıq içində doğar min gövhər.

Bu həyat suyunda kim etsə məskən, 

Gərəkdir bir pərdə çəksin önündən. 

Çimənlər bu dum, saf çeşmələrdə 

Gərəkdir üzünə çəksin bir pərdə. 

İskəndər zülmata edərkən səfər, 

Söylədi: "Artıqdır bu mühüm şeylər!" 

Cilovu buraxdı "zülmat" deyərək, 

Əndər quyruğunda gizləndi Aytək

259



Söylədi o zaman böyük İskəndər,



Ona rəhbər olsun Xızır peyğəmbər. 

Atı Xızra verdi böyük tacidar,

Bilirdi onda bir aslan qəlbi var.

Verdi ki, bu yolda səyirtsin onu

Onunla tapsın bu həyat suyunu, 

Çuxurlar parladan bir gövhər verdi, 

Çeşmələr arayan bir rəhbər verdi. 

Dedi ki: "Bu yolun hər tərəfinə 

Həqiqi bir rəhbər özünsən yenə! 

Cilovu hər yana istərsən burax,

Aç ağıl gözünü, ayıq ol ancaq!

O çeşmə nə yerdə olsa aşikar, 

Aldatmaz səni bu gövhər, panldar. 

Uğurla iç haman uğurlu sudan,

Mənə də göstər ki, yeyəsən ehsan*. 

Göy gərdişli Xızır haman fərmanla 

Ahəngi pozmadan üz qoydu yola. 

Ordudan aynldı, irəli getdi,

Hər yana himmətlə bir nəzər etdi.

Su üçün dolandı bütün bucağı,



390


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə