Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə101/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   97   98   99   100   101   102   103   104   ...   121

Şən nəfəs almasan, sərmayən gedər. 

Ban ver, könlünü şənləndir ancaq, 

Ucuzdur bir heçə bir könül almaq. 

Sərvətçin kar olma, dönmə sərt daşa! 

Sərvətin olmasın, ancaq sən yaşa!

Bərk tutma dünyam, etsən bir nəzər, 

Bərk tutmaq ölümə çətinlik verər.

Bu dünya malına uyma çox, zinhar,

Hər sadə keçinən asudə yaşar.

Sevimli bir saat, uğurlu gecə,

Onda şən keçirmək olur könülcə.

İskəndər dövrünün yaqutlarından 

Belə nəql eləyir tarixi yazan:

Tacidar o gecə qəlbində fərəh 

Gül dodaq eşqinə doldurdu qədəh.

O camı qaldırdı gül dodağına,

Cam da bir qul kimi baş əydi ona. 

Oturmuş bir cavan sərv ağacıtək,

Gah lalə tökür, gah ərğəvan çiçək. 

Müşkin gül üstünə yazılmış bir xətt. 

Gülə gül suyuyla çərx vermiş zinət. 

Həm düşmən fəthindən könül çox şəndi. 

Həm də dostlanyla evi gülşəndi.

Çağırtdı gül üzlü o dilaramı,

O mələk şimalı nazik əndamı.

Bir saz, bir oxuyub çalandı həmdəm. 

Çadırda qalmadı daha naməhrəm.

Min bir istək ilə istənmiş dilək,

Başına, üzünə vurmuş yüz bəzək.

Al nar danəsindən dodağı dilbər,

Dili al nabatdan daha şirin, tər.

Gözləri gül, ağzı o qədər dardı,

Biri saz, o biri könül çalardı.

Araqçın altından o müşkin tellər 

Kəmənddir asılmış ətəyə qədər.

Məclisə yaraşıq verən, oxuyan,



375


Şahın əlindədir çalan hər zaman. 

İskəndər əmriylə aldı sazım,

Gövhər xəznəsinin açdı ağzım:

"Bu gecə dünyamız yemdir, şəndir, 

Hər şənlik İskəndər dövlətindəndir. 

Xoş olur gül, çiçək çağı ruzigar,

Hər tərəf gülümsər gülərkən bahar. 

Qalxdıqca al günəş od kimi yanır, 

işıqlı dünyadan nur dalğalamr. 

Toxuyur, əsərkən səhər küləyi,

Yer rumi, göy isə Şüştər ipəyi.

Al qızıl güllərlə şənlənincə bağ 

Yanar hər qönçədən bağda yüz çıraq. 

Şah qoymuş dünyaya zəfərlə təməl, 

Güzgü pas ahında görünməz gözəl. 

Keyxosrov əldə cam tutduğu zaman 

Taxümz qalmasın boş belə camdan! 

İskəndər Cəmşiddən olmuşsa yüksək, 

Gül üzüm günəşə üstündür gerçək.

Şah qızıl çəkməli Firidunsa, mən 

"Gavə bayrağıyam", onu fəth edən. 

Taclı Keyqubadsa uca İskəndər, 

Mənim tacım isə müşküdür, ənbər! 

Firuzə taclısan, Keykavus isən, 

Məndən taxt tələb et fil sümüyündən. 

Şah Süleyman kimi div salsa bəndə. 

Çox Məcnun çöllərə salmışam mən də. 

İskəndər ki, bütün dünyam tutdu

Könlümsə o dünya tutam tutdu.

Şahın dünya tutan uca kəməndi 

Ay, Günəş boynuna salırsa bəndi, 

Zülfümdən bir kəmənd eşərəm ona, 

Qorxmadan ataram şahın boynuna, 

Padşahın aytutan bir kəməndi var, 

Mənim də kəməndim şahlan tutar. 

Kəskin ox atırsa uca hökmüdar,

Məndə də ox atan min naz, qənizə var.

376



Qılıncla gülgün qan tökürsə salar, 

Mənim gül üzümdən al qan damcılar, 

Qılınc oynatmağa şah versə qərar

Mənim də qılıncdan kəskin dilim var. 

Şah toppuz qaldırsa qulaq ucuna, 

iki zülfüm də bir toppuzdur mana. 

Atından tək bir tuğ asmış hökmüran, 

Mən on tuğ asmışam ağ buxağımdan, 

Şahda bir qutu var, içi ləldir,

Mənim də qutumda var ləl ilə dürr. 

İskəndər yaqutu mədəndir ancaq,

Al, canlı yaqutdur məndəki dodaq. 

Əflakə münəccim olmuş İskəndər, 

Mənim keşiyimi ulduzlar çəkər.

O başı üstündə ucaltmış sancaq, 

Qapımda yüksəlmiş yüz elə bayraq. 

Aləmə şah isə o sərvərliklə,

Gözəllər şahıyam canpərvərliklə. 

Üzümdən örtümü atdığım zaman 

Yalmz bir telimə dəyməz bu cahan.

Ay üzdə yer versəm müşkin tellərə

Ayı bir telimlə çəkərəm yerə.

Bu əqiq dodaqdan şəkər tökərkən, 

Rəhiq mey çəkərəm incə püstədən. 

Rəhiqim suyu da rəqsə gətirər,

Əqiqim yuxuya bir nəşə verər.

Göydən tuğ istəsən, buxağımdan al! 

Şəkərdən duz umsan, dodağımdan al! 

Dodağım şəkərdir, gülüşü şəkər,

Bu gülgün yaqutun öpüşü şəkər. 

Öpüşün qapısı bununla belə

Bağlanmış Səmərqənd çubuqlariylə

253



Tutaq ki, kimiya daşı zər edir,



Nəfəsim torpağı müşk, ənbər edir. 

Süheyl edən kimi gönlərə əsər, 

Nəfəsim nəsimə o ətri verər.

Bir gözlə edərəm könülləri qan.



377


O biri gözümlə alaram yüz can.

Bu yandan ovlaram gəlsəm üz-üzə, 

O yandan ataram daşqın dənizə. 

Qəmzəmlə aldadıb salaram dərdə, 

Tayım yox, mahirəm belə işlərdə. 

Üzümü rahiblər görsə, nur deyə

Dindar hirbüd kimi düşər səcdəyə. 

Zahidin ürəyi qara daş isə,

Sazımın səsiylə gətirrəm rəqsə 

Bu gümüş əndamla gümüş saçaraq 

Xəzinə qıflım açmaram ancaq. 

Baxçamın qapısı deyil aşikar,

Ancaq bağban bilir hardadır açar. 

Tər-tazə yetişmiş xurmalarım var, 

Tək qum tikanı görər başqalar.

Elə bir gülabam, kədər verərəm, 

Məndən duz umana ciyər verərəm. 

Gecə türk üzümü görmüşmü, nədir? 

Xalımtək mənə bir hindli bəndədir. 

Yeni ay bir hilal kimi doğaraq, 

Vüsalım fıkriylə boşaltmış otaq. 

Tellərim, başlasa rəqsə, yox çara, 

Kəkliyin ayağı düşəcək tora.

Üzüm zülf altından olsa aşikar, 

Çəməndə güllərin ağzı sulanar. 

Birçəyim qıvrılsa bu çəmən boyu, 

Kəməndə salaram o parlaq suyu. 

Lətif bədənimi etsəm aşikar,

Ağ badam içinin budlan sınar.

gümüş biləyim görünən zaman 

Yasəmən tər tökər utandığından. 

Dodağım şəkərə dadımlıq verər, 

Qulaqda halqalı bir quldur gövhər! 

Ağzım ki, çəkişdi Müştəri ilə,

Üzüyü qazanan keçirdi ələ.

Mənimlə bir cınaq çəksə gül, çiçək, 

"Apardım" sözünü unutsun gərək

254


.

378


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə