Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə


IV fəsil ETİBARNAMƏLƏRİN TƏSDİQ EDİLMƏSİ VƏ ONLARIN QÜVVƏDƏ OLMASINA XİTAM VERİLMƏSİ



Yüklə 0,53 Mb.
səhifə6/8
tarix05.03.2018
ölçüsü0,53 Mb.
#29926
növüQaydalar
1   2   3   4   5   6   7   8

IV fəsil
ETİBARNAMƏLƏRİN TƏSDİQ EDİLMƏSİ VƏ ONLARIN QÜVVƏDƏ OLMASINA XİTAM VERİLMƏSİ


75. Notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər.

Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.[54]

Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.

Etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, nümayəndənin və ya təmsil olunanın soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüququ şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi göstərilməlidir. Vəkillərin adına etibarnamələrdə vəkillərin iş yeri (hüquq məsləhətxanası) göstərilir.

Etibarnamənin qüvvədə olma müddəti sözlə yazılır.

76. Əgər əmlakın müəyyən müddətdə özgəninkiləşdirilməsinə qadağan qoyulmuşsa, həmin müddət başa çatmamış bu əmlakın özgəninkiləşdirilməsi üçün etibarnamə təsdiq edə bilməz.

77. Nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsi üçün verilən etibarnamələr təsdiq edilərkən etibar edilən şəxsin sürücülük vəsiqəsinin surəti etibarnamənin notariusda saxlanılan nüsxəsinə əlavə edilir və ya sürücülük vəsiqəsi haqqında məlumatlar (nömrəsi, verildiyi tarix, onu vermiş orqanın adı, dərəcəsi, qüvvədə olma müddəti) həmin nüsxədə qeyd edilir.

Etibarnamənin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz. Notarius həmçinin etibar edilən şəxsin sürücülük vəsiqəsi əsasında etibar edilmiş nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq dərəcəyə malik olub-olmamasını yoxlamalıdır.

Əgər etibar edilən yol hərəkəti qaydalarını pozduğuna görə onun sürücülük vəsiqəsi alınaraq əvəzinə müvəqqəti icazə vərəqəsi verilmişsə, nəqliyyat vasitəsindən istifadə edilməsi üçün verilən etibarnamənin müddəti müvəqqəti icazə vərəqəsinin qüvvədə olduğu müddətdən artıq ola bilməz.

78. Əgər nəqliyyat vasitələrinə MDB dövlətlərində və ya digər xarici dövlətlərdə hüquq müəyyənedici sənəd (texniki pasport, qeydiyyat şəhadətnaməsi və ya vəsiqəsi) verilmişsə, həmin nəqliyyat vasitələrinə yalnız nəqliyyat vasitəsindən istifadə edilməsi üçün etibarnamə verilə bilər, bir şərtlə ki, nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində müvəqqəti qeydiyyata götürülsün.

Əgər nəqliyyat vasitəçinin hüquq müəyyənedici sənədi müəyyən müddətə verilmişsə, həmin nəqliyyat vasitəsinə etibarnamə bu müddətdən artıq müddətə verilə bilməz.

79. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilən etibarnamə etibar edilmişi başqasına etibaretmə hüququ şərtləşdirilmiş əsas etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafeyinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar təqdim etdikdə notariat qaydasında təsdiq edilir.

Etibar edilmiş başqasına etibaretmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibarnamə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.

Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamədə əsas etibarnamənin təsdiq olunduğu vaxt və yer, əsas etibarnamənin verildiyi şəxsin və onun öz səlahiyyətini etibar etdiyi şəxsin soyadı, adı, atasının adı və yaşadığı yer, lazımi hallarda isə onların vəzifəsi göstərilməlidir.

Əsas etibarnamədə etibar edilmişi başqasına etibaretmə haqqında qeyd yazılır. Əsas etibarnamənin surəti etibarnamənin notariat kontorunda saxlanılan nüsxəsinə əlavə olunur.

Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.


V fəsil
MİRAS ƏMLAKIN QORUNMASI ÜÇÜN TƏDBİRLƏR GÖRÜLMƏSİ[55]


80. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notarius və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri zərurət olarsa, mirasın qorunması məqsədi ilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi halda da şamil edilir.[56]

81. Miras qoyanın əmlakı və ya əmlakın bir hissəsi vərəsəliyin açıldığı yerdən kənardadırsa, vərəsəliyin açıldığı yerdəki notarius əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında miras əmlakın olduğu yerdəki notariusa və ya rayon, şəhər, şəhər rayonu İcra Hakimiyyətinin nümayəndələrinə tapşırıq göndərir.

Miras əmlakın qorunması üçün tədbirlər görmüş notarius və rayon, şəhər, şəhər rayonu İcra Hakimiyyətinin nümayəndələri göstərilən tədbirlərin görüldüyü haqqında vərəsəliyin açıldığı yerdəki notariusa məlumat verirlər.

Habelə, əmlakın yerləşdiyi yerdəki notarius mirasın açıldığı yerdəki notariusa xəbər verməklə, mirasın qorunması üçün tədbirlər görə bilər.[57]

//çıxarılıb//[58]

82. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.

Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.

Müddətli xidmətdə olan hərbi qulluqçuların, habelə daimi yaşayış yerindən kənarda yerləşən təhsil müəssisələrində təhsil alan tələblərin ölümündən sonra vərəsəliyin açıldığı yer onların müddətli hərbi xidmətə çağırılanadək və ya müvafiq məktəbə daxil olanadək daimi yaşadıqları yer hesab edilir.

83. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.

Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.

84. Notarius mirasın qorunması üçün mirası siyahıya alır və bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün əmlak idarəçisini təyin edir.[59]

85. Notarius əmlak idarəçisini miras əmlakı israf etməyə, özgəninkiləşdirməyə, gizlətməyə və dəyişdirməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti və vurulan zərər üçün maddi məsuliyyət haqqında xəbərdarlıq edir, bu barədə onlardan iltizam alır. İltizam miras əmlakın siyahıyaalma aktında ifadə oluna bilər.[60]

86. Miras əmlak, //çıxarılıb// əmlak idarəçisinin, vəsiyyətnamənin icraçısının və azı iki şahidinin iştirakı ilə siyahıya alınır. [61]

Siyahıyaalma aktında miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizənin (məlumatın) daxil olduğu tarix, siyahıyaalmanın aparıldığı tarix, siyahıyaalmada iştirak edən şəxslərin soyadı, adı, atasının adı və ünvanı, miras qoyanın soyadı, adı, atasının adı, onun öldüyü tarix və siyahıya alınan əmlakın olduğu yer, notarius gələnədək mənzilin (binanın) möhürlənib-möhürlənmədiyi, əgər möhürlənmişsə-kim tərəfindən möhürləndiyi, plomb və ya möhürün qırılıb-qırılmadığı, əşyaların hər birinin qiyməti və köhnəlmə faizi göstərilməlidir. Siyahıya alınmış əşyalar pərakəndə qiymətlər üzrə (köhnəlməsi nəzərə alınmaqla) pərakəndə qiymətləri olmayan əşyalar isə səriştəli şəxslərin rəyinə əsasən qiymətləndirilir. Daşınmaz əmlak və nəqliyyat vasitələri bazar qiymətləri üzrə və ya inventarizasiya qiyməti üzrə qiymətləndirilir.[62]

Torpaq sahələri bazar qiymətləri ilə, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Torpaqların yeni normativ qiymətlərinin müəyyən edilməsi haqqında" qərarı ilə müəyyən olunmuş qiymətdən aşağı olmamaq şərti ilə qiymətləndirilir.

Müəssisələrin qiyməti onların son balans qiymətindən aşağı olmamaqla qiymətləndirilir.

Vərəsələr qoyulmuş qiymətlə razılaşmadıqda, qiymətləndirici dəvət edə bilərlər. Qiymətləndiricinin əməyinin haqqını vərəsələr ödəyirlər.

Aktın hər bir səhifəsində əşyaların (əmlakın) miqdarına və dəyərinə, siyahıyaalma başa çatdıqdan sonra isə onların ümumi miqdarına və dəyərinə yekun vurulur.[63]

Siyahıyaalma aktına ölənin mənzilindəki (binasındakı) bütün əmlak daxil edilir. Ayrı-ayrı əşyaların onlara məxsus olması haqqında qonşuların və digər şəxslərin məlumatı siyahıyaalma aktına daxil edilir, əlaqədar şəxslərə isə həmin əmlakın siyahıdan çıxarılması haqqında iddia ilə məhkəməyə müraciət etmək qaydası izah olunur.[64]

Əmlakın siyahıya alınması dayandırılarsa və ya bir neçə gün çəkərsə, hər dəfə mənzil (bina) notarius tərəfindən möhürlənir. Siyahıyaalmanın dayandırılması və davam etdirilməsi səbəbləri və vaxtı haqqında, habelə sonralar mənzili (binanı) açarkən plombun və ya möhürün vəziyyəti barədə siyahıyaalma aktında qeyd yazılır.

Aktın sonunda əmlak idarəçisinin soyadı, adı, atasının adı, anadan olduğu il, onun şəxsiyyətini təsdiq edən sənədin adı, nömrəsi, verilmə tarixi, sənədi vermiş idarənin adı, əmlak idarəçisinin yaşadığı yer göstərilir.[65]

Siyahıyaalma aktı azı 3 nüsxədə tərtib olunur ki, bunlardan da biri əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına) verilir, digəri vərəsəliyin açıldığı yer üzrə notariusa göndərilir, üçüncüsü isə aktı tərtib etmiş notariusda saxlanılır.[66]

Siyahıyaalma aktı notarius, əlaqədar şəxslər, hal şahidləri və əmlak idarəçisi və ya vəsiyyətnamə icraçısı tərəfindən imzalanır.[67]

87. Miras əmlakın qorunması üçün tədbirlər görülməsi mümkün deyildirsə (//çıxarılıb// miras qoyanla birgə yaşayan //çıxarılıb// şəxslər əmlakın siyahıya alınmasına etiraz edirlərsə, əmlakı siyahıya almaq üçün vermirlərsə, yaxud əmlak başqa yerə aparılmışsa və sairə) notarius akt tərtib edir və bu barədə əlaqədar şəxslərə, zəruri hallarda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, maliyyə orqanlarına və ya prokurora məlumat verir.[68]

Mirasın qorunması üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.[69]

(Çıxarılıb)[70]

88. Vərəsələr mirası qəbul edənədək, miras qəbul edilmədikdə isə dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək, notarius miras əmlakın tərkibindəki pul məbləğindən aşağıdakı xərclərin ödənilməsi haqqında sərəncam verir:

1) miras qoyanın xəstəliyi dövründə ona qulluq etməkdən ötrü sərf edilmiş, habelə miras qoyanın dəfnindən ötrü xərcləri ödəmək üçün;

2) miras qoyanın himayəsində olan şəxslərin saxlanılması üçün;

3) əmək qanunvericiliyindən irəli gələn və bunlara bərabər tutulan digər tələblərin ödənilməsi üçün;

4) miras əmlakın qorunması və idarə olunması, eləcə də mirasın açılması barədə vərəsələrə məlumat verilməsi üzrə xərclər üçün.[71]

Miras əmlakın tərkibində pul məbləği olmadıqda notarius bu bəndin birinci hissəsində göstərilən ehtiyacların ödənilməsinə sərf olunmuş faktiki xərclərin məbləğini aşmamaq şərti ilə miras əmlakdan şeylərin verilməsi barədə sərəncam verir.

89. Ölənin pul məbləği vərəsələrə verilənədək və ya miras əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlət mədaxilinə keçirilənədək bank idarəsində notariat kontorunun depozit hesabına təhvil verilir.

Sikkə, külçə şəklində və xam halında qızıl, gümüş, platin və platin qrupundan olan metallar (palladium, osmium, rodium, rutenium) xarici valyuta və xarici valyuta ilə yazılmış tədiyə sənədləri, emissiya və qeyri emissiya qiymətli kağızları (orderlər, veksellər, çeklər, istiqrazlar, səhmlər, əmtəə kağızları və sair), qiymətli materialdan, qiymətli daşlardan və mirvaridən hazırlanmış məlumat, habelə qiymətli daşlar və mirvari vərəsələrə verilənədək və ya miras əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlət mədaxilinə keçirilənədək saxlanılmaq üçün banka verilir.[72]

Minimum əmək haqqının 20 mislindən az məbləğdə olan qiymətli şeylər saxlanılmaq üçün miras əmlakın təyin olunmuş əmlak idarəçisinə verilir.

Notariusda sərvətlərin uçotu kitabı aparılır və burada yuxarıda göstərilən sərvətlər qeydə alınır.

Ölənin əmlakı tərkibində silah, o cümlədən ov tüfəngi olduqda, xüsusi siyahı üzrə polis orqanlarına saxlanılmaq üçün təhvil verilir.

Siyahıya alınmalı əmlakın tərkibində qiymətli əlyazmaları, ədəbi əsərlər, tarixi və ya elmi əhəmiyyəti olan məktublar olduqda, bu sənədlər ayrıca qorunması üçün əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına) verilir.[73]

90. Miras əmlakın qorunması miras qəbul edilənədək, miras //çıxarılıb// qəbul edilmədikdə isə qanunla mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlər bitənədək davam edir.[74]

(Çıxarılıb)[75]



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə