Novruz bayramı münasibətilə


Iştirakçılar: Baş çoban –



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix08.03.2023
ölçüsü0,64 Mb.
#102120
1   2   3   4   5   6   7   8   9
novruz2

Iştirakçılar: Baş çoban –
yapınçılı,əli dəyənəkli,köpəyi də yanında 
Soytarı
-tamaşanın aparıcı 
Baş çobanın köməkçiləri
-cavan igid çobanlar; 
Təkəoynadan
– ikinci soytarı,komik 
Yalançı pəhləvanlar –
qalib,məğlub,komiklər 
Rəqqaslar –
baş rəqqas,köməkçi rəqqas,tərəkəmə oğlan və
qızlar. 
Yeniyetmələr –
dəstəbaşı rəqs edənlər 
Bənək-
yeniyetmələrin köpəyi – (maskalı aktyor) rəqqas 
Qoyunlar, keçi, təkə, -
maskalı rəqqas aktyorlar 
Çəpişlər –
maskalı üç uşaq rəqqas 
Səhnə iştirakçıları
Geniş meydançada şən əhval-ruhiyyəli qızlar-gəlinlər, uşaqlar, yaşlılar yığışıb 
musiqi sədaları altında rəqslər edir.Bir dəstə yeniyetmə qız “Sayaçı mərasimi”
rəqsini ifa edir.Ortada baş rəqqas oxuyur: 


12 
Qara qaş, qara gözlər, 
Çoban qatığı üzlər 
Əli xınalı qızlar, 
Əllərində çanaqlar, 
Bərənin yolun gözlər 
Rəqs edən qızlardan biri baş rəqqasın ifa etdiyi musiqini davam etdirir: 
Sürünü döndər çoban 
Qulançardan dər,çoban! 
Özün topla,özün ye, 
Bizə də göndər çoban 
Başqa birisi: 

Yapıncına gir, çoban, 


Könlümü dindir çoban! 
Özün çal,özün çağır, 
Dağlar sənindir çoban! 
Rəqs bitir. Ardınca meydançaya Bənək-çoban iti maskasında aktyor rəqqas 
daxil olur. Yeniyetmələr bənəyi dövrəyə alır,yeni musiqinin müşayəti ilə onu 
oynadırlar: 
Xor: 
Bənək ha,a Bənək ha. 
Bənək ha,a Bənək ha! 
Dəstəbaşı:
Səhər ertə yel əsdi
O yel səbrimi kəsdi. 
Xor:
Bənək ha,a Bənək ha. 
Bənək ha,a Bənək ha! 
Dəstəbaşı:
Suyun bulaqda qaldı 

Yalın yalaqda qaldı 


Xor:
Bənək ha,a Bənək ha. 
Bənək ha,a Bənək ha! 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə