Novruz bayramı münasibətilə


Dəstəbaşı:  Ellər arana köçdü,  Harayladı gəlmədin.  Çoban yaylaqda qaldı.  Xor



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix08.03.2023
ölçüsü0,64 Mb.
#102120
1   2   3   4   5   6   7   8   9
novruz2

Dəstəbaşı: 
Ellər arana köçdü, 
Harayladı gəlmədin. 
Çoban yaylaqda qaldı. 
Xor :
Bənək ha,a Bənək ha. 
Bənək ha,a Bənək ha! 
Oyun bitir.Yeniyetmələr və bənək meydanı tərk edirlr.Bu vaxt diringi(güləş) 
musiqi sədaları altında meydançaya yalançı pəhləvanlar daxil olur. Əvvəlcə onlar 
qurşaq tutub meydan sulayırlar. Bayaqkı yeniyetmələrsə irəli çıxıb onları güləşə 
həvəsləndirirlər. Qalib gələn yalançı pəhləvan özünü öyür: 
Qalib gələn yalançı pəhləvan: 
Sən heç bilirsən kimiynən qurşaq tutursan? 
Məğlub yalançı pəhləvan: 
Kimiynən qurşaq tuturam? 


13 
Qalib gələn yalançı pəhləvan: (
qürrələnrək
)
Sən canavarla tutaşan çobanla 
Məğlub yalançı pəhləvan(
güya ondan qorxur

Vay dədə vay!Mən heç 
bilməmişəm.Canavarla necə qurşaq tutubsan? Bir danış görək? 
Qalib gələn yalançı pəhləvan:
Deyirsən şücaətimdən danışım hə? 
Məğlub yalançı pəhləvan:
(Onu itələyərək) Utanma keç başına gələni 
danış.(Arxadan səslər) Danış,danış! 
Qalib gələn y.p:
Danış deyirsiz, danışım da. 
Qalib gələn y.p: 
(Qorxulu bir əhvalat danışırmış kimi) Hə.Günlərin bir günü 
mən idim, Boz köpək idi birdə sürünün ağsaqqalı Kosa təkə idi.Üçümüz də qaya 
üstündə oturub sürünü otarırdıq. (heyrətlə) Bir də nə görsək yaxşıdır? 
Dinləyicilərdən biri:
Yəqin dovşan! 
Başqa dinləyici: 
Yox canım, yəqin tülkü! 
Qalib gələn y.p. 
(hər ikisinə hirslənərək) Yox canım... Bəlkə uzunquyruqlu 
siçovul! Kəsin səsinizi. Nə dovşan, nə tülkü (işarə ilə) zırpı bir canavar. 
Məğlub y. p.
Vay dədə vay! Bəs sən ona neylədin? 
Qalib gələn y.p.
Heç nə. Yanımda mürgüləyən boz köpəyə dedim: - Dur 
canavarı qat qabağına qov getsin. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə