Novruz bayramı münasibətilə



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix08.03.2023
ölçüsü0,64 Mb.
#102120
1   2   3   4   5   6   7   8   9
novruz2

Ruhumuzu oyadan bayram

 
 
 
 



Sərgidə yer alan “Novruz Azərbaycanın xalq bayramı” kitabının kitabxanaçı 
tərəfindən oxuculara əyani icmalı verilə bilər. Kitabın hərtərəfli mövzunu əhatə 
etməsi, müxtəlif novruz ayinlərinin necə icra edilməsi, ta qədimdən indiyə qədər 
nənələrimizin dilindən söylənən novruz deyimləri, şəbeh tamaşaları, novruz 
tamaşalarından ən geniş yayılan tamaşalar sayılan “Zorxanalar” müxtəlif 
kəndirbazların çıxışları və s. geniş əhatəli şəkildə kitabda verilməsi oxucuda maraq 
oyadır. 
Sərgi rəflərinin birində hər il Azərbaycan Prezidentinin iştirakı ilə Bakının 
mərkəzi küçələrinin birində keçirilən novruz şənlikləri haqqında kitablarda və 
qəzet materiallarından yığılmış materialları verə bilərik. Bundan başqa novruz 
milli bayram olduğundan milli dəyərlərimizi əks etdirən “Novruz ümummilli 
bayramımız ”adlı rəsmlərdən, müxtəlif əl işlərindən ibarət və yaxud “Novruz
bayramının süfrəsi” başlığı altında masa üzərində sərgilər təşkil edə bilərik. 
Məktəbəqədər yaşılı oxucular üçün kitabxanaçı tərəfindən novruz bayramı 
ilə bağlı şifahi xalq ədəbiyyatı nümunələrimizdən, yazıçı və şairlərimizin 
əsərlərindən səhərciklər və ucadan oxular təşkil etmək münasib olar. Məlum 
olduğu kimi səhərciklərin təşkili kitabxada daha səmərəli nəticələr verir. Yazın 
gəlişini təsvir edən İlyas baba və Novruzla Yazgülün əhvalatını uşaqlara səhnəcik 
şəklində hazırlamaq olar. Əvvəlcədən kitabxanaçı tərəfindən məktəbin aşağı sinif 
şagirdlərinin müəllimləri ilə əlaqə yaradılır. Məktəblilərə müxtəlif şerlər və 
materiallar seçilir. Müəllimlə əlaqə saxlanır ki, hazırlaşmaq üçün uşaqlara lazimi 
materialları paylasın. 1-4-cü sinif şagirdləri ilə əsasən hazırlanan səhərcikdə 
müəllimə hazırlanacaq materialla uşaqları tanış edir. Sonra kitabxanaçı söhbətə 
başıayır: “Yer üzündə yaşayan bir çox xalqların, eyni zamanda Azərbaycan 
xalqının milli bayramı olan Novruzda uşaqları yaddan çıxarmaq olmaz. Səbəbi 
odur ki, malik olduğumuz milli dəyərlərimizi gələcəkdə uşaqlar yaşadacaqdır. 
Məşhur “İlyas baba və onun nəvələri”, “Novruzla Yazgülün başına gələn 
əhvalatlar” min illər boyu Novruz çərşənbələrində sevə-sevə təkrarlanır. Bu qədim 
rəvayət haqqında kitabxanaçı söhbəti uşaqalarla birlikdə davam etdirir. 
Kiçik yaşlı oxucular arsında isə novruz personajları ilə bağlı sual cavab və 
yaxud viktorina keçirmək daha maraqlı olar. Çünki oxucuların biliklərinin üzə 
çıxarılması üçün bu tədbirlərin keçirilməsi daha da əlverişlidir. Bununla 
kitabxanaçı onların oxumağa bilik qazanmağa həvəsini daha da artırmış olar. 
Aşağıdakı suallardan kitabxanaçılar istifadə edə bilərlər: 
1.
Kim Novruzun əsas personajlarinı sayar? 
Cavab:Səməni, Keçəl, Kosa 
2.
Bəs baharın ilk müjdəçisi nədir? 
Cavab: Qaranquş. 



3.
Novruzun neçə çərşənbəsi var? 
Cavab: dörd 
4. Novruzun ilk çərşənbəsi hansıdır? 
Cavab:su 
5.Od çərşənbəsi novruzun neçənci çərşənbəsi sayılır? 
Cavab: ikinci 
6. Nə üçün torpaq çərşənbəsi sonuncu olur? 
Cavab: Çünki 4-cü çərşənbədə torpaq oyanmağa başlayır. 
Viktorinada Keçələ Kosanı səhnəyə dəvət edilir. Kosa əlində rəngli bayram 
yumurtaları dolu səbəti ilə iştirakçılara yaxınlaşaraq onlara yumurta döyüşdürür. 
Sonda qalib olan iştirakçı Kosanın yumurtasını alır.
Kökü hələ Kitabi Dədə Qorqud erasına gedib çıxan Novruza tarixən 
qadağalar qoyulsada bu bayram bu gün də öz adət ənənələri bir sıra türkdilli xalq 
və dövlətlərdə təntənə ilə qeyd edilir. Bunlar Azərbaycan, Türkiyə, Türkmənistan, 
İnqusetiya, Qaraçay, Kabardi-Balkar, Dağıstan, Çeçenistan, Tuva Altay və s. Milli 
adət ənələrimizi çatdırmaq üçün əsasən milli geyimli oxucularla hazirlanmış 
səhnələri təqdim etmək olar. Aparıcılar səhnəyə daxil olurlar:
I aparıcı:

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə