Novruz bayramı münasibətilə


Məişətimizdə dərin tarixi köklərə malik Novruz adət-ənənələri  bu gün də yaşayan əbədiyaşar bir kitabdır.  II aparıcı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix08.03.2023
ölçüsü0,64 Mb.
#102120
1   2   3   4   5   6   7   8   9
novruz2

 
Məişətimizdə dərin tarixi köklərə malik Novruz adət-ənənələri 
bu gün də yaşayan əbədiyaşar bir kitabdır. 
II aparıcı:
 
Novruz adlı əbədiyaşar bu kitabın müəllifi isə Azərbaycan 
xalqının yaratdığı “Qobustan rəsmləri”, “Kitabi Dədə Qorqud” 
adlı möhtəşəm söz abidələridir. 
I aparıcı: 
Tarixi minilliklərə qədər gedib çıxan bu bayramın nə bir sözü nə 
bir adət-ənənəsi yazıya alınıb. Ağızdan-ağıza yaşayaraq bu 
bayramın öz nəğmələri, adət-ənənələri, mərasimləri, oyunları
bu günümüzə qədər gəlib çatmışdır. 
II aparıcı: 
Bu örnəklərdən əkin nəğmələri,sayaçı sözlər, sağın nəğmələri, 
xıdır nəğmələri və s. bu gun də sevilərək yaşamaqdadır. Hələ 
uşaq yaşlarımızdan hər birimizin sevə sevə əzbərlədiyimiz: 
Gəl, gəl a yaz günləri! 
İlin əziz günləri! 
Dağda ərit qarları, 
Bağda ərit qarları. 
Çaylar axıb sel olsun,
Taxıllar tel-tel olsun. 
Ağaclar açsın çiçək, 
Yarpağı ləçək-ləçək. 
Misralarında müəllif yazın gəlişini hərtərəfli təsvir etmişdir. 
Məişətimizə istilik- xeyir bərəkət rəmzi kimi daxil olan yaz fəsli 



gəlişi ilə hər bir evə sevinc, ruzi bərəkət gətirir. Canlanan təbiət 
sanki qış libasını atıb daha əlvan,göz oxşayan bir geyimə 
bürünür. Təzəcə qarı əriməyə başlayan dağ yamaclarında, qarın 
altından baş qaldıran novruzgülü, bənövşə, ağ, qırmızı, sarı 
rəngli adı bilinməyən güllər, soyuq ölkələrdən dəstə-dəstə uçub 
gələn qaranquşlar baharın müjdəçilərindən hesab olunur. 
I aparıcı:
 
Bahar bayramının əsas atributları çərşənbələrdir. Bu çərşənbələr
7 olmaqla ilk 3 çərşənbə yalançı sayılır və belə sıralanır. 
Hər bir çərşənbəni - su, od, yel, torpaq çərşənbəsini bir 
oxucu təmsil edir. 
I oxucu (Su çərşənbəsi) : Üç oğru çərşənbədən sonra özünü yetirən su çərşənbəsi 
sanki yazın tumurcuğudur. Həm inama, həmdə təbii əsasa görə 
yazın ilk oyanışı sudan başlayır. Dağları dərələri bürüyən qarın 
canına isinti gəlir. Bu çərşənbədə sübh tezdən suyun qırağına 
gəlib dua edən, qəlbində niyyət tutan,dərdini suya danışan insan 
yüngülləşir. Su elə müqəddəsdir ki axır çərşənbə çaylar dayanıb 
axmır,ağaclar baş əyib alnını suya söykəyir. 

Qışda sülhü buz ilən... 


Yazda salar dava su. 
Dillənməyir söz ilən. 
Çəkir ağlar nəva su. 
II oxucu (Od çərşənbəsi):Novruzun ikinci çərşənbəsi Od-atəş çərşənbəsi sayılır. 
Od yerə nəfəs verir,isidir,qışda donmuş torpaqların donunu 
açır. Od çərşənbəsindədə su çərşənbəsindəki kimi tonqal 
qalayar, məşəllər alışdırar, şamlar yandırarlar. Uşaqlar, 
böyüklər, qızlar, oğlanlar tonqal ətrafında halay vuraraq, rəqs 
edər, mahnı oxuyar, “ağırlığım uğurluğum odda yansın” 
deyərək tonqal ətrafından tullanarlar. Su kimi od da insanları 
təmizə çıxarıb, şaxtadan qorumuş, ölməyə qoymamışdır. 
III oxucu:
 
Yel çərşənbəsi – su, od və torpağın bir-biri ilə dil tapması 
havanı yaratdı. Bu həyat amillərindəndir. İnsan bir neçə gün 
susuz yaşaya bilər, torpaqdan ayrılıb təyyarələrdə havaya qalxa 
bilər, lakin 1 neçə dəqiqə havasız yaşaya bilməz. İnanclara görə 
Yel baba ilə Əkinçi baba qardaş imişlər. Bahar gələndə onlar 
tarlanı birlikdə əkərmişlər. Bundan sonra tarladakı bütün işlərə 
Əkinçi baba cavabdeh imiş. O, məhsula su verər, ot-alaqdan 
təmizləyər, becərər, yetişəndə də biçib xırmana gətirərmiş. Arpa 
buğdanın dənini küləşdən ayırmaq isə Yel babanın işi imiş. Bir 
kərə yenə adamlar arpa buğdanı döyüb gözləyirlər ki, Yel baba 



gəlib onu sovursun. Amma Yel baba gəlib çıxmır ki, çıxmır. 
Səbri tükənmiş adamlar taxılı özləri sovurmağa başlayır və
Yel baba,amana gəl, 
Dolanıb xırmana gəl, 
Bir bəhanə yoxdursa 
Xəlbirə, samana gəl 
A Yel baba, Yel baba 
Saman sənin, dən mənim 
Ləçəyi mindər-mindər
Yonunu döndərmirsən 
Mehini bizə göndər 
A Yel baba, Yel baba 
deyə oxuyarmışlar. Elə bu vaxt gəlib xırmana yetişən Yel baba 
eşitdiyi sözlərdən inciyib geri dönür. Adamlar öz əməllərindən 
peşman olurlar. Hamı Yel babanı səsləyir və oxuyurlar: 
A Yel baba,Yel baba 
Qurban sənə gəl baba! 
Taxılımız yerdə qaldı 
A Yel baba,Yel baba... 
Bu nəğmə Yel babanın xoşuna gəlir. Geri qayıdıb xırmandakı 
buğdanı arpanı sovurub, samandan ayırır. 
IV oxucu: 
Torpaq çərşənbəsində inanca görə su ilə odun torpağa 
qovuşması torpağın canını açır, torpağı yumşaldır. İnsanın, 
bütün canlı varlıqların həyatında su və odla yanaşı, torpağın da 
çox böyük əhəmiyyəti danılmazdır. Su ana, od atadırsa torpaq 
varlığın özüdür. 
I aparıcı:
 
Beləcə Novruz adət, ənənə və mərasimlərində məntiqi olmayan 
heç nə yoxdur. Sanki bütün pisliklər suda batmış, odda yanmış, 
küləklə sovrulmuş, torpaqda çürümüşdür. Ədəbiyyatımızın bir 
çox janrlarında bahar fəsli daha çox müraciət edilən 
mövzulardandır. Aşıq ədəbiyyatı nümayəndələrindən Qurbani
Abbas Tufarqanlı, Xəstə Qasım, Qaracaoğlan, Aşıq Alı, Aşıq 
Hüseyn Aşıq Musa, Aşıq Ələsgər və başqalarını göstərmək olar. 
Aşıq Şakirin “Bahar fəsli yaz ayları gələndə”şeri oxucunun dilindən 
söylənilir. 


10 
II aparıcı:
 
Böyük Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”, 
Balaş Azəroğlunun “Əziz gün” şerində də Novruz bayramı və 
onun adətləri öz poetik əksini tapmışdır. 
Səhnəyə oxucular daxil olur. 
I oxucu:

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə