Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə50/91
tarix14.06.2018
ölçüsü3,17 Mb.
#48877
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   91

Nöqtələr


●Qurani-Kərimdə bir neçə şey “libas” adlandırılır. Məsələn: gecə1; həyat yoldaşı2; təqva3.

●“Səbt” dedikdə işin dayandırılması nəzərdə tutulur. İşdən sonra istirahət də “səbt” adlandırılır.4 “Nəşr” sözündən olan “nuşur” sözü insanların gündüz iş ardınca yola düşməsi mənasını bildirir.


Bildirişlər


1. Gecə-gündüzün hərəkəti təsadüfi deyil, bu hərəkətdə hikmətli məqsədlər və proqramlar mövcuddur.

2. Gecənin düşməsi bəşəriyyət üçün ilahi bir nemətdir.

3. Yuxu və oyaq vaxtımızı təbiətlə uyğunlaşdıraq. Qaranlıq və sükut insanın rahatlığına müsbət təsir göstərir. Əksinə, insanın səy və hərəkətinə nur müsbət təsir edir.

4. Libas bədəni qoruduğu kimi, gecə də sağlamlığı hifz edir.

5. Gecə-gündüzün dəyişməsi, gecə istirahət, gündüz səy Allahın rübubiyyət nişanəsidir.

Ayə 48:


﴿وَهُوَ الَّذِي أَرْسَلَ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ وَأَنزَلْنَا مِنَ السَّمَاء مَاء طَهُورًا﴾

Küləkləri rəhmətindən öncə bir müjdə göndərən Odur. Səmadan paklayan su göndərdik (ki,)”



Ayə 49:


﴿لِنُحْيِيَ بِهِ بَلْدَةً مَّيْتًا وَنُسْقِيَهُ مِمَّا خَلَقْنَا أَنْعَامًا وَأَنَاسِيَّ كَثِيرًا﴾

Onun vasitəsi ilə ölü torpağı dirildək və ondan dördayaqlılara və bir çox insanlara içirək.”



Nöqtələr


●“Təhur” dedikdə həm özü çox pak olan, həm də pakedici şey nəzərdə tutulur. “Bələd” sözü yer mənasını bildirir. Bu yer həm şəhər, həm kənd, həm əkin sahəsi ola bilər. Əraf” surəsinin 58-ci ayəsində bildirilir ki, yaxşı yer öz Rəbbinin izni ilə otunu cücərdir. Aydın məsələdir ki, otun cücərməsi şəhərə aid səciyyə deyil. “Ənasiyy” sözü insanlar mənasını bildirir.

●“Bələd” sözü ilə “bəldət” sözü eyni məna bildirdiyindən onu vəsf edərkən “məytən” sözündən istifadə olunmuşdur.1

●Sudan istifadədə ən böyük pay əkinçiliyə düşür. Daha sonra heyvanlar sudan çox istifadə edir. Sudan istifadə payına görə insan 3-cü yerdə dayanır. Buna görə də ayədə öncə əkinçilikdən, sonra heyvanatdan və nəhayət insandan danışılır.

●Küləyin bir çox faydaları var. Külək havaya lətafət verir, buludları hərəkətə gətirir, istiliyi azaldır, bitkiləri bar-bəhrəyə çatdırır.


Bildirişlər


1. Küləklər Allahın iradəsi ilə hərəkət edir.

2. Küləyin müxtəlif növləri var, bəzi küləklər yağışla müşayiət olunur.

3. Yağış Allahın iradəsi ilə buludlardan nazil olur.

4. Su həm özü pakdır, həm də pakedicidir. O insan cismini və digər əşyaları paka çıxarır, dəstəmaz və qüsldə insan ruhunun paklığına səbəb olur.

5. Bəşər həyatı bitkilərdən və heyvanlardan asılıdır. (Torpağın oyanışı və heyvanların sirab edilməsi məsələsi insanın sirab olunmasından öncə qeyd olunur.)

6. Allahın işləri təbii vasitələrlə gerçəkləşir.


Ayə 50:


﴿وَلَقَدْ صَرَّفْنَاهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا فَأَبَى أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا﴾

Həqiqətən, Biz (Quran ayələri və ya buludla yağışı) onların arasında paylaşdırdıq ki, bəlkə Allahı yada salalar. Amma insanların əksəri boyun qaçırıb nankor oldu.”



Nöqtələr


●Ola bilsin ki, “təsrif” dedikdə yağışın hərəkəti və ötürülməsi nəzərdə tutulur. Yəni yağış ardıcıl və pərakəndə şəkildə göndərildi. O bəzən narın, bəzən leysan şəklində yağdı. Bütün bu rəngarənglik və dəyişikliklər düşüncə və qədirdanlıq üçündür. Çox əfsus ki...

“Aralarında paylaşdırdıq” deyərkən Quran ayələrinin təkrarı və müxtəlif növ bəyanlar nəzərdə tutula bilər. Quranda tez-tez bu məna ilə rastlaşmaq olar.


Bildirişlər


1. Xatırlatma ardıcıl və rəngarəng olmalıdır.

2. Quran hidayət kitabıdır, təkrar və xəbərdarlıq hidayət şərtidir.

3. Nemətləri yada salmaq nemətə görə şükürdür. Nemətlərdən qəflət onlara qarşı nankorluqdur.

4. Nemətə görə şükür edən azdır.


Ayə 51:


﴿وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِي كُلِّ قَرْيَةٍ نَذِيرًا﴾

Əgər istəsəydik hər məntəqəyə (peyğəmbər və) xəbərdarlıq edən şəxs göndərərdik. (Bu yolla sənin işin yüngülləşərdi, amma buna ehtiyac yoxdur.)”



Nöqtələr


●Bu ayə bir növ İslam Peyğəmbərinin (s) son peyğəmbər olmasını və İslam məktəbinin əhatəliliyini bəyan edir. Buyurulur ki, səninlə birlikdə heç bir peyğəmbər göndərilməyib; çünki sənin məktəbində və özündə bütün cəmiyyəti idarə etmək gücü var və başqasına ehtiyac yoxdur. Məlum olur ki, Peyğəmbər (s) uca məqamda olduğundan onun gəlişi ilə peyğəmbərlik silsiləsi başa çatır.

Bildirişlər


1. Hər bir ümmətin rəhbərə ehtiyacı olsa da,1 hər məntəqədə bir peyğəmbər olması ümmətə rəhbərlikdə vəhdət üçün zərbə olar.

2. Peyğəmbər müqavilə və seçim əsasında təyin olunmur, Allah tərəfindən seçilir.


Ayə 52:


﴿فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُم بِهِ جِهَادًا كَبِيرًا﴾

Kafirlərə itaət etmə, onlara qarşı Quran vasitəsi ilə böyük cihada başla.”



Nöqtələr


●Kafirlərlə rəftarın bir neçə mərhələsi var: öncə onlara tabe olmamaq, ikincisi, mübarizə və cihad. Cihad və mübarizənin də bir neçə qismi var: qılıncla aparılan kiçik cihad, Quran məntiqi ilə, düşmənlərin şübhələrinə cavab verməklə aparılan elmi, böyük cihad.

Bildirişlər


1. Kafirlərlə saziş qadağandır. (Kafirlərin istənilən azğın təkliflərini qətiyyətlə rədd edin.)

2. Kafirlər qarşısında o zaman müstəqil və güclü ola bilərsiniz ki, mərkəzləşəsiniz. İndi rəhbərlik bir peyğəmbərin vücudunda mərkəzləşmişdir və siz güclüsünüz. Beləsə, sazişə girməyin.

3. Kafirlərə itaət etməmək bəs deyil, cihad da lazımdır. Bu cihad böyük və hərtərəfli olmalıdır.

4. Mənfi mübarizə (itaət etməmək) mübarizə üsullarından biridir. (Kafirlərə itaəti tərk etməklə onlarla vuruş.)

5. Quran İslam düşmənlərinə qarşı ən üstün elmi-mədəni cihad vasitəsidir.

6. Düşmənləriniz ideoloji və mədəni hücumlar üçün səy göstərirlər. Siz də işsiz qalmayın.

7. Küfr və şirkə qarşı elmi və məntiqi cihad ən böyük cihaddır.

Ayə 53:


﴿وَهُوَ الَّذِي مَرَجَ الْبَحْرَيْنِ هَذَا عَذْبٌ فُرَاتٌ وَهَذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَّحْجُورًا﴾

Biri şirin və dadlı, o biri şor və acı iki dəryanı qovuşduran və onlar arasında həmişə ayrı qalmaları üçün səd qoyan Odur.”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə