Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə52/91
tarix14.06.2018
ölçüsü3,17 Mb.
#48877
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   91

Nöqtələr


●Dünyanın altı gündə yaradılması ilə bağlı ayələrdə altı dəfə məlumat verilir. Altı gün dedikdə ya altı mərhələ, ya da təbii altı günə bərabər müddət nəzərdə tutulur. Mövləvi deyir:
Tədricən yarandı gördüyün hər nə,

Altı gün içində gəldi ərsəyə.

Yoxsa ki, desəydi «olo Yaradan,

Yarada bilərdi yüzlərlə cavan.

Bu tədricilikdə öyüd var sənə:

Səbirlə düz iş gör, yol vermə qəmə.
●İslam leksikonunda “ərş” dedikdə yaranışa rəhbərlik və tədbir mərkəzi nəzərdə tutulur. “Ərşə hakim olmaq” dedikdə ilahi hökm və tədbir nəzərdə tutulur.1

●İlahi rəhmət hər şeyi əhatə etmişdir:

1. Kainatın nizamı, aləmin yaranışı rəhmət əsasındadır;

2. İnsanın yaranış nizamı rəhmət əsasındadır.2

3. Şəriət nizamı və qanunçuluq rəhmət əsasındadır.3

4. Qiyamət və hesab-kitab nizamı rəhmət əsasındadır.4


Bildirişlər


1. Varlıq aləminin yaranışı tədricən gerçəkləşmişdir.

2. Allah aləmi yaratmışdır, həm də ona tam hakimdir.

3. Varlıq aləmi ilahi rəhmət əsasında idarə olunur.

4. Elə bir şəxsdən bir şey istəyin ki, rəhmət əhli olsun.

5. Soruşmaq ayıb deyil, bilməmək ayıbdır.

6. İlahi maarif əldə etmək üçün mütəxəssisə müraciət olunmalıdır.


Ayə 60:


﴿وَإِذَا قِيلَ لَهُمُ اسْجُدُوا لِلرَّحْمَنِ قَالُوا وَمَا الرَّحْمَنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًا﴾

Onlara «Rəhmana səcdə edin söyləndikdə deyərlər: «Rəhman nədir? Yoxsa sənin əmr etdiyin şeyə səcdə edək (Bu dəvət) onların nifrətlərini artırar.”



Nöqtələr


●Ayədə “ma” sözü iki dəfə işlədilmişdir və hər iki halda cansız cisim nəzərdə tutulmuşdur. Kafirlər bu təbiri işlətməklə Allahın müqəddəs zatını alçaltmaq istəyirdilər. Onlar “Rəhman kimdir?” əvəzinə “Rəhman nədir?” deyə soruşurdular.

●“Rəhman” sözü daimi, sonsuz rəhmət rəmzidir və Allaha məxsus sifətlərdəndir.5


Bildirişlər


1. Səcdə allahpərəstliyin izharı, tövhid dinlərinin ruhudur.

2. Yaxşılığa əmr edərkən (əmr be məruf) dəlil göstərin. (Səcdənin dəlili Allahın geniş rəhmətidir.)

3. Küfr və inadkarlıq səbəbindən nəinki peyğəmbərin dəvəti təsirsiz qalır, hətta bu dəvət kafirlərin haqq sözə qarşı nifrətlərini artırır.

Ayə 61:


﴿تَبَارَكَ الَّذِي جَعَلَ فِي السَّمَاء بُرُوجًا وَجَعَلَ فِيهَا سِرَاجًا وَقَمَرًا مُّنِيرًا﴾

Səmada bürclər qərar verən, onda günəş və nurlu ay yaradan kəs mübarək və ucadır.”


Nöqtələr


●“Təbarəkə” sözü yalnız keçmiş zamanda işlədilmiş və bu surədə ondan üç dəfə istifadə olunmuşdur. Deyildiyi kimi, bu söz ya “bərək” sözündən olub sabit, ya da “bərəkət” sözündən olub, çoxlu xeyir mənasını bildirir.

●İmam Baqirin (ə) buyurduğuna əsasən, “buruc “ dedikdə ulduzlar nəzərdə tutulmuşdur.1

●“Sirac” sözü günəş mənasını bildirir. Günəşin nuru özündəndir. Nuru özündən olmayan parlaq şeylər “munir” adlanır.2

Bildirişlər


1. Ulduzların, günəşin və ayın yaranışı ilahi bərəkət cilvələrindəndir.

Ayə 62:


﴿وَهُوَ الَّذِي جَعَلَ اللَّيْلَ وَالنَّهَارَ خِلْفَةً لِّمَنْ أَرَادَ أَن يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُورًا﴾

İbrət götürmək və ya şükür etmək istəyənlər üçün gecə və gündüzü bir-biri ilə əvəzləyən Odur.”



Nöqtələr


●“Xilafət” sözü iki şeyin bir-birini əvəz etməsi mənasını bildirir.3

●İmam Sadiq (ə) buyurur: “Gecə nafilə namazlarından ötürdüyünü gündüz yerinə yetirə bilərsən.” Sonra imam (ə) hazırkı ayəni tilavət etdi.4

●Varlığa hakim nizamdan tövhid dərsi almaq öz istəyinizdən asılıdır. Bir çox insanlar bütün ömürlərini təbiət hadisələrinin araşdırılmasına sərf etsələr də, ibrət götürmək məqsədləri olmadığından əliboş qalırlar. Belələri bir ömür güzgü (ayna) satmaqla məşğul olub öz üst-başlarını səliqəyə salmayan şəxslər kimidirlər. Halbuki yoldan ötən hər bir şəxs həmin güzgüyə bir nəzər salmaqla özünü səliqəyə sala bilər. Demək, təkcə baxmaq bəs etmir. İnsanda islah, tərbiyələnmə istəyi də olmalıdır. Deyilənlərdən aydın olur ki, nə üçün bəzi təbiət alimləri bir ömür araşdırma apardıqları halda Allahı tanımırlar. Çünki onlar Allahı tanımaq məqsədi ilə addım atmamışlar. Bəli, ömür boyu nərdivan düzəldib, bir dəfə də olsun onun vasitəsilə yuxarı çıxmayan ustalar var.

Bildirişlər


1. İnsanın istək və iradəsi onun inkişafı üçün zəmindir.

2. İnsan ixtiyar verilmiş bir mövcuddur.

3. İnsan bir xəbərdarlıqla oyanan fitrətə malikdir. (Xatırlatmaq o zaman lazım gəlir ki, insan bildiyi bir şeyi unutmuş olsun.)

4. Həm tanışlıq, həm də əməl və şükür üçün istək lazımdır.

5. Gecə və gündüz şükrə layiq nemətdir.

6. Allah zikri o zaman səmərə verir ki, agahlıq və bəsirət əsasında olsun.


Ayə 63:


﴿وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا﴾

Yer üzündə təkəbbürsüz gəzən, cahillər (pis sözlərlə) xitab etdikdə mülayimliklə cavab verən kəslər Rəhman Allahın bəndələridirlər.”


Ayə 64:


﴿وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا﴾

Onlar Rəbləri üçün səcdə və farağat halda gecəni oyaq qalırlar.”


Nöqtələr


●Bu ayədə Allah bəndələrinin on iki sifəti bəyan olunur. Onlardan bəzisi etiqadi, bəzisi ictimai, bəzisi isə əxlaqidir.

●Ola bilsin ki, “məşy”–«yer üzündə aram hərəkət» dedikdə, təkcə yolda yerimək qaydası nəzərdə tutulmamışdır. Uyğun söz orta (nə ifrat, nə də təfrit) həyat tərzinə işarə ola bilər.

●“Həvn” dedikdə həm təvazö və mülayimlik, həm də qəlb aramlığı və vüqar mənaları nəzərdə tutulur.

İmam Sadiq (ə) buyurur: “Həvnən” dedikdə Allahın yaratdığı fitrət əsasında, həmin ruhiyyəyə uyğun yaşayış nəzərdə tutulur. Yəni Allah bəndələri özlərini sıxıntıya, əzab-əziyyətə sürükləmirlər.”1

●Burada “səlam” sözü nadanlığa qarşı mülayim rəftarı göstərir. Həzrət İbrahim (ə) buyurdu: “Xudahafiz, tezliklə Allah dərgahından sənin üçün bağışlanma diləyəcəyəm.”2

“Bəytutə” sözü bütün gecəni və ya onun bir hissəsini oyaq qalmaq mənasını bildirir. Necə ki, həcc mərasimi əməllərindən biri ziyarətçilərin zilhiccə ayının 11-ci və 12-ci gecəsi Minada qalmasıdır. Fəqihlər həmin yerdə gecənin yarısını oyaq qalmağı bəytutə miqdarı saymışlar.

Həzrət Əli (ə) pak və təqvalı insanları vəsf edərkən buyurur: “Onlar gecələr qiyam (farağat) halında oyaq qalırlar. Onlar gecənin abidləri, gündüzün şirləridirlər.”1


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə