O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   20   21   22   23   24   25   26   27   28

açıqsöz 

76 


olanlar və onun gedişini izləyənlər yaxşı başa düşünər ki, nehzətin süqutu nə məndən, nə 

Şəbüstəridən, nə də nehzətin digər rəhbərlərindən asılı idi. O zamankı beynəlxalq vəziyyət bizı 

bucağa sıxdı, əlimiz hər yerdən üzüldü, meydanda əliboş, tək qaldıq. Dövlət də bu vəziyyətdən 

istifadə edib nehzəti süquta uğratdı. Azərbaycan nehzətinə kim xəyanət etdiyini gələcək 

göstərəcək. Bu haqda indi danışmaq, bəhs açmaq mümkün olmasa da, gələcəkdə demək və yazmaq 

mümkün olacaq. O zamanın adamları, xüsusən müvərrixlər (tarixçilər) və nevisəndələr (yazıçılar) 

yəqin ki, həqiqəti xalqa çatdıracaqlar. 

Siyasətə qarışan adamlar haqda həmişə çox yazırlar. Siyasətə qatılan adamlar haqqında 

müvəffəqiyyətlə irəlilə dikdə, qalib gəldikdə təriflər, çox yaxşı sözlər, məğlub olduqda isə pis 

sözlərin yazılması və deyilməsinə mən təbii baxıram. Yıxılana balta vuran çox olur. Mənim 

haqqımda düşmənlərimin və ya məndən incik olanların yazısına cavab verməyi özümə artıq iş 

hesab edirəm. Düşmən, səni istəməyən şəxs sənin haqda yaxşı söz deyə bilməz. 

 

 

YAXŞILIĞI UNUTMAQ OLMAZ 



Riza şahın zindanında yatarkən mənim ailəmə köməklik əlini uzatmış doktor Xarratinin yaxşılığını 

heç vaxt unuda bilmərəm. Onun Bikəxanımı ixtisası üzrə işə düzəltməsi və göstərdiyi maddi 

yardım ağır günlərdə qolumuzdan çox tutdu, çətinliyimizi bir qədər yüngülləşdirdi. Mənə yaxşılıq 

edənlərin bir qismi ilə ideya, əqidə və məslək məsələlərində fərqli mövqedə olsaq da, onların 

insanlıq naminə etdikləri köməkliyi və rəhmdilliliyi yüksək qiymətləndirib, minnətdarlıq edirəm. 

Adamlar olub ki, onlar ailəmin düşdüyü ağır vəziyyəti və başqa cəhətləri nəzərə alıb mənim zindan 

cəzamın azaldılmasına və azadlığa çıxmağıma köməklik ediblər. Onların bir çoxunun adı, kimliyi 

yadımda və qeydlərimdə qalıb. Onların hamısını kağıza gətirsəm yəqin ki, uzun siyahı alınar. 

Bununla birlikdə aşağıdakı adamların mənə və ailəmə göstərdikləri maddi və mənəvi köməkliyin 

təmənnasızlığını və onların alicənablıqlarını yada salıb adlarını qeyd etmək borcumdur: 

Doktor Xarratian, doktor Məhəmməd Xələtbəri, Kavə Nəimi, Nurəddin İmami, Fətəli İpəkçiyan, 

Əjdər Əlizadə, Ağasədr Kermanşahi, Şirinlu, Maşınçı, İsmayıl Dadaşzadə və s. Bunların bir 

çoxundan aldığım borc pulları qaytardığıma çox şadam, vəli elə dostlarım da olub ki7 mən nə qədər 



açıqsöz 

77 


təkid etsəm də, verdiyi pulu geri almayıblar. Uzun müddət dövlətdən ala bilmədiyim təqaüdün 

düzəlməsində ağaye N.İmami vasitəsi ilə ağaye Vüsuqinin (o dövlət məqamında işləyirdi) 

köməkliyi əvəzsiz olmuşdu. Doğrudur, nehzət zamanı mən dostum Müzəffər Turabzadə ilə 

birlikdə ağaye Vüsuqinin ailəsinə köməklik etmişdim. Ağaye Vüsuqi həmin yaxşılığı mənim 

yadıma salsa da, mən "unutduğumu" bildirdim. Ağaye Vüsuqi bizə qonaq gəlmək arzusunu 

bildirdikdə mən onu məmnuniyyətlə evimizə dəvət etdim. Onunla birlikdə yaxın dostlarımdan 

Hacıxan Təlaini, Məşədi Abbas Hidayəti də çağırdım. Bizim ilk görüşdə söhbətimiz tutduğundan 

və bir sıra məsələlərdə, o cümlədən, milli ruhiyyədə, düşüncə tərzində yaxınlıq olduğundan 1015 

gündən bir növbə ilə birimizin evində görüşməyi qərarlaşdırdıq. Söhbətlərimiz əvvəllər siyasi 

axardan uzaq idi. Sonra iştirakçıların sayı artdı. 

Bu vaxt general Zahidinin kudetası (dövlət çevrilişi) ölkədəki siyasi mühiti yenidən kəskinləşdirdi. 

Dövlətin şübhəli bildiyi adamlar, o cümlədən, mən də yenə təqiblərə məruz qaldım. Kudetanın 

sabahı əqidəsi şübhəli olanlar yenidən həbsə alındılar. Mən də yenidən zindana salındım. Əvvəlcə 

şəhribani (polis), sonra nizami (həıbi) həbsxanasında yatmalı oldum. Zindanda Hizbe Tudə üzvləri 

ilə bir koridorda saxlanılırdım. Zindandakı Hizbe Tudə üzvlərinə doktor Baharnuri adlı şəxs 

başçılıq edirdi. Onun göstərişi ılə zindandakı tudəçilərin bir çoxu mənə kəc baxırdılar. 1516 gün 

həbsdə qalandan sonra dostum sərhəng Fəhminin zəmanəti ilə azad oldum. Təqsirim sübuta 

yetirilmədiyi üçün tam azadlığa buraxıldım... Sonra öyrəndim ki, zindandakı tudəçiləri mənim 

əleyhimə qaldırmağa çalışan doktor Baharnuri zindanda satqınlıq etdiyi üçün Hizbe Tudə 

üzvlüyündən xaric edilib. 

Təzəcə nəfəs alıb, Allaha şükür demışdim ki, 5 aydan sonra məni dövlətə qarşı təhlükəli adam bılib 

yenidən həbs etdilər. Bu dəfə məni Qəsr Zirehin zindanına apardılar. Burada mənimlə birlikdə 

doktor Rəzəvi, mühəndis Rəzəvi, doktor Şayiqan, Sadıq Vəziri, Pərto Ələvı və adlarını unutduğum 

daha neçə "siyasi" məhbus yatırdı. 5 ay Qəsr Zirehində yatdıqdan sonra mənə məhkəmə quruldu. 

Zahidi çevrilişindən əvvəl və sonra fəaliyyətimdə cinayət tərkibli heç bir əməl və mədrək 

tapılmadığı üçün bəraət aldım, yenidən azadlığa buraxıldım. Zindan, təqib və mühakimələr məni 

lap boğaza yığmışdı. Bir dəfə istədim dövlətin lap ali məqamına yazam ki, babam, məndən nə 

istəyirsiniz, ya əbədi həbs verin və ya birdəfəlik yaxamdan əl çəkin. Özümü yenidən işə 

salacağımdan qorxub bu müraciəti etmədim. 

 



açıqsöz 

78 


GÖRÜŞLƏR, ƏDƏBİ MƏCLİSLƏR 

Mən hiss etdim ki, iki yol ayrıcındayam: ya ictimai işlərdən əl çəkməyib yenidən təqib və zindana 

məruz qalmaq, ya da siyasətdən uzaqlaşıb qələm və ədəbi fəaliyyətlə məşğul olmaq. Özüm 

yorulduğumdan, ailəm taqətdən düşdüyündən, dostlarımı nigarançılığa və artıq zəhmətlərə 

saldığımdan 30 cu illərin ortalarından (50ci illər) ədəbi fəaliyyətə, qələmə, yazı ilə millətimi 

oyatmaq yoluna keçdim. Şəhriyarın türkcə yazdığı "Heydərbabaya salam" şeri ədəbi hərəkatda 

yeni bir vəlvələ yaratdı, bizləri milli hərəkata doğru yenidən istiqamətləndirdi. Bu hərəkat ədəbi 

məclislərdən, evlərdəki görüşlərdən başladı. Təqib və zindan dövrüm başa çatarçatmaz Tehranda 

yaşayan dostlarla görüşə can atmaq meyli məni rahat buraxmadı. 30 cu illərin ortalarindan 

başlayaraq çoxlu görüşlərim oldu. Onların hamısı haqda söhbət açsam, yəqin ki, bir neçə kitab olar. 

Yadımda qalan və mənim zehnimdə iz qoyan bəzi görüşlər haqda danışmağı özüm üçün vacıb 

sayıram. Bu görüşlərin çoxu siyasi məzmundan daha çox ədəbielmi mahiyyət daşısa da, 

azərbaycançılıq mehvərindən də kənar deyildı. Bu görüşlərdə mənim tərəf müqabilim mərhum 

Səhənd Qaraçorlu, Məmmədəli Fərzanə, doktor Katibi, gəncəli Səbahi, Mirmehdi Etimad və 

başqaları olmuşlar. Qaraçorlunun "Dədə Qorqud boyları" haqqında yazdığı kitab, Etimadın şerləri, 

Fərzanənin "Bayatılar" kitabı və mənim yazdığım "Azərbaycan folkloru nümunələri" bu görüşlərin 

müzakirə hədəfi idı. Növbəti görüşlərimizin birində ağaye Katibi Kanadada yaşayan və 

Azərbaycan ədəbiyyatı sahəsində ingiliscə elmi əsər yazmaq istəyən Səkinə Brencyan adlı bir 

azərbaycanlı qızın bizimlə görüşmək və ona material cəhətdən köməklik etmək istəyini çatdırdı. 

Səkinə ilə görüşdük. Mən və dostlarım imkan daxilində əlimizdən gələn qədər ona kömək etdik. 

Çox təəssüf ki, o, dünyasını vaxtsız dəyişib və yazmaq istədiyi əsər yarımçıq qalıb Tağuti (şah) 

dövründəki ədəbi görüşlərimizdə əsas məqsəd azərbaycan dilində kitab, yazı çap etdirməyə yol lap 

maq idi. O dövrdə azərbaycanca bir cümlə belə çap etdirməyə icazə verilmədiyi üçün arabir ana 

dilində gizli çap olunan kitablara "rəmzi" adlar və imzalar qoyurduq. İslami inqilabdan sonra çap 

etdirdiyim "Dostlarla görüş" kitabımda Şəhriyar, Səhənd, Xanım Cövdət, Yəhya Ariyanpur, M. 

Etimad, Yəhya İslami, Bağçaban, Yəhya İbrahimpur, Cavad Heyət, Həbib Sahir, Haşım Tərlan, 

Savalan, Rəhim Cadniku, M.Derəfiş, Həsən Əhmədi və bir çox yazıçılar haqda məlumat, onların 

əsərlərindən nümunələr vermişəm. Bu azərbaycanlı ədibləri xalqa tanıtdıran ilk məlumat kitabı idi. 

Mən həbsdən növbəti dəfə çıxdıqda ailəmin maddi vəziyyəti yenə yaxşı deyildi. Ona görə də 

dostlarımın köməyi ilə tibbi mətəbi yenidən bərpa etdim, qabağına tablo (lövhə) vurdum. Əvvəllər 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə