Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə15/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   11   12   13   14   15   16   17   18   ...   540
PAHTEI-27.04.2023

 
Mənbə:
ticaret.gov.tr; 
https://ticaret.gov.tr/blog/ulkelerden-ticari-haberler/azerbaycan/azerbaycan-
hukumeti-tarafindan-aciklanan-ekonomik-destek-paketi 
Pandemiyalar insanların qərar qəbul etmələrində, səyahət istiqamətlərində və davranışlarında qısa, 
orta və uzunmüddətli dəyişikliklərə səbəb olur. Məsələn, 2008-ci ildə qlobal iqtisadi böhranı və 
donuz qripi ən çox Böyük Britaniyaya təsir etmiş və həmin il ölkədə beynəlxalq turizmə tələbat 
əhəmiyyətli dərəcədə azalmışdır Oxşar nəticələr Afrika qitəsində təsirli olan ebola virusu 
epidemiyasının Qambiya turizmində də müşahidə edilmişdir. 
Davam edən Covid-19 pandemiyası ilə beynəlxalq ticarət və səyahətlər dayandırıldı, məktəblər 
bağlandı, bir çox irimiqyaslı təşkilatlar, konqreslər, festivallar ləğv edildi, bəzi iş yerləri bağlandı. 
Covid 19 epidemiyasından təsirlənən sektorlar arasında xidmət sektoru ön sıralardadır. Çünki 
səyahət məhdudiyyətləri ilə ən böyük tələbat azalma xüsusilə turizm sektoru üçün ev 
təsərrüfatlarının xərclərində yaranıb. Nəqliyyat, otel və restoranlar, əyləncə, idman və mədəni 
tədbirlər, xüsusilə hava nəqliyyatı kimi xidmət sektorları epidemiyadan ən çox təsirlənən sektorlar 
arasındadır. Covid-19-dan sonra dünyanın bir çox ölkəsində və sektorlarında biznes modellərinin 
dəyişəcəyi göz qabağındadır. Dünya Turizm Təşkilatı tərəfindən 21-ci əsrin ən mühüm sektoru 
olaraq qəbul edilən və xidmət sektoru olan turizm ən çox təsirlənəcək sektordur. Bununla belə, 
turizm sektoru birbaşa olaraq 54 sektora, dolayı yolla isə 185 sektora təsir göstərir (Aydogush O., 
2020: s.12). 
Covid-19 virusundan başqa dünyada heç bir hadisə belə genişmiqyaslı səyahət məhdudiyyətinə 
səbəb olmamışdır. 2020-ci ilin aprel ayına olan məlumata görə, bütün dünya istiqamətlərinin 
96%-i Covid-19 epidemiyasının qarşısını almaq üçün səyahət məhdudiyyəti tədbirləri həyata 
keçirib (UNWTO, 2020: p.3). Buna görə də səyahət məhdudiyyətləri ilə yanaşı uçuşlar, otel 
rezervasiyaları, festivallar ləğv edildi və bu beynəlxalq turizmə böyülölçüdə mənfi təsir etdi. 


13 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə