Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə13/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   9   10   11   12   13   14   15   16   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
məbləği 2019-cu ildə 42,2 milyon manata çatmışdır. Bununla belə, turizm sahəsindəki mühüm 
inkişaflar COVID-19 pandemiyası ilə geri çevrildi. 2019-cu ilin yanvar-iyun aylarında 841 min 
nəfər olan yerli turistlərin sayı 2020-ci ilin eyni dövründə 297 min nəfərə, turizm gəlirləri isə 2,7 
dəfə azalaraq 532,8 milyon manat səviyyəsində qalıb (Nasirzadə X., 2020).
Ölkə sərhəddlərin bağlanması səbəbindən xarici turistlərin Azərbaycana gəlməsinə təbii ki təsir 
göstərmişdi. Həmin dövrdə turizm sektorunun daha da zəifləməməsi üçün, bütün dünyada həyata 
keçirilən daxili turizm siyasəti Azərbaycanda da əsas prioritet hesab olundu. Xüsusi ilə bu 
dövrlərdə yerləşmə müəssisələri və restoranlar daha həssas idilər. Pandemiyanın başlandığı ilk 
aylardan etibarən ölkədə 50-ə yaxın otelin fəaliyyətini qeyri-müəyyən zamanadək təxirə 
saldıqlarını qeyd etdilər. Bəzi restoranlar öz ərazilərində deyil, çatdırılma xidmətləri ilə 
fəaliyyətlərinə davam etsə də, bəzi müəssisələr bu kimi alternativ yollardan uğurlu şəkildə 
yaradaca yararlana bilmədi, bəziləri isə ilk başdaca fəaliyyətlərini dayandırdı. Həmçinin ölkə 
sərhəddlərindən əlavə olaraq, əsas turistik rayonlarımız olan Şəki, Quba, Qəbələ, İsmayıllı, 
Lənkəranda pandemiyanın daha geniş yayılması səbəbi ilə bu ərazilərə giriş çıxışa dair 
qadağaların olması, daxili turizmdən istifadəni də çətinləşdirirdi. Digər bir tərəfdən otel, əyləncə 
və istirahət mərkəzlərinə daxil olmaq üçün tələb olunan COVİD-19 pasportuda daxili turizmə 
təsir edən amillərdən idi. Bir sözlə, həmin dövrdə, daxili turizm əsas prioritet göstərilsə də, qeyd 
olunan amillər bu çıxış yolununda önünü bağlamış olurdu. Otellər və Restoranlar Asossiasiyası 
tərəfindən pandemiyanın hakim olduğu ilk ildə, 3 milyona yaxın daxili turizm səyahətinin təxirə 
salındığı qeyd olunub.
Göründüyü kimi, turizm müəssisələri çox acınacaqlı və iflas xarakterli bir dövr keçirirdi. Məhz 
həmin dövrdə dövlət tərəfindən iqtisadiyyatın bütün sahələrinə dəstəklərin həyata keçirilməsinə 
başlanıldı.

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə