Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə10/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   6   7   8   9   10   11   12   13   ...   540
PAHTEI-27.04.2023

Açar sözlər: 
turizm sektoru, postpandemiya, qlobal iqtisadi fəaliyyət, böhran 
 
Giriş 
COVID-19 pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm 
sektoru əhəmiyyətli dərəcədə daralıb. Həmin dövrdə Azərbaycan pandemiyadan əlavə olaraq 
Ermənistanla müharibə səbəbindən ölkənin mövcud olan turizm potensialından yararlana bilmədi. 
Digər tərəfdən, Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində tətbiq 
edilən məhdudlaşdırıcı rejim və dünyanın əksər ölkələrində vətəndaşların gediş-gəlişinə 
müvəqqəti məhdudiyyət qoyulması ilə bərabər, bütün bunlar birlikdə turizm gəlirlərinin 
azalmasına səbəb olub. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə yerləşən 
mehmanxanalarda gecələmələrin sayı 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 64,3 faiz 
azalaraq 340 min nəfərə düşüb ki, bu da ümumi həcmin 58,2 faizini təşkil edir. Bu rəqəm 2019-cu 
ildə isə 954 min nəfər təşkil etmişdi, başqa sözlə, ümumi tutumun 71,9 faizini təşkil edirdi. Digər 
tərəfdən, 2020-ci ilin yanvar-iyun aylarında mehmanxana biznesinin gəlirləri əvvəlki ilin eyni 
dövrü ilə müqayisədə 61,6 faiz azalıb (Azerbaycan Respublikasının Dovlet Statistika Komitesi).
 
 
Məqsəd 
Tədqiqatın məqsədi Postpandemiya dövründə turizm sektorunun əsas problemlərini 
araşdırmaqdır. Məqalənin yazılması zamanı Dünya Turizm və Səyahət Şurasının verdiyi 
açıqlamalar nəzərdən keçirilərək, Azərbaycandakı vəziyyəti dəyərləndirmək əsas vəzifə 
seçilmişdir. 
Problemin aktuallığı və əlaqəli tədqiqatlar 
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 7 yanvar 2020-ci il tarixindən etibarən koronavirus 
(COVID 19) kimi adlandırılan yeni virusun müəyyən edilməsindən bu günə qədər virus qlobal 
səviyyədə bütün dünya iqtisadiyyatlarına əsaslı təsir göstərmişdir. Bu dövrdə əksər sahələrdə 
geriləmələr və azalmalarla müşahidə olundu. Turizm sektoru isə artıq demək olar ki, süquta 
uğramışdı. Ölkə sərhəddlərin bağlanılması dünyanın bütün nöqtələrində turist səyahətlərinin sıfıra 
düşməsinə səbəb oldu. Təbii ki burada ölkə sərhəddlərinin bağlanmasından əlavə turistlər də öz 
sağlıqlarına daha çox önəm verərək səyahətlərini qeyri-müəyyən müddətə təxirə salmalı olurlar. 
Tədqiqat işinin yeni bir dövrü əhatə etməsi və yuxarıda qeyd olunan amillər ümumilikdə 
məqalənin aktuallığını daha da artırmaqla bərabər bu istiqamətdə əsaslı araşdırmaların 
aparılmasını zəruri edir. 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə