Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə9/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   5   6   7   8   9   10   11   12   ...   540
PAHTEI-27.04.2023

XÜLASƏ
 
İkinci Dünya Müharibəsindən sonra turizm mühüm qlobal iqtisadi fəaliyyətə çevrilmişdir. Bu gün 
4-5% artım tempi ilə dünya istehsalının 8%-ni və məşğulluğun 10%-ni yalnız turizm təşkil edir. 
Yüksək multiplikator effekti ilə 135-dən çox sektora təsir edən turim tədiyyə balansına töhfə 
verir, valyuta gəlirləri yaradır, nəqliyyat, ticarət, tikinti, səhiyyə və maliyyə kimi bir çox aparıcı 
sənaye sahələrini aktivləşdirir. Turizm dünya iqtisadiyyatının mühüm sektoru olsa da, dünyanın 
istənilən ölkəsində və ya regionunda böhranlara çox həssasdır. Turizmə olan tələbin təxirə salına 
bilinmədiyi üçün o, təhlükəsizlik problemlərinə, iqtisadi böhranlara və sağlamlıqla bağlı 
problemlərə qarşı çox həssas bir mənzərə yaradır. Turist məhsulları və xidmətləri saxlanmağa tabe 
deyil, ona görə də fiziki mallar kimi gələcəkdə satış üçün saxlanıla bilməz. Bu gün sifariş 
olunmayan otaqlar və masalar sonradan satıla bilməz. Keçmişdəki bir neçə misal istisna olmaqla 
(məsələn, 2008-ci ilin iqtisadi böhranı) böhranların regional nəticələri olub və o həddə çatıb ki, 
qlobal turist axınına məhdud təsir göstərib. Təsiri və sürəti nəzərə alsaq, qlobal turizm sənayesinin 
artıq COVID-19 kimi böhranla üzləşdiyini söyləmək çətindir. Covid 19 pandemiyasının ölkələrin 
iqtisadiyyatlarına dərindən təsir etməsi, istehsal, məşğulluq və gəlir itkilərinə səbəb olacağı 
qaçınılmaz idi. Epidemiyanın yayıldığı bütün iqtisadiyyatlarda mühüm xidmət sektorlarında, 



PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
xüsusilə nəqliyyat, turizm və ticarətdə baş verən xərc çöküşü (tələb şoku) getdikcə dərinləşməkdə 
və bütün iqtisadiyyatlara sürətlə yayılmaqda idi. Bütün bunların üzərinə, maliyyə şokları ilə 
birlikdə, real iqtisadiyyatların tələb və təklif şokları ilə daralmağa başlamışdı. 
Məqalə Azərbaycanda turizm sektorunun mövcud vəziyyətinin qiymətləndirilməsinə həsr 
olunmuşdur. Bu hissədə koronavirus pandemiyasının respublikamızda turizm müəssisələrinin 
fəaliyyətinə göstərdiyi təsirin təhlili aparılmış, postpandemiya dövründə turizm sektorunun əsas 
problemləri tədqiq edilmişdir. 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə