Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə12/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   8   9   10   11   12   13   14   15   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 
Covid-19 epidemiyası səbəbindən dünya üzrə turizm fəaliyyəti əvvəlki illə müqayisədə 74% 
azalıb və bu kontekstdə 2020-ci il tarixin ən pis ili kimi qiymətləndirilib (UNWTO: 2021). 
Qrafik 1: 
Beynəlxalq turist səyahətləri
 
 
 
Mənbə : 
UNWTO : 2021
 
 
Azərbaycana gələn turist saylarının ildən-ilə baş verən artımı, pandemiyanın başladığı ilk 
dövrlərdən etibarən həddsiz azalma ilə müşahidə olundu. Cədvəl 4-də bu barədə ətraflı statistik 
məlumatlar qeyd olunub.
Azərbaycanda pandemiya böhranından ən çox zərər çəkən otellər və mehmanxana tipli 
müəssisələr olub. 2006-cı ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin 
sayı 285-ə, 2016-cı ildə bu rəqəm 548-ə, 2017-ci ildə 563-ə, 2018-ci ildə isə 596-ya yüksəlib. Bu 
rəqəmlər Azərbaycanda turizm sahəsində inkişafı göstərmək baxımından əhəmiyyətlidir. 2019-cu 
ilə qədər Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin sayında əhəmiyyətli 
artım olub və bu, 642-yə yüksəlib. 2006-cı ildə 11 403 olan otel otaqlarının sayı 2019-cu ildə iki 
dəfədən çox artaraq 23 865-ə çatıb. Mehmanxanalara yerləşdirilən müştərilərin sayı 
araşdırıldığında 2006-cı ildəki 291,617 nəfərdən 2019-cu ildə 1.919,765 nəfərə yüksəlib. 2006-cı 
ildə 4338 nəfər olan işçilərin sayı təxminən 3 dəfə artaraq 2019-cu ildə 12481 nəfərə çatıb 
(Azerbaycan Respublikasının Dovlet Statistika Komitesi). Azərbaycanda COVID-19 
pandemiyasının mənfi nəticələri qiymətləndirildikdə, 2006-cı ildə Azərbaycanda yerləşmə 
müəssisələrinin fəaliyyətindən əldə edilən gəlir 74,3 milyon manat olduğu halda, 2019-cu ildə bu 
rəqəm təxminən 7 dəfə artaraq 450 milyon manata çatıb. Mehmanxana təsərrüfatlarının büdcəyə 
ödədiyi ƏDV və digər vergilər ildən-ilə artmış, 2006-cı ildə dövlətə ödənilən 9,4 milyon manatın 


11 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə