57
PAHTEI
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS
VOLUME 27 ISSUE 04 2023
E-ISSN: 2674-5224
Son onillikdə müxtəlif bazarların, xüsusən də kapitalın, texnologiyanın
və əmtəələrin, müəyyən
dərəcədə əmək bazarlarının getdikcə daha çox qarşılıqlı əlaqədə olması
və çoxsəviyyəli TMK
şəbəkəsinə inteqrasiyası zamanı iqtisadiyyatın qloballaşması prosesi sürətlənib. Bu birləşmələr
çox təsirli və yaxşı təşkil olunmuş, daim istehsal, məhsulun inkişafı, dizayn və marketinqdə yeni
əlaqələr yaratmağa çalışırlar. TMK-lar daim
genişlənməyə diqqət yetirir, yeni bazarlara tələsir,
biznes oyununun vahid liberal qaydalarını müdafiə edir, həmçinin əməliyyatları sürətləndirən və
onların xərclərini azaldan informasiya infrastrukturunu genişləndirməklə bazarların qloballaşması
üçün mühüm alət rolunu oynayır. Bu qəbildən olan struktur dəyişiklikləri
belə şirkətlərin
mövqelərini möhkəmləndirir, mənfəətlərini və məhsuldarlığı artırır ki, bu da onlara istehsalın
açılmasına, xammal mənbələrinin seçilməsinə və dəyişən şəraitə tez uyğunlaşmasına imkan verir.
Demək olar ki, bütün iri müəssisələrin onlara lazımi təsiri, ən əsası
isə bazarda çevikliyi təmin
edən törəmə şirkətlər və ya strateji ittifaqlar şəbəkəsi var. Belə transmilli korporasiyalar hazırda
dünya ticarətinin üçdə birini həyata keçirirlər. Xüsusilə yüksək inkişaf etmiş iqtisadiyyata malik
ölkələrin digər inkişaf etməkdə olan ölkələr qarşısında
böyük iqtisadi, bir çox hallarda həm də
siyasi üstünlüklərə malik olmaları onlara qloballaşmadan daha məharətlə
istifadə etməyə imkan
verir. Qloballaşma şəraitində dünya bazarına daha keyfiyyətli məhsul və xidmətlər çıxaran belə
ölkələr üstün rəqabətə sahib olmaqla bərabər, digər ölkələri bir çox sahələrdə sıxışdırırlar. Belə ki,
TMK vasitəsiylə üstün rəqabət qabiliyyətlərindən istifadə edərək yerli bazarlara nüfuz edir, daxili
bazarda milli istehsalı oyundan kənarlaşdırırlar. Beləliklə, qloballaşma ölkələri bir-birindən eyni
səviyyədə iqtisadi asılılığa salmır, bəzi ölkələr bu prosesdə daha çox asılı tərəf olur. Məhz buna
görə də qloballaşma posesi daxili bazarın əhəmiyyətini və onun qorunması zəruriliyini bir daha
aşılayır.
Məqalə milli iqtisadiyyatın rəqəmsallaşması şəraitində daxili bazarın qorunması
məsələlərinin
təhlilinə həsr olunmuşdur. Tədqiqatda qloballaşma şəritində daxili bazarın qorunmasının zəruriliyi
məsələsi aydınlaşdırılmış, rəqəmsal iqtisadiyyatda daxili bazarın qorunmasının dövlət nəzarət
mexanizmləri öyrənilmişdir.
Dostları ilə paylaş: