Of azerbaijan high technical educational institutions


QLOBALLAŞMA ŞƏRAİTİNDƏ RƏQƏMSAL İQTİSADİYYATDA DAXİLİ



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə65/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   61   62   63   64   65   66   67   68   ...   540
PAHTEI-27.04.2023

QLOBALLAŞMA ŞƏRAİTİNDƏ RƏQƏMSAL İQTİSADİYYATDA DAXİLİ 
BAZARIN QORUNMASININ VACİBLİYİ MƏSƏLƏSİNİN TƏHLİLİ 
 
Zakir 
 
Mirzəyev
1
, Eldar Salmanov
2
1,2
Azərbaycan Dövlət İqtisad Universiteti 
1,2
İqtisadi və texnoloji elmlər kafedrası 
1
İqtisad üzrə fəlsəfə doktoru, dosent 

Magistr tələbəsi, eldarsalmanov07@gmail.com 
XÜLASƏ


57 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Son onillikdə müxtəlif bazarların, xüsusən də kapitalın, texnologiyanın və əmtəələrin, müəyyən 
dərəcədə əmək bazarlarının getdikcə daha çox qarşılıqlı əlaqədə olması və çoxsəviyyəli TMK 
şəbəkəsinə inteqrasiyası zamanı iqtisadiyyatın qloballaşması prosesi sürətlənib. Bu birləşmələr 
çox təsirli və yaxşı təşkil olunmuş, daim istehsal, məhsulun inkişafı, dizayn və marketinqdə yeni 
əlaqələr yaratmağa çalışırlar. TMK-lar daim genişlənməyə diqqət yetirir, yeni bazarlara tələsir, 
biznes oyununun vahid liberal qaydalarını müdafiə edir, həmçinin əməliyyatları sürətləndirən və 
onların xərclərini azaldan informasiya infrastrukturunu genişləndirməklə bazarların qloballaşması 
üçün mühüm alət rolunu oynayır. Bu qəbildən olan struktur dəyişiklikləri belə şirkətlərin 
mövqelərini möhkəmləndirir, mənfəətlərini və məhsuldarlığı artırır ki, bu da onlara istehsalın 
açılmasına, xammal mənbələrinin seçilməsinə və dəyişən şəraitə tez uyğunlaşmasına imkan verir. 
Demək olar ki, bütün iri müəssisələrin onlara lazımi təsiri, ən əsası isə bazarda çevikliyi təmin 
edən törəmə şirkətlər və ya strateji ittifaqlar şəbəkəsi var. Belə transmilli korporasiyalar hazırda 
dünya ticarətinin üçdə birini həyata keçirirlər. Xüsusilə yüksək inkişaf etmiş iqtisadiyyata malik 
ölkələrin digər inkişaf etməkdə olan ölkələr qarşısında böyük iqtisadi, bir çox hallarda həm də 
siyasi üstünlüklərə malik olmaları onlara qloballaşmadan daha məharətlə istifadə etməyə imkan 
verir. Qloballaşma şəraitində dünya bazarına daha keyfiyyətli məhsul və xidmətlər çıxaran belə 
ölkələr üstün rəqabətə sahib olmaqla bərabər, digər ölkələri bir çox sahələrdə sıxışdırırlar. Belə ki, 
TMK vasitəsiylə üstün rəqabət qabiliyyətlərindən istifadə edərək yerli bazarlara nüfuz edir, daxili 
bazarda milli istehsalı oyundan kənarlaşdırırlar. Beləliklə, qloballaşma ölkələri bir-birindən eyni 
səviyyədə iqtisadi asılılığa salmır, bəzi ölkələr bu prosesdə daha çox asılı tərəf olur. Məhz buna 
görə də qloballaşma posesi daxili bazarın əhəmiyyətini və onun qorunması zəruriliyini bir daha 
aşılayır. 
Məqalə milli iqtisadiyyatın rəqəmsallaşması şəraitində daxili bazarın qorunması məsələlərinin 
təhlilinə həsr olunmuşdur. Tədqiqatda qloballaşma şəritində daxili bazarın qorunmasının zəruriliyi 
məsələsi aydınlaşdırılmış, rəqəmsal iqtisadiyyatda daxili bazarın qorunmasının dövlət nəzarət 
mexanizmləri öyrənilmişdir.

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə