Of azerbaijan high technical educational institutions


Problemin aktuallığı və əlaqəli tədqiqatlar



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə67/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   63   64   65   66   67   68   69   70   ...   540
PAHTEI-27.04.2023

Problemin aktuallığı və əlaqəli tədqiqatlar 
Qlobal rəqabət çoxsaylı məhsulların qiymətinin saxlanmasında əsas amildir və istehlakçılara 
mövcud vəsaitlərini xərcləmək imkanı verir. Qlobal iqtisadi inteqrasiya dünyamızda dönməz bir 
hadisə kimi bütün dünyada həyat səviyyəsini yüksəltmiş, bir çox sahələrdə inkişafı təmin 
etmişdir. Qloballaşmadan təcrid olmamaq şərtilə daxili bazarın qorunmaısnın zəruriliyi
mövzunun araşdırılmasının aktuallığını şərtləndirir.
Metodlar 
Məqalənin işlənilməsi prosesində bir neçə nəzəri və iqtisadi təhlil metodlarından istifadə 
olunmuşdur. Nəzəri tədqiqat metodları vasitəsilə daxili bazarın strukturu, rəqəmsal iqtisadiyyatda 
daxili bazarın qorunmasının dövlət nəzarət mexanizmləri, Aİ-də daxili bazarın prinsipləri, ÜTT-
nin dempinqlə bağlı yanaşması və s. kimi məsələlər öyrənilmişdir. Tədqiqat prosesində qrafik, 
müqayisəli və statistik təhlil metodlarından da geniş tədbiq edilmişdir. Empirik məlumatların 
tədqiqi vasitəsilə mövcud vəziyyət qiymətləndirilmiş və milli iqtisadiyyatın rəqəmsallaşması 
şəraitində daxili bazarın qorunması məsələlərinin təhlili aparılmışdır. 
Qloballaşma iqtisadi həyatın beynəlmiləlləşməsinə qarşı çıxa bilməz, çünki qloballaşma bu gün 
baş verən prosesin son nəticəsi deyil. Bunun özü keçid prosesidir, planet miqyasında yeni iqtisadi 
mühitin və iqtisadi sistemin formalaşması prosesidir. “Beynəlxalqlaşma” termini əsasən xarici 
bazarlarda əməliyyatların artdığı bir vəziyyətə aiddir, qloballaşma isə milli iqtisadiyyatların, o 
cümlədən maliyyə bazarlarının artan inteqrasiyası deməkdir ki, bu da son nəticədə vahid bazarın 
yaradılmasına gətirib çıxarır. Beynəlxalqlaşmanın klassik tərifi ölkələr arasında davamlı iqtisadi 
əlaqələrin formalaşmasıdır. Əgər beynəlmiləlləşməni xarici bazarlarda əməliyyatların sadə artımı 
kimi qəbul etsək, bu, müasir dünya iqtisadiyyatının daha çox kəmiyyət xarakteristikasıdır, 
qloballaşma isə keyfiyyət dəyişikliklərinə aiddir. Qloballaşma sərhədsiz vahid dünya bazarının 
yaradılması prosesidir, beynəlmiləlləşmə isə beynəlxalq bazarların hüdudlarının genişlənməsini 
nəzərdə tutur (Shiryayeva T.Yu., 2015: s. 2). 
Bu gün beynəlmiləlləşmə prosesinin iki istiqamətdə inkişafından danışmaq olar: xarici və daxili. 
Xarici əmtəələrin, kapitalın, xidmətlərin və texnologiyaların, eləcə də daxili istehlak sferasında 
informasiyanın istifadəsinin genişləndirilməsi yolu daxildə inkişaf deməkdir. Ölkələrin dünya 
bazarına oriyentasiyasının üstünlüyü və firmaların ticarət, investisiya və digər əməliyyatlarda 
qlobal genişlənməsi müvafiq olaraq xarici xarakter daşıyır. Bu prosesin əsas nəticəsi bazarların 
məkan və institusional inteqrasiyası və dövlətlərin qarşılıqlı asılılığının artmasıdır. 
Daxili bazar müəyyən ərazi (məsələn, şəhər, rayon, ölkə, ölkələr qrupu) ilə məhdudlaşan məhsul 
və resurslar bazarıdır ki, burada bazar iştirakçıları (rezidentlər) bu ərazi daxilində öz aralarında 
iqtisadi fəaliyyət göstərirlər. Bu anlayış daha çox ölkənin daxili bazarı kimi başa düşülür. 
Həmçinin, bəzən milli bazarın sinonimi kimi də istifadə olunur (Ignatyeva G.V., Kurmakayeva 
Ye.Sh., 2019: s. 86). 


59 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə