Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə69/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   65   66   67   68   69   70   71   72   ...   540
PAHTEI-27.04.2023

 
Mənbə:
https://finance-credit.news/birjevaya-torgovlya-kniga/struktura-vnutrennego-ryinka-
stranyi-ryinok-49219.html 
İstehlakçının müdafiəsi siyasətçilərin istehlakçıları təhlükəli idxal məhsullarından qorumaq üçün 
istifadə etdiyi bir arqumentdir. Hüquqşünaslar, yerli istehsalçılar və bəzi rəsmilər əcnəbilərin 


60 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
istehsal etdiyi malların istehsal və paylama zamanı məhsulun təhlükəsizlik tələblərinə cavab 
vermədiyini iddia edirlər. Bu, ciddi xəstəliyə, təhlükəli qidaya və hətta istehlakçının ölümünə 
səbəb ola bilər. Yerli istehsalçılar iddia edirlər ki, əgər onlar hökumətin verdiyi təhlükəsizlik və 
istehsal tələblərinə əməl edəcəklərsə, xarici istehsalçılar da bunu etməlidirlər. 
Bu gün Azərbaycan höküməti yaxşı bilir ki, daxili bazarı qorumaq üçün yerli xammalı istehsalata 
yönəltmək lazımdır. Daxili istehsal bazarının qorunması üçün ilk növbədə məhsullarda süni 
qiymət artımının qarşısı alınmalıdır. Aydındır ki, buna daxili potensialdan və xammaldan 
maksimal şəkildə istifadə etməklə nail olmaq mümkündür. Bu məqsədlə yerli xammalı satışa 
deyil, istehsalata yönəltməliyik. Yerli xammalla əmtəələrin istehsalı təmin olunmalıdır. Prezident 
İlham Əliyevin iqtisadi strategiyasının ən başlıça məqsədi ölkə iqtisadiyyatının şaxələndirilməsi 
və iqtisadiyyatın neft amilindən asılılığının tamamilə aradan qaldırılmasıdır. Bunun üçün isə 
sənaye, kənd təsərrüfatı, turizm sahəsi inkişaf etdirilməlidir. Qeyd olunalarla yanaşı, ölkənin 
idxaldan asılılığının azaldılması, ixrac potensialının daha da gücləndirilməsi, rəqabətqabiliyyətli 
malların istehsal olunması da vacib amil olmalıdır. 
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatında hələ də neft sektorunun böyük xüsusi çəkisi ixrac 
məhsullarında neft və neft məhsullarının üstünlük təşkil etməsinə səbəb olur. Ölkəmizi xammal 
ixracatçısından hazır məhsul ixracatçısına çevirmək və ölkəyə xarici valyuta gətirmək üçün 
rəqabətqabiliyyətli ixrac məhsullarının istehsalının artırılması ən mühüm addımlardan biri 
olmalıdır. 
Respublikamız neft və neftdən hazırlanmış məhsulların ixracı hesabına tədiyyə balansında müsbət 
saldonu qoruyub saxlaya bilmişdir (cədvəl 1). 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə