OĞUZLAR (TÜRKMƏNLƏR)
421
sözünə görə, xıtay ölkəsinə qonşu bir yerdə yaşayan xristian Kun (?=Kurı?)
adlı bir qövmdən olan bəydir
1
. Ancaq həmin il Qoçqar oğlu Əkinçi Mərvdə
əmirlərdən Qudan və Yaruq-Daş tərəfindən öldürüldü. Belə olduqda Xora-
san valisi Altun-Tak oğlu Dadbəy Həbəşi Xarəzmə Anuş-Tigin oğlu Mə-
həmmədi vali təyin etdi. Xarəzmşah Məhəmmədin Xarəzmdən uzaqda oldu-
ğu əsnada bu ölkə Manqışlaqdaki türkmənlərin hökmdarı (? bəzü müluk it-
turk=türk məliklərindən biri) tərəfindən istila edildi. Sultan Səncərin yanın-
da olan Əkinçinin oğlu Tuğrul-Tigin bunu xəbər alınca Xarəzmə qaçdı
2
. Xa-
rəzmşah Sultan Səncəri gözləmədən düşmənlərinin üzərinə yürüyüb onları
məğlub etdi. Türklər Manqışlağa, Tuğrul-Tigin isə Cəndxanın yanına (yəni
Cənd şəhərinin və bölgəsinin hökmdarı) qaçdı.
İbn ül-Əsirin sözlərindən belə anlaşılır ki, Manqışlaqda türkmənlərin bir
dövlətləri vardır. Bu dövləti idarə edən ailə də Alp Arslanın Manqışlaq sə-
fəri dolayısı ilə tandığımız Kavşutun nəsli ola bilər. Yenə həmin müvərrixin
sözlərindən
3
Manqışlaqda eyni adı daşıyan bir şəhərin olduğuna inanmaq
olar. Yakut Manqışlağı Mankaşla şəklində yazaraq bunun Xarəzmin ucunda
(hüdudunda) möhkəmləndirilmiş bir qala olduğunu söyləyir
4
. Fəqət dastani
əsərlərdə bütün bunlarla əlaqədar xəbərlərə rast gəlinməz.
İbn ül-Əsirə görə, Atsız hələ babası Xarəzmşah Məhəmmədin sağlığın-
da, yəni 1128-ci ildən əvvəl Manqışlaq şəhərini (mədinətu Manqışlaq) zəbt
etmişdir. Bu xəbər doğru ola bilər. Türkmənlər yurdları Manqışlağı qoru-
maq üçün igidliklə savaşmışlar və bu xüsusta əllərindən gələn hər cür qeyrə-
ti göstərmişlər. Bu üzdən Atsız Manqışlaqda çox qan tökmüş və bu ölkəni
yaxıb yıxmışdı. Bu olayı nəql edən ərəbcə bir şeir bizə qədər gəlib çatmış-
dır
5
.
Səlcuqlu hökmdarı Səncər, təbii, Atsızın öz qövmünün yaşadığı və öz
imperiyasına bağlı Manqışlağı qan və alov saçaraq ələ keçirməsinə səs çı-
xarmamışdı. Ancaq Atsız sonra doğrudan-doğruya itaətsizlik göstərməyə
başlayınca, onu islamın iki ucu olan Manqışlaq və Cənddə məsumların qa-
nını tökmək, qaziləri (qüzat) və mürabitləri (mürabitin - qazilər) yox etmək-
lə suçlamış, bu iki uçdaki müsəlmanların və qazilərin qanını tökməyi xa-
rəzmşahın bir adət halına gətirdiyini ifadə etmişdir
6
. Səncərin Xarəzm fəth-
naməsində Manqışlaq və cəndliləri qazilər (qüzat, qaziyan) və mürabitlər
1
Təbayül-həyəvan, s. 18, ingiliscə tərcüməsi s. 30; izahlar qismi s. 95-96, 98-101.
2
İbn ül-Əsir, X., s. 110-111. Cənd şəhəri və bölgəsi hakiminin Alp Arslan dövründə olduğu
kimi, Cəndxan ünvanını daşımaqda olduğunu bu ilə əlaqədar öyrənirik. Cənd hakimləri bö-
yük ehtimalla qıpçaqlardan idilər.
3
Göstərilən yer.
4
Mücəm ül-büldan, IV, s.670.
5
Yakut. Göstərilən yer; Barthold. A History of the Turkman people, s. 126.
6
"Fəthi-Xarəzm hər dəsti-sultani-əzəm şəhinşahi-müəzzəm Səncər b. Məlik şah rəhmət ül-
lahi ələyhi" (Barthold. Turkestan, mətnlər, 11, s. 44-45).
FARUQ SÜMƏR
422
(mürabitin = qazilər) olaraq vəsfləndirməsi bu yerlərdəki müsəlman türklə-
rin qonşuları müsəlman olmayan qanlılar ilə sürəkli savaş halında olmaların-
dan irəli gəlir. “Şəcəreyi-tərakimə”də Salur Öyürcük Alpin ata-babalarının
da qazi ünvanını daşımalarının səbəbi bu olmalıdır
1
.
Atsızın Manqışlağı hakimiyəti altına alması Manqışlaq türkmənlərinin
tarixində mühim bir dönüş nöqtəsi olmuşdur. Gerçəkdən, bu fəth nəticəsində
Manqışlaq türkmənləri istiqlallarını itirmiş və rəiyyət, yəni sadəcə vergi ve-
rən xalq vəziyyətinə düşmüşlər. Xarəzmşahlarla bağlı qaynaqlarda bu dövlə-
tin xidmətində olan əmirlər arasında türkmən əsilli bəylərin görünməməsi də
türkmənlərin rəiyyət durumuna düşmüş olmalarından irəli gəlir. “Şəcəreyi-
tərakimə”də bu önəmli hadisəyə dair bir xatirəyə rast gəlinməməsi bəlkə də
heyrətlə qarşılana bilər.
Monqol istilası üzərinə Xarəzm türkmənlərindən bir çoxlarının, Sır-Dər-
ya və Xorasanda yaşayan əldaşları kimi, Anadoluya gəlmiş olduqları söylə-
nə bilər. XIV əsrdə Sivas, Kayseri və digər bəzi yerlərin hakimi olan Qazı
Bürhanəddinin dədələrindən Məhəmməd b. Rəsulun (salur boyundan) mon-
qol istilası üzündən Xarəzmdən Anadoluya gəldiyini bilirik.
“Şəcəreyi-tərakimə”də salur Öyürcük Alpın keçirdği macəralara dair bir
rəvayət vardır. Bu rəvayətə görə İraqda (Əcəm İraqı=Orta İran) yaşayan Sa-
lur Qazan bəy soyundan Öyürcük Alp bayındır bəyi ilə keçinə bilməyib
doqquz yüzü salur, yüzü də karkın boylarından olmaq üzrə min evlik bir
topluluq ilə Qafqaz yolundan Krıma, oradan da şərqə yönəlib Yayıq irma-
ğına gəlir. Bu irmağın sahilində Alakənd və Qaraqaş deyilən yerdə yaşayan
qanqlıların başında Kök Tonlu adlı bir xan vardı. Öyürcük bir neçə il qanqlı
xanının yanında qaldıqdan sonra onunla da arası dəyir, qaçır. Kök Tonlu ar-
xadan yetişib topluluğun yeddi yüz evini əsir alır. Salur bəyi üç yüz ev ilə
Manqışlağa çatır, Qaraxan deyilən yerdə üç il oturur. Ancaq qanqlı xanı
Öyürcükü orada da rahat buraxmır və atlanıb Manqışlağa yola düşür. Bunu
öyrənən Öyürcük Alp Balxan dağına qaçaraq Kök Tonlunun əlinə düşmək-
dən qurtulur. Öyürcük Alp həmin hadisəni bu şeirdə anladır:
Döndüm qaçıb qanqlı xandan qiblə sordum,
Qar, yel aşıb gələn ər önündən döndüm,
Qarçılara, yerçilərə yol başlatdım,
Yağışlı-qarlı iki qola yol yumuşatdım,
Kürklə, kürklə qırlara döşək saldım,
Ard önümə bizə (?) salıb köçümü çəkdim,
Qar altında (?) dağ yolundan aşıb vardım,
Qabaqlıdan Altaca yurt yurtlatdım.
Guruldaşıb ardımdan yağı yetincə
Qayğı başlı qatı yaya iş buyurdum.
1
S. 64-65, türkcə tərcüməsi, s. 83.