ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə79/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

      – Qızım, mən Londona gedirəm. Bettiyə de ki,  axşama qayıdacağam, bəlkə də, şəhərdə qaldım. 
Məni yaxşıca öp. 
 
         Balaca Cip onun xahişini yerinə yetirdi. 
 
      – Mam, mən sənin şlyapanı necə geydiyinə baxmaq istəyirəm.   
 
        Şlyapasını və paltosunu geyinən Cip düşünürdü: «Mən özümlə çantamı götürəcəyəm. Axı  həmişə 
Beri-stritə gedə bilərəm». Aşağı qaçdı, məktubu götürüb stansiyaya yola düşdü. 
 
        Qatarda məktubu çıxartdı. Bu məktuba necə də nifrət edirdi, keçən aylar ərzində onda yaratdığı 
qorxuya nifrət edirdi! Əgər bu qız nə qədər dərd və iztirab bəxş elədiyini bilsəydi, yazmağına ara 
verərdimi? Cip yaddaşında cəmisi bircə dəfə gördüyü sifəti, cəmisi bircə dəfə eşitdiyi, öz məqsədinə 
nail olmağa alışmış adamın səsini bərpa eləməyə çalışdı. Yox! Bu onu, yalnız oyunu davam 
elətdirməyə sövq elərdi. Sevgidən başqa heç bir haqqı olmayan qadına qarşı namuslu oyuna. Allaha 
şükür, əgər bu qız nəzərə alınmazsa, onu hansısa bir qadının əlindən almamışdı! Bütün bu illər ərzində 
onun bircə sirrindən də agah olmamışdı… Cip sadə kupenin pəncərəsi qabağında dayanmışdı. Bu da 
çay, bu isə,  əlbəttə,  həmin zavoddur, Sammerxey onun yanında Cipi   dilə tuturdu ki,  həmişəlik onun 
yanına köçsün. Hər şey necə də dəyişmişdi, ağaclar çılpaq və məyusdular, göy solğun, boz idi!   
 
        Qatar gecikdi, Peddinqtonsk vağzalından çıxıb taksi ilə Templə gedəndə artıq qaranlıq düşmüşdü. 
Necə də qəribəydi, bura gəldiyi ilk dəfəydi! Teml-Leyndə maşını saxlatdırdı və darısqal, zəif 
işıqlandırılan qələbəlik küçəylə London ədliyyəsinin mərkəzinə doğru getməyə başladı. 
 
       «Miss, sürahi boyunca  bu daş pillələrlə qalxın, ikinci qapı». Zəif işıqda Cip soyadları oxumağa 
başladı. «Sammerxey. Üçüncü mərtəbə». Ürəyi şiddətlə vurdu. O nə deyəcəkdi? Bəlkə, onun 
müştərisiylə məsləhətləşməsi var idi? Ya da hansısa  bir xidmətçi və iddiaçı ilə işi vardı? Bəs onda o, 
özünü necə təqdim eləsin? İkinci mərtəbədə dayandı, vizit vərəqəsini çıxarıb karandaşla yazdı: «Səni 
bir dəqiqəliyə görə bilərəmmi? Cip». 
 
        Sonra dərindən köks ötürüb döyünən ürəyini sakitləşdirməyə çalışaraq yuxarı qalxmağa başladı. 
Bu da onun adı yazılmış qapı. Zəngin  düyməsini basdı, heç kim cavab vermədi, qulaq verdi, içəridən 
səs gəlmirdi. Burada hər şey ağır və tutqun idi, dəmir məhəccərlər, daş pillələr, çılpaq divarlar, palıd 
qapılar. Qız yenidən zəngin düyməsini basdı. Neyləsin? Məktubu burada qoysunmu? Beləcə onu 
görmədən, bircə Beri-stritə cansıxıcı təşrif nəzərə alınmazsa, – orada missis Markidən başqa heç kim 
yox idi, atası Mildenxemə ova getmişdi və istirahət gününə qədər qayıtmayacaqdı, – bu romantik 
məcarasına heç nəyə nail olmadan son versin! Düşündü: «Məktubu burada qoyum. Strendə qayıdım, 
çay içib bura yenidən qayıdaram». 
 
        Məktubu çıxarıb onu   yarıqdan saldı və konvertin məftil tora necə düşdüyünü eşitdi. Sonra sakitcə 
pillələrlə düşüb Templ-leynə tərəf getdi. İş günü qurtarırdı, küçələr adamla dolu idi. Strendin yanında 
onun gözünə bir qadın dəydi. Qadın küçənin əks istiqamətində bir kişi ilə yanaşı gedirdi, onların 
sifətləri bir-birlərinə doğruydu. Onların səsi Cipə kimi gəlib çatırdı və Cip onların arxasınca baxaraq 
dayandı. Onlar fənərin altından keçirdilər, işıq qadının saçlarında, Sammerxeyin azacıq qaldırılmış 
çiyinlərində  oynaşırdı, o, həmişə mübahisə eləyəndə çiyinlərini qaldırırdı, Cip onun cingiltili, enerjili 
səsini eşidirdi. Cip onların küçəni necə keçdiklərini, indicə düşdüyü daş pillələri necə qalxdıqlarını, daş 
keçidin  sürahilərinin yanından keçib, qapıdan içəri girdiklərini və yoxa çıxdıqlarını gördü. Onu elə 
qorxu bürüdü ki, güclə yerindən tərpənə bildi. 
 


        «Yox! Yox! Yox!» Bu sözlər onun şüurunda inilti kimi səslənirdi, soyuq külək yağışı yaş ağacların 
arasından beləcə vurur. Bu nə deməkdi?! Varlığını qorxunc həyəcan bürüdüyündən, hətta ağlına belə 
gəlmədi ki, onun yanına qaçsın. Qız hara getdiyinin fərqində deyildi, şütüyən maşınlara əhəmiyyət 
vermədən küçəni keçirdi. Trafalqar-stritə kimi gedib Milli qalareyanın yanındakı hasara söykəndi. 
Yalnız burada o, hisslərini bir balaca qaydaya sala bildi. Demək buna görə onun otağı boş imiş! Orada 
xidmətçi nə gəzirdi! Hər şey onların ikilikdə tək qalmaları üçün hazırlanmışdı. İkilikdə tək qalmalarını 
Cip nə qədər arzulamışdı!.. Elə bu səhər o, Cipi öpmüşdü! Qəribə gülüş boğuq hıçqırıqlarla birlikdə 
boğazını tutdu. Nəyə görə, axı nəyə görə onun ürəyi var idi?.. Aşağıda şirlərdən birinin ayaqlarının 
yanında gənc oğlan qızı qucaqlamışdı, onu özünə sıxırdı. Cip geri döndü və yenidən özünün kədərli 
səyahətinə davam elədi. Beri-stritə qədər getdi, nə bir işıq gəlirdi, nə də bir həyat əlaməti vardı. Bu elə 
də vacib deyildi, onsuz da indi ora girə bilməzdi.   
 
        Onun keçib getdiyi Qrin-parkın ağaclarında hələ o qızın saçları kimi parlaq bal rənginə çalan tək-
tük yarpaqlar qalmışdı. Cipi əzabverici qarabasmalar basırdı. Bu boş otaq!  O, Cipi aldatdı və yalançı 
kimi hərəkət elədi.  Yox, o, buna haqq eləmirdi!  Ədalətsizlik hissi onu yüngülləşdirdi, dərddən 
dumanlanmış  şüurunu aydınlatdı. Sammerxey ay işığına qərq olan bağla onun yanına gələn gündən 
indiyə kimi o, bircə kişiyə belə başqa nəzərlə baxmamış, başqası haqda düşünməmişdi!  Zəif təsəlli… 
Xayd-parkın çəmənliyi ilə getməyə və onun nə vaxtdan dəyişdiyini sakitcə xatırlamağa başladı. Heç 
cür xatırlaya bilmirdi. Onun Cipə münasibəti dəyişməmişdi, tamam dəyişməmişdi! Demək, özünü 
sevirmiş kimi göstərmək olar? Özünü qızğın göstərmək   və onu öpərkən başqa bir qızı xatırlamaq da 
olarmış! 
 
        Məhəbbət! O, nəyə görə məhəbbətə elə mübtəla oldu ki, onun hansısa başqa qadınla getdiyini 
görəndə beləcə əzab çəkir, axı bu tamam boş şeydir!.. Neyləməliydi? Evə özünü çatdırsın və öz 
yuvasına uzansın! Peddinnqtonsk vağzalında özünü qatara yetirə bildi və vaqona girdi. Kupedə 
Londondan iş adamları, indicə olduğu Templdən vəkillər oturmuşdular. Cip bu soyuq sifətləri, hər şeylə 
maraqlanan baxışları olan adamların qəzetlərinin xışıltısına sevinirdi. Qız öz hisslərini gizlətmək üçün 
yenidən maskasını geydiyi üçün sevinirdi. Ancaq yavaş-yavaş kupe qonşuları düşürdülər, onların 
bəzilərini maşın gözləyirdi, bəzilərini də axşam gəzintisi.  Tək qaldı və pəncərədən qaranlığa, cənub-
qərbdən yüksələn ayın işığında görünən boş çaya baxmağa başladı. Bir anlığa ağılsızcasına düşündü: 
«Əgər qapını açıb atılsam nə olar? Bir addım və dinclik!» 
 
        Stansiyadan demək olar ki, qaçaraq gedirdi. Yağış yağırdı və o, məmuniyyət hissi ilə isti 
yanaqlarını yağışın soyuq damlalarının altına verirdi. Hələ işıq idi və  palıd pöhrəliyindən keçib gedən 
cığırı seçə bilirdi. Külək uğuldayır, tutqun budaqları xışıldadır, silkələyir, onlardakı yarpaqları qoparıb 
tökürdü.  Çürüntü qoxusu verən meşədən hansısa vəhşi qüssə əsirdi. Xışıldayan, hələ tamam 
islanmamış xəzəllərin üzəriylə qaçır, xəzəllər onun nazik corablarına yapışırdı. Meşəliyin kənarında 
ayaq saxladı və geri boylandı. Sonra başını dik tutaraq açıq kövşənliyə çıxdı 
 
       Evə çatandan sonra heç kim hiss eləmədən öz otağına qalxdı. Buxarını yandırdı və qabağında 
tamam büzüşərək, oturub, söyüd ağaclarında uğuldayan küləyə qulaq asmağa başladı.  Yenidən 
yaddaşında konsertdə qızın oxuduğu həmin şotland mahnısının misraları canlandı. 
 
                                         Mənim ürəyimin günəşi sönüb 
 
                                         Ürəyim  qorxunc kədərdən donur. 
 
         Sonra yatağa uzandı və nəhayət, yuxuya getdi. Səhər sevinc dolu fikirlə yuxudan ayıldı: «Şənbə! 
O indicə səhər yeməyindən sonra gələcək!» Və birdən hər şeyi xatırladı! Sanki, məğrurluq cini onun 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə