Ön söz 5 GiriĢ


Neft-qaz mədən geologiyasının inkişaf mərhələləri



Yüklə 4,05 Mb.
səhifə5/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   2   3   4   5   6   7   8   9   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Neft-qaz mədən geologiyasının inkişaf mərhələləri


Neft və qazın tətbiq imkanları son dərəcə uzun bir dövrdə öyrənilmişdir. Hələ Qədim Misirdə 5 min il əvvəl Vavilon qülləsinin inşasında asfaltdan istifadə edilmişdir. Çində isə eramızdan 200 il əvvəl kiçik dərinliyə qazılmış quyulardan neft çıxarılmış və evlərin işıqlandırılmasında istifadə edilmişdir.
Ölkəmizdə də neft istehsalı 1000 ildən artıqdır ki aparılır. Hələ IV əsrdə Abşerondan Yaxın Şərq ölkələrinə neft daşınması barədə ərəb və iran tarixçilərinin əlyazmalarında rast gəlinir. Burada yerin üzərinə çıxaraq yanan qazlar, əl ilə qazılmış dayaz quyulardan çıxarılan neftlər haqqında XIII əsrdə Marko Polo, XIV əsrdə Severok, XV əsrdə Barbaro, XVI əsrdə Nyuket, XVII əsrdə Oleariy, XVIII əsrdə Lerxi və başqalarının əsərlərində rast gəlinir.
Abşeronda əl ilə qazılmış ilk quyular Bibi-Heybətdə, Balaxanıda, Suraxanıda kiçik dərinlikdə yatan laylardan neft çıxarmağa imkan verirdi. Yalnız 1844-cü ildə dünyada ilk dəfə Bibi-Heybətdə mexaniki üsulla neft quyusu qazılmış və böyük hasilatla istismar edilmişdir. Bundan sonra hər dövrün özünə müvafiq qazıma texnologiyası yaranaraq, getdikcə təkmilləşmişdir. Bu səbəbdən də Abşeronda bir sıra strukturlarda neftlilik aşkar edilmiş və işlənilməyə verilmişdir (şək. I.1).

Şəkil I.1. Azərbaycanın neft-qaz yataqlarının paylanması sxemi.


Elmin inkişafı və neft texnologiyasının təkmilləşdirilməsi nəticəsində yataqların öyrənilmə və işlənilmə göstəriciləri də tədricən yüksəlmişdir.
Təxminən yüz illik istismar dövrünə malik olan neft yataqlarının öyrənilməsində üç mərhələ ayrıla bilər.
I mərhələ – neft yataqlarının işlənilməsinin ilk dövrlərindən 1940-cı illərə qədər müddəti əhatə edir. Bu mərhələdə neft hasilatı yataqların yalnız təbii enerji mənbəyinin istifadəsi nəticəsində əldə edilmişdir. Bu dövrdə fəaliyyət göstərən geoloqlar layların təbii rejimlərini öyrənmiş, quyuların yerləşdirilmə formasını, onların istismar üsullarını müəyyən etmiş və yataqların müxtəlif hissələrində işlənilmə ilə əhatə olunmamış (“toxunulmayan”) zonaları aşkar etmişlər.

  1. mərhələ - 1940-1970-ci illəri əhatə edir və əsasən yataqlara suvurma prosesinin geniş tətbiqi ilə xarakterizə edilir. Bu mərhələdə geoloji-mədən tədqiqatları ilə müəyyən olunmuşdur ki, suvurma prosesi işlənilmənin effektivliyini xeyli artırır. Yatağa vurulan su “işçi agent” rolunu oynayır. Onun mənbəyinin bütün regionlarda mövcudluğu və prosesin sadə texnologiyası layın süni sulaşdırılma prosesinin geniş istifadəsinə şərait yaratmışdır. Hazırda dünyada

istismar edilən yataqların böyük əksəriyyətində bu proses müvəffəqiyyətlə tətbiq olunur. Məsələn, son 25-30 ildə keçmiş SSRİ-də hasil edilən neftin 40%-i suvurma prosesinin tətbiqi ilə əldə edilmişdir. Bununla belə suvurma üsulunun imkanları da məhduddur. Belə ki, yataqlarda işlənilmə prosesinin ən yeni texnologiyası və suvurmanın əsaslandırılmış formaları istifadə edildikdə belə, onların ehtiyatlarının ən çox 50%-i realizə oluna bilər.

  1. mərhələ - 1970-ci illərdən başlayaraq, hazırda da davam etməkdədir. Bu mərhələ yataqların neftvermə əmsalının daha da artırılmasına yönəldilmiş yeni üsulların axtarışı və tətbiqi ilə səciyyələnir. Istilik, fiziki-kimyəvi, fiziki- hidrodinamiki, mikrobioloji və s. üsullarla məhsuldar laya süni təsir edildikdə, onların son neftvermə əmsalı daha 3-20% artırıla bilər. Lakin, layların neftverimini artıran üsulların tətbiqi, suvurma prosesinə nisbətən, mürəkkəb və çətindir. Belə ki, hər hansı bir üsul yalnız müəyyən geoloji şəraitdə səmərəli tətbiq edilə bilər. Tələb olunan şəraitin təyini isə yataqların təbii və texnoloji xarakterinin dəqiq aşkar edilməsi ilə əlaqədardır. Bu isə öz növbəsində müxtəlif çətinliklərlə bağlıdır və kompleks geoloji-texnoloji, geoloji-riyazi və s. məsələlərin həllini tələb edir.

Beləliklə, neft və qaz yataqlarının işlənilməsi haqqında qısa məlumatlardan görünür ki, bu elm sahəsi müqayisə olunmaz dərəcədə inkişaf etmişdir. Nailiyyətlərin əldə edilməsində neft-qaz mədən geologiyası sahəsində fəaliyyət göstərən alimlərin böyük əməyi olmuşdur. Onların sırasında rus alimlərindən L.F.Dementyev, A.Y.Fursov, M.M.İvanova, M.A.Jdanov, M.İ.Maksimov, M.F.Mirçink, M.A.Surquçov, azərbaycan alimlərindən isə T.Y.Baharov, H.Ə.Əhmədov, F.M.Hacıyev, M.Ə.İsgəndərov, Ş.F.Mehdiyev, Ü.Ş.Mehdiyev, A.Ə.Nərimanov, Ə.M.Salmanov, Ç.Ə.Sultanov, Ç.M.Şeydayev, E.B.Vəliyeva və X.B.Yusifzadənin əsərləri xüsusi qeyd edilməlidir.

    1. Yüklə 4,05 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə