Ön söz 5 GiriĢ


NEFT-QAZ MƏDƏN GEOLOGĠYASI ELMĠ HAQQINDA ÜMUMĠ MƏLUMATLAR



Yüklə 4,05 Mb.
səhifə4/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   2   3   4   5   6   7   8   9   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

NEFT-QAZ MƏDƏN GEOLOGĠYASI ELMĠ HAQQINDA ÜMUMĠ MƏLUMATLAR




I.1. Neft-qaz mədən geologiyasının mahiyyəti


Neft-qaz mədən geologiyası elmi xalq təsərrüfatının inkişafında önəmli rol oynayır. Belə ki, neft və qaz yataqlarının işlənilməsi məhz bu elmin müddəaları əsasında aparılır.
Neft-qaz mədən geologiyası yataqlarda mövcud olan neft, qaz və kondensat ehtiyatlarının rasional mənimsənilməsini təmin edən elm sahəsidir.
Göstərilən tələbatı yerinə yetirmək üçün bu elm yataqların formasının və daxili quruluşunun aşkar edilməsini, onların çöküntü kompleksinin litoloji-fasial analizini, geoloji kəsilişin müfəssəl korrelyasiyasını, lay flüidlərinin fiziki-kimyəvi səciyyəsini və yatım şəraitini, ehtiyatların hesablanmasını və onların mənimsənilmə imkanlarını öyrənir. Məhz bu məlumatlara istinad edərək yataqların işlənilmə proseslərinin tənzimli aparılma yolları əsaslandırılır.
Qeyd etmək lazımdır ki, bu tədqiqatlar yataqların işlənilməsinin bütün dövrlərində fasiləsiz aparılmalıdır. Bu onunla əlaqədardır ki, məhsuldar layların işlənilmə prosesində onların geoloji-texnoloji parametrləri müxtəlif dəyişmələrə məruz qalır: lay təzyiqi aşağı düşür, su-neft və qaz-neft konturlarının yerdəyişməsi baş verir, kollektorların fiziki xassələrində, neftin, qazın və suyun fiziki-kimyəvi tərkibində müxtəlif dəyişmələr qeydə alınır. Təbii ki, bu vaxt neft və qaz ehtiyatları da tədricən azalır. Odur ki, yataqların neft-qaz çıxarma prosesini tənzimli idarə etmək üçün məlumatlar fasiləsiz əldə edilməli, tədqiqat nəticələri isə yataqların işlənilməsinin geoloji əsaslarında əks olunmalıdır.
Yataqların işlənilməsinin müxtəlif dövrlərini əhatə edən geoloji məlumatların müqayisəli təhlili tətbiq olunan prosesin gələcək inkişafını proqnozlaşdırmağa imkan verir.
Nəzərə almaq lazımdır ki, hazırkı dövrdə laylara müxtəlif təsir üsulları (suvurma, fiziki-kimyəvi, fiziki-hidrodinamiki, termik və s.) tətbiq olunur ki, bu da kollektorlarda yerləşən neftin quyudibi zonaya axımını sürətləndirir. Lakin bu
üsulların, eləcə də mütərəqqi qazıma üsulu sayılan horizontal (üfüqi) quyuların istismarı universal xarakterli deyil: onlar məhsuldar layın yalnız müəyyən geoloji- texnoloji şəraitlərində tətbiq edilərkən yüksək nəticə verə bilər. Odur ki, işlənilmədə olan yatağın cari geoloji-texnoloji şəraitini etibarlı təyin etmək üçün ənənəvi üsullarla yanaşı riyazi üsulların imkanlarından da maksimum istifadə olunmalıdır. Alınan xəritə, qrafik, xüsusilə yatağın üçölçülü (həcmi) modelləri hazırda geoloji tədqiqatların tərkib hissəsini təşkil edir.



    1. Yüklə 4,05 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə