Ön söz 5 GiriĢ


Müxtəlif üsullarla alınmış nəticələrin ümumiləşdirilməsi



Yüklə 4,05 Mb.
səhifə8/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   4   5   6   7   8   9   10   11   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Müxtəlif üsullarla alınmış nəticələrin ümumiləşdirilməsi


Yuxarıda qeyd edildiyi kimi, neft yatağının öyrənilməsində əsas informasiya onun sahəsinin müəyyən hissələrində qazılmış quyulardan alınır. Onların geoloji, geofiziki və hidrodinamiki üsullarla tədqiqi işləniləcək yatağın geoloji quruluşunu səciyyələndirməyə imkan verir. Burada ən vacib məqamı nəzərə almaq lazımdır. Bu da alınan məlumatların yatağı nə dərəcədə səciyyələndirməsindən ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, bu məlumatlar nöqtəvi xarakter daşıdığından yatağı tam təmsil edə bilməz. Yalnız müvafiq yanaşmalarla qeyd olunmuş nöqtəvi qiymətləri yatağın sahəsinə, kəsilişinə və ən nəhayət onun həcminə şamil etmək olar. Bu istiqamətdə aparılan tədqiqatlar xeyli sayda üsullara istinad etsə də, iki böyük qrupda cəmləşdirilə bilər: geoloji-mədən və geoloji-riyazi üsullar.


      1. Geoloji- mədən üsulları


Quyuların kəsilişinin və yataqların daxili quruluşunun öyrənilməsi uzun müddət tətbiq olunmuş ənənəvi üsullarla aparılır. Onlar aşağıdakılardır.

  1. Y a t a ğ ı n k ə s i l i ş i n i n ö y r ə n i l m ə s i. Qazılan quyuların kəsilişinin tədqiqi strukturun əmələgəlmə və formalaşma prosesinin öyrənilməsinə,

laylaşma xüsusiyyətinin təyininə imkan verir. Kəsilişdə rast gələn ayrı-ayrı layların yatma dərinliyi və qalınlığının, süxurların kollektorluq qabiliyyətinin, geoloji müxtəlifliyin təzahürünün təyin olunması çoxlaylı mədənin geoloji modelinin yaradılmasına imkan verir.
Quyu kəsilişi aparılan geoloji-geofiziki tədqiqatların təhlili vasitəsilə öyrənilir. Konkret quyunun kəsilişinin və onun bu struktura qazılmış digər quyuların kəsilişləri ilə müqayisə etmək üçün ilk növbədə istinad (reper) horizontu təyin edilməlidir. Onların sayı kəsilişdə bir və ya bir neçə ola bilər. Məsələn, Cənubi Xəzər hövzəsində yerləşən məhsuldar qatın alt şöbəsindəki qırməki üstü gilli lay dəstəsi, üst şöbədə isə IVcde horizontu mədənlərin bütün sahəsində qalınlığın və gilliliyin sabitliyi ilə səciyyələnirlər. Onlar məhsuldar qata qazılmış bütün quyuların kəsilişində aşkar görünürlər. İstinad laylarının ayrılması isə onlardan yuxarıda və aşağıda yatan çöküntü komplekslərinin ardıcıl olaraq horizontlara bölünməsinə kömək edir. Quyu kəsilişinin horizontlara bölünməsinin bu mərhələsindən sonra onların korrelyasiya əməliyyatı aparılır ki, bu da mədənin sahəsi boyu eyni adlı horizontların paylanma areallarının, qalınlıqlarının, kollektor xassələrinin dəyişmə dərəcələrinin aşkar edilməsini təmin edir.

  1. Y a t a q s a h ə s i n i n t ə d q i q i. Yataq sahəsinə qazılan quyulardan alınmış nöqtəvi məlumatların onun sahəsinə şamil edilməsi üçün xüsusi xəritələr (struktur, izopaxit, izobar və s.) qurulur. Onlar strukturun geoloji quruluşunu, kollektorların paylanmasını, lay təzyiqlərinin anomal zonalarını müəyyən etməyə imkan verir.

Yataqların sahəsi böyük, tektonik quruluşu mürəkkəb olduqda çox vaxt blok-diaqramlar tərtib olunur ki, bu da onun müxtəlif sahələrində qeyri-bircinslilik təzahürünün xüsusiyyətlərinin daha etibarlı öyrənilməsini təmin edir.
Neft və qaz yataqlarının ənənəvi öyrənilmə kompleksinə müxtəlif cədvəllər, qrafiklər və sxemlər də daxil edilir ki, onlardan müxtəlif məsələlərin həllində istifadə edilir.

      1. Yüklə 4,05 Mb.

        Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə