Ön söz 5 GiriĢ


Neft-qaz mədən geologiyasının müasir problemləri və öyrənilmə yolları



Yüklə 4,05 Mb.
səhifə6/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   2   3   4   5   6   7   8   9   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

Neft-qaz mədən geologiyasının müasir problemləri və öyrənilmə yolları


Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə nəticələri hələ də qənaətbəxş deyil. Məsələn, keçmiş SSRİ-də uzun müddət istismar edilən yataqların neftvermə əmsallarının orta qiyməti cəmi 0,35 təşkil edir. Nəzərə almaq lazımdır ki, bu nəticənin əldə edilməsi üçün kompleks geoloji- texniki tədbirlər həyata keçirilmiş, işlənilmə layihələrinə vaxtaşırı müvafiq düzəlişlər edilmişdir. Yataqların ehtiyatlarının mənimsənilməsində qeyd olunan belə vəziyyət hər şeydən əvvəl onların daxili quruluşunun zəif öyrənilməsi ilə əlaqədardır: layların statik və dinamik göstəricilərinin sahə və stratiqrafik kəsilişlər üzrə paylanması mürəkkəb formada getdiyindən onları ənənəvi üsullarla tam aşkar etmək mümkün olmamışdır; çox vaxt laya xas olan geoloji və işlənilmə xüsusiyyətləri onların yalnız orta qiymətinə istinad etməklə təyin edilmişdir ki, bu da əslində yataq həcmində mövcud geoloji müxtəlifliyin öyrənilməsinə imkan verməmişdir. Geoloji-mədən tədqiqatlarının belə üsullarla aparılması müasir tələblərə cavab verən işlənilmə layihələrinin tərtibatını çətinləşdirir. Bu tələbatın yerinə yetirilməsi üçün neft geologiyası elmini, o cümlədən neft-qaz mədən geologiyasını dəqiq elmlər cərgəsinə gətirilməsi lazım gəlmişdir.
Müasir dövrdə neft-qaz yataqlarının işlənilməsinin ənənəvi üsullarla tərtib olunmuş xəritə, profil, hesablama planları və s. əsasında aparılması qənaətbəxş sayılmır. Məlumatların dolğunluğunu və etibarlılığını təmin etmək üçün geoloji- riyazi modellərdən istifadə edilməlidir ki, bu da nəticə etibarı ilə bütövlükdə çoxlaylı mədəninin və onun kəsilişində rast gələn ayrı-ayrı çöküntü komplekslərinin geoloji-fiziki xassələrini təyin etməyə kömək edir. Qeyd olunan müddəaları əsaslandırmaq üçün neft və qaz yataqlarının öyrənilməsinin prinsipial qoyuluşlarına nəzər yetirək.
Məlumdur ki, neft və qaz layının öyrənilməsində əsas informasiya mənbəyini qazılmış quyular təşkil edir. Quyuların dərinliyi və aralarındakı məsafə həmin layın geoloji quruluşuna istinadən seçilir. Onlardan alınan geoloji- geofiziki məlumatlar isə yatağın bütün həcmini deyil, yalnız onun ayrı-ayrı
nöqtələrindəki səciyyəsini əks etdirir. Nöqtəvi məlumatlardan sahə və ya həcm modellərinin tərtibində sadə aproksimasiya üsullarından (üçbucaq, profillər və s.) istifadə edilir ki, bu da öyrənilən lay parametrlərin real paylanma xüsusiyyətlərinin aşkar edilməsini çətinləşdirir. Yatağın quruluşunun mürəkkəb olması və quyuların sayının azlığı şəraitində tərtib olunan xəritələrin etibarlılığı daha aşağı olur. Əslində onlar yatağın quruluşunun təsvirini müəyyən ehtimallılıqla əks etdirirlər.
Müasir dövrdə neft yataqlarının işlənilməsinin geoloji əsaslarının tərtibatına qoyulan başqa bir tələbat müvafiq xəritə, qrafik və cədvəllərin çoxvariantlılıq və operativlik prinsipi əsasında qurulmasıdır. Burada məlumatların kompüter təsvirinin verilməsi nəzərdə tutulur ki, bu da yeni quyuların qazılmasından və işlək quyu fondundan alınan hər bir yeni məlumatın tədqiqat kompleksinə əlavə edilməsinə şərait yaradır. Nəticədə, ilkin məlumatlar dərhal dəqiqləşdirilir və işlənilmə prosesinə müvafiq dəyişikliklər edilir.
Məlum olduğu kimi, yatağın parametrlərinin paylanma xüsusiyyətlərini müəyyən etmək üçün müxtəlif təyinatlı xəritələr də qurulur. Müasir dövrdə belə xəritələr əsasən üçölçülü variantda (x, y z koordinatları üzrə) verilir ki, bu da hər hansı bir lay parametrinin (məsələn, süxur məsaməliyinin və keçiriciliyinin, neftlərin özlülüyünün və s.) onun həcmi üzrə dəyişməsinin əyani göstərilməsini təmin edir.
Ümumiyyətlə, neft, qaz və kondensat yataqlarının mənimsənilməsi prosesində neft-qaz mədən geologiyası elmi aşağıdakı əsas məsələlərin öyrənilməsini təmin edir.

      1. İlkin tədqiqatlarla (o cümlədən, seysmik kəşfiyyat nəticələri) təqdim edilmiş strukturun qazılmış quyularla dəqiqləşdirilməsi: yatağın kəsilişində yerləşən hər bir məhsuldar təbəqənin ayrılması, qazılmış quyuların geoloji- geofiziki kəsilişlərinin korrelyasiyası və makroqeyri-bircinsliliyinin (laylaşma xüsusiyyətlərinin) təyini və onların hər biri üçün struktur xəritə və profillərin qurulması (hərgah tektonik qırılma qeyd olunursa, onun yeri, istiqaməti, ekran xassəli olub-olmaması haqqında ilkin məlumatların alınması).

      2. Yatağın daxili quruluşunun öyrənilməsi. Süxurların kollektor xassələrinin (məsaməlik, keçiricilik, karbonatlılıq, qranulometrik tərkib) təyini və onların sahə və dərinlik üzrə paylanma səciyyəsinin xüsusi qrafik və cədvəllərdə təsviri.

      3. Lay flüidlərinin fiziki-kimyəvi xassələrinin təyini. Burada lay neftlərinin fiziki-kimyəvi xassələrindən onların sıxlığı və özlülük göstəricilərinə, suların isə ion-duz tərkibinə xüsusi diqqət yetirilməlidir.

      4. Layların enerji mənbəyinin (rejimlərinin) öyrənilməsi. Lay təzyiqi və temperaturu haqqında ilkin məlumatların alınması və təhlili.

      5. Neft, qaz və kondensat ehtiyatlarının hesablanması və yatağın xalq təsərrüfatı baxımından qiymətləndirilməsi.

      6. Yatağın işlənilmə sisteminin əsaslandırılması. Quyuların, o cümlədən horizontal (üfüqi), sayının və yerləşdirilmə sxeminin təyini. Suvurma modifikasiyasının seçilməsi.

      7. Yataqların işlənilməyə verilmə tarixindən başlayaraq neft, qaz və su hasilatının dinamik göstəricilərinin təsviri və təhlili.

      8. Lay təzyiqi və temperaturunun işlənilmə prosesində dəyişməsinin öyrənilməsi.

      9. Yataqların işlənilmə proseslərinə nəzarət və onun operativ tənzimləndirilməsi. Suvurma sisteminin səmərəliliyinin təyini və gələcək dövrlər üçün proqnozlaşdırılması.

      10. Layların neftvermə əmsalını artıran müasir üsulların tətbiq imkanlarının öyrənilməsi.

      11. Yatağın gələcəkdə hasilat dəyişmələrinin proqnozlaşdırılması.

      12. Yer təkinin və ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərin əsaslandırılması və tövsiyyələrin verilməsi.

Beləliklə, göründüyü kimi neft və qaz yatağı axtarış və kəşfiyyat mərhələsindən sonra mədən geoloqlarının rəhbərliyi və bilavasitə iştirakı ilə işlənilməyə verilir. Onun ehtiyatlarından istifadə dərəcəsi isə yuxarıda göstərilən kompleks tədbirlərin əsaslandırılması və effektli tətbiqindən asılıdır. Odur ki, mədən geologiyası istiqamətində ixtisaslaşan bakalavr, magistr və digər
mütəxəssislər bu üsulların geoloji-riyazi modellərlə tədqiqi yollarını mənimsəməlidirlər.



    1. Yüklə 4,05 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə